Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə59/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

 
 
5.2. Metalların təzyiqlə emal proseslərinin mahiyyəti 
 
Təzyiqlə emal xarici qüvvələrin təsiri ilə metalın 
dağılmadan dönməyən şəkildəyişmə qabiliyyətinə əsaslanır. Bu 
emal üsulu iş parçalarının istehsalı üçün pəstahlar və ya yarı- 
mfabrikatların, həmçinin tələb edilən şəkil və ölçülü, lazımi 
mexaniki və fiziki xassələrə malik məmulatın alınmasına imkan 
verir. 
Metalların təzyiqlə emalı onların plastiklik xassələrindən 
istifadə edilməsinə əsaslanır.
Plastiklik
metalın dağılmadan 
xarici qüvvələrin tesiri ilə
dəyişdirilmiş şəklini
saxlamaq 
qabiliyyətinə deyilir. Metal kütləsinin plastik halda şəklini 
dəyişdirmə
 plastik deformasiya
adlanır. 


Müxtəlif texnoloji şəraitlərdə metalların soyuq və qızmar 
halda plastiki deformasiyası, bunun fiziki mahiyyəti və bu 
proseseslərin qanunauyğunluqları haqqında elm metalların 
təzyiqlə emali nəzəriyyəsi
adlanır. 
Metallann təzyiqlə emal nəzəriyyəsinin əsas məqsədi 
təzyiqlə emalın müxtəlif proseslərində daha əlverişli emal şəraiti 
və tələb olunan gücü təyin etməkdir. Birinci məsələnin həili 
daha rasional təzyiqlə emal texnologiyasını təyin etmək, ikinci 
məsələnin həlli isə metalın deformasiyası üçün tələb olunan 
texnoloji gücün hesablanması əsasında metaüarın təzyiqlə emalı 
üçürı yeni yüngül və möhkəm konstruksiyalı təzyiqlə emal 
maşınları yaratmaq; həmçinin hazırda işlədilən avadanlıqlardan 
düzgün istifadə etməklə, onların maksimum yüklənməsini təmin 
etməkdir. 
Təzyiqlə emal - mütərəqqi, iqtisadi cəhətdən əlverişli 
yüksək məhsuldarlığa maiik metalemaletmə üsuludur. Təzyiqlə 
emal prosesləri pəstahların şəkil və ölçülərini iş parçalarının 
şəkil və ölçülərinə maksimum yaxınlaşdırmaq istiqamətində 
inkişaf etdirilir; bu halda metaldan səmərəli istifadə olunmasına, 
sonradan kəsmə ilə emala əmək sərfini ixtisar etməyə və 
məhsulun maya dəyərini azaltmağa imkan yaranır. 
Bütövlükdə əridilən poladın -90%-i, əlvan metal və 
ərintilərin ~55%-i təzyiqlə emala uğradılır. Metalların təzyiqlə 
emalı üçün əsasən yayma, çəkmə, presləmə, sərbəst döyülmə və 
ştampiama üsulları istifadə edilir. 
Yayma
- təzyiqlə emalın mühüm və geniş tətbiq olunan 
üsullarından biridir; ümumilikdə əridilən poladın 75%-dən çox 
hissəsi bu proseslə emal olunur. 
Yayma prosesində yayma dəzgahının əksinə və yaxud 
eyni istiqamətlərdə fırlanan valiarı 7 ilə pəstah 2 tutulur və 
onların arasında deformasiyaya uğradılma iiə
 yayıq
adlandırılın 
məhsul şəklində formalaşdırılır (şəkil 5.3.a).


Vallarların və pəstahın səthləri arasında yaranan sürtünmə 
qüwələri metaiı valların arasındakı deformasiya zonasına çəkir 
və sıxıcı qüvvələr onu deformasiyaya uğradır və şəkılləndirir; bu 
halda pəstahın qalınlığı azalır, uzunluğu və eni artır. 
Şək. 5.3. Metalların təzyiqlə emalının əsas üsullarının sxemləri: 
a - yayma;
 b
- çəkmə; c - presləmə;
 ç -
sərbəst döymə;
d - həcmi ştamplama; e - təbəqə ştamplama 
 
Çəkmə
prosesində (şəkil 5.3.b) pəstah 2 çəkmə dəzgahında 
P gücü hesabına alətin 
1
deşiyindən çəkib-uzatmaqla 
şəkilləndirilir. Çəkmə deşiyinin çıxışında en kəsik sahəsi 
pəstahın en kəsik sahəsindən az olur; bunun sayəsində pəstahın 
en kəsiyi azalır, uzunluğu isə artır. 
Presləmə
(şəkil 5.3.c) xüsusi silindrkonteynerə
3
yerləşdirilmiş pəstahı
 4
matrisatutucu
 6
ilə saxlanılan matrisanın 
deşiyindən 5 pres-şayba və puanson
1
vasitəsilə təsir göstərən 
presləyici gücün P təzyiqi ılə basaraq keçirməkiə aparılan 
şəkilləndirilme prosesidir; bu halda pəstahın çıxış qutaracağında 
en kəsiyi matrisadakı deşiyin konturuna uyğun gəlir.
 


Sərbəst döymə
prosesində müxtəlif alətlərdən istifadə 
etməklə çəkicin üst və alt döyəcləri
1, 3
arasında pəstahı 2 
deformasi yaya uğratmaqla şəkilləndirmə aparılır. Sərbəst 
döymə ilə çəkic və preslerlə müxtəlif ölçülərdə sadə və 
mürekkəb şəkilli
 döyüklər 
alınır. 
Ştamplama
(qəlibdə döymə) hər bir gö- yük üçün xüsusi 
hazırlanmış ştampda pəstahın şəkil və ölçülərini dəyişdirmək 
məqsədi ilə aparılır. Pəstah metalını deformasiya yolu ilə 
şəkilləndirici alət
ştamp
adlanır; bu alətdə qüvvə təsiri ilə 
pəstahın materialı onun işçi səthinə və ya konturuna uyğun şəkil 
və ölçü alır. Ştamplama həcmi və təbəqə ştampiama proseslərinə 
ayrılır. Həcmi ştamplamada (şəkil 5.3.d) pəstah 2 qızmar və ya 
soyuq halda çəkic və ya presin qüwəsi hesabına ştampın qapalı 
həcmində
 1
deformasiya etdirilir. 
Təbəqə ştamplama (şəkil 5.3.e) əsasən soyuq ştamplama 
preslərində apanlır və pəstah puanson 1, sıxıcı 2 və matrisa
3
vasitəsilə məmula çevrilir. 
Metalların təzyiqlə emalı üçün ilkin material olaraq 
korputlar və ya müxtəlif kütiə və ölçülü yarımfabrikatiardan 
istifadə edilir. Metallurgiya müəsisələrində yayıq istehsaiı üçün 
əsasən kütiəsi 5...8 t olan polad korputlarından istifadə edilir. 
Böyük kütləii korputlar (300 t-a qədər) adətən maşınqayırma 
zavodlarında in döyüklər almaq üçün işiədilir.
Eyni məqsəd üçün istifadə edilən əlvan metal və 
ərintilerdən korputiarın kütləsi 50... 1000 kq həddində olur. 
Metallann təzyiqlə emalında ilkin materialın şəkil və 
ölçülərinin dəyişməsi ilə yanaşı, eyni zamanda oniarın struktur 
və mexaniki xassələri də dəyişir. Əgər metal əvvəlcədən 
deformasiyaya uğradılmışsa sonrakı emai prosesində onun 
həcmi dəyişməz qalir. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin