Kimyəvi tərkibinə görə ilkin
metaldan fərqli olan səth
təbəqəsi diffuziya təbəqəsi adlanır.
Adətən səthdən metalın daxilinə doğru zənginləşdirici
elementin konsentrasiyası azalır. Buna görə də metalın strukturu
və xassələri də dəyişir.
Diffuziya təbəqəsinin qalınlığı prosesin
temperaturundan və
müddətindən,
eyni
zamanda
metalın
xassəsindən
və
zənginləşdirici elementin metalla əmələ gətirdiyi bərk məhlulun
xarakterindən asılı olur. Yerləşmə
bərk məhlulu əmələ gətirən
zənginləşdirici elementlər əvəzləma bərk məhlulu əmələ gətirən
elementlərə nisbətən asan diffuziya edir.
Maşınqayırmada
sementitləmə,
azotlama,
nitro-
sementitləmə, borlama, silisiumlama, alüminiumlama və s. kimi
kimyəvi-termiki emal prosesləri tətbiq edilir.
Kimyəvi-termiki emalın müxtəlif növləri metalın səth
təbəqəsinin bərkliyini, yeyilməyə davamlılığını, kavitasiya və
korroziyaya davamlılığını artırır. Bu emal nəticəsində səthdə sıxıcı
gərkinliklərin əmələ gəlməsi də müsbət hal kimi qiymətləndirilə
bilər.
Dostları ilə paylaş: