Qızdırılmış pəstah dişli çarx profilli
vallarla eninə yayma
dəzgahlarında formalaşdırılır; bu halda yayıcı vallardakı dişlərin
ilişmə modulu yayılan dişli çarxın moduluna bərabər olur.
Yayma nəticəsində pəstahın səth qatının lifləri dişlərin
konfiqurasiyası üzrə əyilir. Bunun hesabına dişli çarxın
yeyilməyə dözümlülüyü və yorulma möhkəmliyi 30...50%
yüksəlir, metal sərfi 20...40% azalır və dişkəsən dəzgahlarla
emala nisbətən məhsuldarlıq yüksəlir.
Dostları ilə paylaş: