Dərs vəsaiti Bakı 2023


 Qızmar həcmi ştamplama ilə istehsal proseslərinin



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə66/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

5.5. Qızmar həcmi ştamplama ilə istehsal proseslərinin 
mahiyyəti 
 
Sərbəst döymədə pəstah yastı döyəclər arasında müxtəlif 
istiqamətlərdə deformasiya ilə şəkilləndirilirdisə,
həcmi 
ştamplamada 
qızdınlmış metal
ştampın
(döymə qəlibinin) 
divarlan ilə məhdudlaşdınlmış işçi boşluqda 
(şırnaqda)
formalaşır. Bu halda ştampın şırnağının şəkli ve ölçüləri 
tamamilə hazırlanan döyüyün konfiqurasiyasına uyğun olur və 
alınan döyüklər sərbəst döymə ilə alınmış döyüklərə nisbətən 
daha mürəkkəb və dəqiq ölçülü şəkldə alınır. 
İri seriyalı və kütləvi döyük istehsalında həcmi ştamplama 
iqtisadi cəhətdən əlverişli olur. Sərbəst döyməyə nisbətən 
ştamplama 
(qəlibdə döymə)
yüksək məhsuldarlıqla və metala 
qənaət olunmaqla daha mürəkkəb və yaxşı keyfiyyətli səthə 
malik döyüklərin alınmasına imkan verir. Ştamplanmış 
döyüklərdə mexaniki emal payı və müsaidələr sərbəst 
döymədəkinə nisbətən 2...4 dəfə az olur. 
Adətən ştamplanmış döyüklərin kütləsi 300 kq-dan artıq 
olmur, lakin xüsusi hallarda kütləsi 5 t-a qədər olan döyüklər də 
ştamplanır. 
Qızrnar həcmi ştamplamada ilkin material olaraq dairəvi, 
kvadrat, düzbucaqlı və dəyişən en kəsikli yayıqlardan istifadə 
olunur. 
Texnoioji proses ümumi halda yayığı ölçülü pəstahlar 
şəklində doğrama, qızdırma, ştamplama, tilişkənin kəsilməsi
termiki emal, qəlpədən təmlzlənmə, düzləndirmə, kalibrləmə 
əməliyyatlarından ibarətdir. 
Döyüklərin hazırlanma üsulu üzrə qızmar həcmi 
ştamplama açıq ştamplarda ştamplama (şəkil 5.12.a) və qapalı 
ştamplarda (şəkil 5.12.b) ştamplamaya ayrılır. Ştamplama 
şırnağının aynlma müstəvisi üzrə ştamplanma səthinin konturu 
boyu
 tilişkə
yuvası (kanalları) düzəldilmiş ştamplar
 açıq ştamp
adlanır.


Ştamplamada tilişkə yuvasının təyinatı üçdür: birinci - 
pəstah metalının artığını qəbul edir; ikinci - kanallara girmiş 
artıq pəstah metalı üst və alt yarımştampların bir-birinə dəymə 
zərbəsinin sərtliyini yumşaldır; bunurı sayəsində isə ştampların 
istismar müddəti uzanır; üçüncü - tilişkə yuvasının dar 
çatdaqvari şəkilli körpücüyü ştamplamanın sonunda (tilişkə 
metalı tez soyuyur) pəstah metalın axımına böyük müqavimət 
göstərir və bununla ştampın şımağının yaxşı dolmasını təmin 
edir. Şəkil 5.12 a-da tilişkə yuvası olan bir şırnaqlı ştampda 
silindrik pəstahdan 5 sadə şəkilli döyüyün
 1
ştamplanma sxemi 
göstərilib. Ştamp çəkicin üst döyəcinə bərkidilən üst ştampdan 
7 və xüsusi tərtibat və pazlarla çəkicin şabotunun üstündə 
yerləşdirilmiş ştamptutucuya bərkidilən, alt ştampdan
8
ibarətdir. Döyüklərin
 6
asanlıqla çıxanlmasını təmin etmək üçün 
ştampın şırnağının yan tərəflərinə 

= 3... 12° mailliklər verilir. 
Ştamplamadan öncə qızdırılmış pəstah
5
alt ştampın şırnağına 
qoyulur. 
Üst döyəcə bərkidilmiş yarımştampla zərbə endirildikdə 
metal şırnağı doldurur və qara döyüyü
4
formalaşdınr. Bu 
prosesdə ştamp boşluğunun bucaqlı hissələrini metalla 
doldurmaq çətin olur, lakin yuxarıda göstərildiyi kimi tilişkə 
metalı 2 bu işi müəyyən qədər sadələşdirir. Sonradan tilişkə 
metalı kəsici ştamplar vasitəsilə döyükdən
 1
ayrılır. 
Şək. 5.12. Çəkicdə qızmar ştamplama üçün ştamplar:
a-açıq; b-qapalı 


Qapalı ştamplarda ayrılma müstəvisi üzrə tilişkə kanalları 
açılmır (
tilişkəsiz ştamplama).
Şəkii 5.12 b-də çəkiclə qapalı 
ştampda ştamplamanın sxemi göstərilmişdir. Üst və alt 
yarımştamplar
1, 2
qapaiı boşluq əməie gətirir ve döyük
3
bu 
boşluqda formalaşır. Bu iki kip birləşən üst və alt 
yarımştampiarın konusu (konusluq 1...2
0
) səthləri iiə təmin 
olunur. 
Qapalı ştampda metal artıqlığı və ya əksikliyi oimadan 
döyüklər almaq üçün pəstahın həcmi ştamp boşluğunun həcminə 
bərabər olmalıdır. Əks nalda metal artıqlığı olduqda ştamp 
qapanmır və döyüyün formalaşması pozulur; metal çatmadıqda 
isə ştamp boşluğu tamamilə dolmur və zay döyüklər alınır. 
Çəkicdə ştamplama birşırnaqlı, və çoxşırnaqlı ştamplarda 
aparılır. Birşırnaqlı ştamplar (şəkil 5.12) sadə konfiqurasiyalı 
döyükiəri şəkilləndirmək üçün işlədilir; bu halda ştamp 
boşluğunun şəkil və ölçüləri alınmış qızmar döyüyün şəkil və 
ölçülərinə uyğun gəlir. 
Mürəkkəb şəkilli döyüklər çoxşımaqlı ştamplarda 
hazırlanır; bu halda ştamplama zamanı onun şırnaqlarının hər 
biri müəyyən əməiiyyat (sıxıb uzatma, sıxma, əymə, diyirləmə, 
yayma və s.) aparmağa imkan verir; şırnaqlar, hazırlıq (pəstah 
metaiını bölüşdürməklə onu alınacaq döyüyün şəklinə 
yaxınlaşdırrnaq 
üçündür), 
qaralama 
(təmiz 
ş.rnağın 
dözümlüyünü artırmaq üçündür) və temiz (ştamplama şırnağı da 
adlanır və bu şırnaq əsasən ştamp boşluğunun orta hissəsındə 
yerləşdirilir) ardıcıllığı ilə bir və ya bir neçə ştampda olmaqla 
düzulür, əvvəlki şırnaq sonrakı üçün yarımpəstah hazırlayır. 
Şəkil 5.13-də döyük 2 almaq üçün çoxşırnaqlı açıq ştamp
 
1
və onda aparılan ayrı ayrı keçidlər göstərilib. 
Qızdırılmış pəstah öncə döyüb uzatma şırnağına l daxil 
olur və çəkicin zərbəsi altında döyüyün orta nazik kəsiyini 
şəkilləndirmək üçün sıxılıb uzadılır. Sonra diyirləmə şırnağında 
II 
qalınlama aparmaq üçün metalın pavlanması baş verir. Sonra 
yarımpəstah qaralama şırnağına
 III
daxil olur və qaralama döyük 


formalaşır. Təmiz şırnaqda
IV
döyük sonuncu ölçü və şəklini 
alır. Tllişkə yuvası yalnız təmiz şırnaqda alınır və alınmış tilişkə 
metalı sonradan kəsici ştamplarda kəsilib döyükdən ayrılır. 
Şəkil 5.13. Çəkicdə ştamplama üçün çoxşırnaqlı ştamp: 
1 -
ştamp; 2 - döyük;
 3
- sıxıb uzatma;
 4
- diyirləmə;
5 və
 6
- ştamplamanın qaralama və təmiz keçidləri 
Ştamplama prosesləri çoxsaylı metal və ərintilərdən yüz 
minlərlə adda müxtəlif məmulatlann alınmasına imkan verir. 
Qızmar ştamplama ilə yastıq, avtomobil, traktor, kənd təsərrüfatı 
maşınları, dəzgahlar, toxuyucu maşın və b. maşın və 
mexanizmlərin hissələrini istehsal etmək üçün müxtəlif 
yarımfabrikatlar almağa imkan verir. 
Qızmar həcmi ştamplamanın hazırki proseslərinin 
təkmilləşdirilməsi və yeni texnologiyaların işlənilməsi, 
minimum mexaniki emalla yığılmaya göndərilən döyüklərin 
müxtəlifliyini və istehsalını genişləndirmək üçün əlverişli şərait 
yaratmış, proseslərin kompleks avtomatlaşdırılması isə 
ştamplama istehsalatında əməyin məhsuldarlığının yüksəlmə- 
slnə səbəb olmuşdur. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin