Yayığın uzunluğu boyu onun profili sabit və ya dəyişən
(periodik) ola bilər. Yayıqların müxtəlif ölçülü və şəkilli
profillərindən ibarət yığım
çeşidbənd
(sortament) adlanır.
Şək. 5.6. Yayıqların alınma sxemləri
Çeşidbənd üzrə yayıqlann əsas qrupları - çeşidli yayıq,
təbəqəvari yayıq, borular və xüsusi təyinatlı yayıqlardan
ibarətdir.
Təbəqə yayıqlar slyablardan təbəqə yayma dəzgahlarında
alınır. Qalınlığı 4...160 mm olan təbəqələr qalın, 0,2...4 mm
qalınlıqlı təbəqələr isə
nazik təbəqli polad yayıq
adlanır.
Qalınlığı 0,2 mm-dən nazık
təbəqələr
folqa
adlanır. Polad
təbəqələr həm də təyinatları üzrə ayrılır, məsələn, elektrik
texnikası, avtotraktor, gəmiçilik üçün və s. Soyuq yayılmış
poladlardan məmulat qızmar yayılmış yayıqlara
nisbətən daha
yüksək dəqiqliyə və az kələkötürlüyə malik olur. Yüksək sürətli
yayma proseslərində kontaktsız (məsələn, radioizotoplarla)
cihazlar zolağın qalınlığını ölçür və onun avtomatik
tənzimlənməsi üçün siqnal verir.
Sadə həndəsi şəkilli çeşidli (dairəvari, kvadrat, altıbucaqlı,
oval, üçbucaqlı) və mürəkkəb - fasonlu (bucaqlar, şvellerlər,
ikitavlı tirlər, relslər və s.) yayıqlar blyüm və pəstahlardan
istifadə
edilməklə, uyğun kalibrlər vasitəsilə (9... 15 keçidlə)
çeşid dəzgahlarında yayılır Hazır yayığın profili nə qədər
mürəkkəb olsa və onun ölçüləri ilkin pəstahdan nə qədər çox
fərqlənsə, bir o qədər çox kalibr və keçid tələb olunur.
Borular təbəqə pestahdan
bükülərək qaynaqlanma ilə
(diametri 10. .1420 mm olan qaynaq borulan) və ya dairəvi en
kəsikli pəstahlardan avtomatik boruyayma dəzgahlarında
(diametri 30...650 mm olan tikişsiz borular) alınır.
Dostları ilə paylaş: