Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə62/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

Tikişsiz borunun
yayılma sxemi əsas iki texnoloji 
əməliyyatdan 
ibarətdir: 
qızdırılmış 
dairəvi 
profilli 
yarımfabrikatın
çəpəki dəliciyayma dəzgahında
deşilməsi və 
qalındivarlı gilzin alınması və sonra gızdırılmış gilzin piligrim, 
fasiləsiz və ya avtomat dəzgahlarda yayma hazır boru halına 
qədər yayılması. 
Dəliciyayma dəzgahı yerləşmə oxları 8...24° bucaq ilə 
kəsişən konusvari şəkilli iki işçi vala malikdir. Digər yayma 
dəzgahlarından fərqli olaraq dəşiciyayrna dəzgahında hər iki val 
eyni istiqamətdə fırlanır. Yayma aparmaq üçün pəstah
 1
valların 
2 kəsişmə oxlarına uyğun təmas sahəsinə istiqamətləndirilir və 
yan tərəflərdən boşuna işləyən vallar ilə tutulur. Deşiləcək 
pəstaha nəzərən işçi valların oxlarının mailliyi onun eyni 
zamanda fırlanma və irəli hərəkətini təmin edir, bunun sayəsində 
pəstah metalının hissəcikləri vintvari yerini dəyişir (şəkil 5.7). 
Deşmə zonasında valların konus şəklində olması, onların 
arasındakı daralmaqda olan boşluğ istiqamətində yayılan 
pəstahın hərəkətinə uyğun, metalın xarici səth qatında çevrəvi 
sürətin tədriclə armasını təmin edir. Çevrəvi sürətin artması 
sayəsində metalın kənar qatları onun daxildəkinə nisbeten ox 
istiqamətində daha sürətlə həreket etmeye mecbur olur və valın 
dəlmə konusu hıssesını keçərək, əks tərəfdən dayaq çubugu ıle 
tutulmuş konusvari deşici sağanaq (dom) uzərinə istiqamətlənir. 


Şək. 5.7. Tikişsiz borunun yayılması: a - dəlici-yayma 
dəzgahının iş sxemi;
 b
- piligrim də- zgahında borunun 
yayılmasının tamamlanması; / - kalibrə verilmə anında və 
yaymanın sonunda gilzin vəziyyəti; II - valiarla booı hissəsinin 
yayılmasında son mərhələnin sxemi 
Dartıcı gərgınlik şeraıtınde mürəkkəb deformasiya 
zonasında pestahın oxu üzrə əmələ gələn boşluq sağanaqla daxili 
diametr ölçüsündə kalibrlenir və gilz şəklini alır, sonra isə onun 
divarlarının qalınlığı valların yayma (açma) və çıxış zonalarında 
nazikləşdirilir. Deşici dezgahdan alınmış gilz qalın divara malik 
olur ve bu qalınlıq onun diametrinin 25%-i həddinə qedər ola 
bilər; bununla yanaşı gılzın sethində valların və sağanağın 
vintvan ızlerı qalır. Gilzlərdən verilmiş ölçüde ve hamar sethli 
nazikdivarlı borular almaq uçun pılıgrim dəzgahlarda 
tamamlayıcı yayma aparılır. 


Bu dəzgah dəyışən profillər üzrə kalibrlənmiş şırnaqlı 
vallara malikdir. Valların çevrəsinin bir hissesındə kalibrin 
kənar ölçüləri tədriciə azalır (sıxıcı hissə) və kalibrləyici 
sahəcikdə onun ölçusü hazır borunun xarici diametrinin 
ölçülərıne berabər olur; çevrənin qalan hissəsində ise kalibrin 
ölçüləri kəskin artır və boş sahəcık emelə gətirir). Vallar 
fırlandıqda onlarla şəkilləndirilmiş kalibrlər fasiləsiz olaraq 
dəyişir. Dəzgahın valları eyni sürətlə müxtəlif istiqamətlərə 
fırlanır, onlann yaymanın əks istiqamətində hərəkətində uzun 
sağanağa geydirilmiş gilz irəli hərəkət etdirilir. Valların 
şırnaqlarının əmələ gətirdiyi kalibrin boşalma anında (ölçü 
gilzin xarici diametrindən
 D
x
böyük olur) gilz sağanaqla birgə 
xüsusi mexanizm vasitəsilə veriş ölçüsündə yaranmış boşluğa 
hərəkət etdirilir Valların sonrakı fırlanmasında kalibrin boşluğu 
tədriclə daralır və geri qayıdan gilzin divarı sıxılmaya (2-ci 
vəziyyət) məruz qalır; bu halda gilz sağanaqla birgə boş verişin 
əks istiqamətində yerini dəyişir. 
Borunun səthində nahamarlıqlar şırnağın kalibrləyici 
hissəsi ilə tamamilə düzləndirilir (3-cü vəziyyət). Valların bir 
tam dövründen sonra yenə kalibrin boşluq hissəsi gəlir ve vallar 
arasına gilzin sonrakı sahəciyi verilir, bu zaman gilz həm də 
uzunluq oxu üzre 90° döndərilmiş vəziyyətdə olur. 
Tsikl bütövlükdə yenidən təkrar olunur və bu əməliyyatlar 
yayma ilə gilzdən hazır boru alınana qədər davam etdirilir. 
Yayma zamanı ümumi verişlərin sayı 120...180-a qədər olur. 
Piligrim dəzgahlarda diametri 650 mm və üzunluğu 30 m-ə 
qədər borular yayılır. Növbə ərzində 200 mm diametrli 1500 m-
ə qədər boru yayılır. Avtomat dəzgahlarda, deşmə və deşilmiş 
gilzləri son mərhələyə qədər yaymaqla diametri 57...400 mm və 
divannın qalınlığı 3...30 mm olan hazır borular alınır. 
Dəlicideşmə dəzgahlarında
 1
pəstahlardan alınmiş gilzlər (şəkil 
5.8) avtomat-dəzgahlı 2 aqreqatlarda boru alınana qədər yayılır 
və genəltmə dəzgahına 3 verilir, burada borunun diametri bir 
qədər böyüyür, onun xarici və daxili səthi isə hamarlanır. 


Şək. 5.8. Avtomat dəzgahlı aqreqatda boru yaymanın 
texnoloji sxemi. 
Boru dairəvi şəkil alır. Xarici diametri üzrə boruları 
kalibrləmək üçün onlar çoxkalibrli (3...7 qəfəsli) dəzgahlara
4
verilir. Dəzgahda işçi qəfəslər bir-birinə nəzərən 90°-lik, üfüqi 
oxa görə isə 45°-lik mailliklə faziləsiz olaraq yerləşir. Qəfəslərin 
göstərilən tərzdə düzülüşü sayəsində yayma zamanı boru iki 
qarşılıqlı perpendikulyar istiqamətlərdə deformasiyaya məruz 
qalır. Kalibrləyici dəzgahda yayılmış borular soyudulma üçün 
soyuducuya, sonra düzləndirmə aparmaq üçün düzləndici 
dəzgahlara 5 verilir, kəsilmə və başqa tamamlayıcı 
əməliyyatlardan keçirilir.

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin