hidravlik preslər vasitəsilə ştamplarda əymə ilə şəkilləndirilir.
Nisbətən kiçik diametrli (100 mm-ə qədər) borular üçün
pəstahlar qıfvari konusdan çəkilmə ilə şəkilləndirilir. Sobada
qaynaqda zolaqlar 1300...1350°C-dək qızdırılır və onlar, xüsusi
kəsikli
hissədən kelbətinlə tutulub, dartıb-uzatma dəzgahı
vasitəsilə qıfvari gözlükdən keçirməklə şəkilləndirilir. Çəkilmə
prosesində zolağın kənarları uc-uca sıxılır və qıfdaxili təzyiqin
təsirilə qaynaqlanır qaynaqlanmış boru kalibrləyici dəzgahdan
keçirilir və soyuducuya verilir. Diametri 750
mm qədər olan
böyük diametrli boruların qaynağs bükülmüş boru pəstahının
yanlarını 1300°C- dək qızdırdıqdan sonra aparılır. Bu zaman
qaynaq börunun içində polad sağanaq olmaqla, iki şırnaqlı val
arasında sıxılmış vəziyyətində aparılır. Boruların yan tərəflərini
qaynaq etmək üçün flüsaltı
avtomatik qaynaq, diyircəkli
kontaktlı və arqon-qövslü qaynaq üsullarından
da istifadə
olunur.
Şək. 5.9. Qaynaqlanan boruların yayılması:
A -
boru pəstahının fasiləsiz dəzgahda vallar vasitəsilə
şəkilləndirilməsi;
B
- təbəqənin vallar arasında
şəkilləndirilməsi (c) və qaynaq edilməsi (b); a – havalandırıcı