Dəzgahların valları bir istiqamətdə fırlanır
və bir-birinə
nəzərən kiçik bucaq altında yerləşir. Valların şırnaqları vintvari
xətt üzrə yerləşir. Dəlici-deşmə dəzgahında boru üçün gilzin
yayılma prosesində olduğu kimi,
dövrü kəsikli yayma
dəzgahlannda fırlanma və irəliləmə hərəkəti ilə dairəvi profilli
və ya piston qolu pəstahları ox üzrə vallar arasında yayılır.
Eninə yaymada alınan pəstahın dövrü kəsikli profıli, dəzgahın
vallannın şırnaqları ilə formalaşdırılan, kalibrlərin şəkil və
ölçülərinə uyğun olur. Dövrü kəsikli yayıqlar, fasonlu pəstah
kimi sonradan çarx qoiulu preslərdə qızmar
ştamplama ilə
mürəkkəb şəkilli iş parçalarının alınması üçün istifadə olunur;
məsələn, konusvari dişli çarx, velosiped oymaqları,
avtomobil
yarıoxları, diyircəkli yastıqlar üçün kürələr, qabırğalı borular və
s. tipli hazır iş parçaları üçün. Bu halda alınmış yarımfabrikatlar
konfıqurasiya, ölçü və şəklinə üzrə hazır məhsula yaxın olur,
metala 10%-ə qədər qənaət edilir.
Yayma istehsalatının mehsulları xalq təsərrüfatında çox
geniş tətbiq edilir.Yayıq istehsalatı proseslərin fasiləsiz, yüksək
sürətli və avtomatlaşdınlması, blyuminq,
slyabinq və başqa
yayma dəzgahlarının proqramla idarə edilməsinin təcrübədə
tətbiqi ilə xarakterizə edilir. Yayma texnoloqiyaları yükək
səmərəli,
əmək- və materiala qənaətedici, tullantısız və yaxud
aztullantılı olmaları ilə digər emal üsullarından fərqlənir.
Dostları ilə paylaş: