Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə65/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

 
 
 
5.4. Sərbəst döymənin əsas istehsal əməliyyatları və 
texnoloji proseslər 
Qızdırılmış pəstahın bütövlüyünü pozmadan, çəkicin 
(presin) döyəcləri arsındakı metalı sərbəst halda təzyiqlə emal 
ilə qeyri məhdud dərəcədə plastiki deformasiya etməklə lazımi 
şəkildə, ölçüdə və xassələrə malik
döyük 
adlanan məmulun 
alınma prosesi
 sərbəst döymə
adlanır. 


Sərbəst döymə ilə kəsmə ilə emal üçün kütləsi onlarla 
qramdan 100 t-a qədər olan döyüklər hazırlanır. Adətən fərdi və 
kiçik seriyalı istehsalda kütləsi 50 kq-a qədər və orta kütləli (50.. 
400 kq) döyüklər sərbəst böymə ilə hazırlanır. Belə ki, ştamp 
tərtiba tlarının baha başa gəlməsi və onların hazırlanmasının 
uzun müddətli olması sayəsində göstərilən ölçülərdə döyüklərin 
həcmi ştamplama üsulu ilə alınması iqtisadi cəhətdən əlverişli 
deyil. 
Sərbəst döyme prosesi pəstah metalını müəyyən 
ardıcıllıqla bir neçe muxtelif əməliyyatlarla döyme ilə apanla 
bilər. Bu əməliyyatlar oturtma, döyüb uzatma, dəlmə, deşmə, 
çapma, əymə, burma, demirçi qaynağı və s. ibarətdir (şəkil 5.11). 
Oturtma
pəstahın
 3 
bütövlükdə döyəclər
 1
və 2 arasında 
tutulma şəraitində, onun hündürlüyünün azalması və en 
kəsiyinin arması ilə apanlır. Oturtma pəstah metalının qeyri 
bərabər deformasiyaya uğraması ilə xarakterizə olunur. 
Metalın deformasiya dərəcəsi
 

 = (H
0
- H)/H
0
·100%
asılığı 
ilə təyin edilir. Pəstahın hündürlük ölçüsünün onun diametrinə 
nisbəti 2,5-dən az olduqda, oturtma zamanı əyilmə qorxusu 
aradan qalxır. Dairəvi və dişli çarx və s. döyüklərinin 
alınmasında oturtma əsas əməliyyatdır. 
Yerli oturma
döyüyün qurtaracağında və ya orta hissəsində 
genişləndirmə aparmaq üçün tətbiq olunur. Bu halda pəstahın 
müəyyən hissələrində döyəclərə
1, 2
bərkidilmiş üzükvari 
lövhələr
3
qoyulur və həmən hissəiərin deformasiyası 
məhdudlaşdırılır. Boltlar, çıxıntılı iş parçaları və s. kimi 
döyüklər yerli oturtma ilə hazırlanır. 
Deşmə
döyüklərdə
 4
deşik almaq üçün aparılır. Deşmədə 
deşici alət

döyəcin
1
yüngül zərbələri ilə döyüyün bütün 
qalınlığı üzrə ona batırılır. Sonra döyük çevrilib alt döyəcin 2 
üstünə - üzükvari altlıq üzərinə qoyulur və zərbə vurmaqla deşici 
alət deşikden çıxarılır. Deşmə əməliyyatı korputun keyfiyyətsiz 
özək metalını çıxarmaq üçün də istifadə olunur. 
 


Döyüb uzatmada
(şəkil 5.11.ç) pəstahın en kəsik sahəsinin 
azalması hesabına onun uzunluğu artır. Döyüb uzatma pəstahın 
ayrı-ayrı qanşıq sahəciklərinə ardıcıl olaraq zərbə vurmaqla və 
ya onları sıxma ilə aparılr. Dairəvi pəstahları döymə taxma 
döyəclərlə
 1, 2 
(şəkil 5.11.d) aparılır. Metalın yüksək plastikliyi 
hərtərəfli sıxılmada gərginlik halı sxeminə uyğun olaraq, taxma 
döyəclər vasitəsilə döyüb uzatma ilə dairəvi pəstahların alınma- 
sına imkan verir. Döyüb uzatma ilə uzadılmış oxlu pəstahlar 
hazırlanır; belə pəstihlardan vallar, linglər, sürgü qolu və s. 
hazırlamaq üçün istifadə olunur. 
Döymədə yerli qovmada
(şəkil 5.11.e) pəstahın müəyyən 
hissəsinin qalınlığını azalmaq hesabına eyni zamanda onun eni 
artırılır.

Sağanaqda döyüb uzatmada
(şəkil 5.11.ə) öncədən 
deşilmiş pəstahın divarının qalınlığını azaldılması ilə eyni 
zamanda onun uzunluğu artırılır, diametri isə azaldılır. Sıxılma 
döyəclər
 1, 2
və sağanaq 3 arasında baş verir. Bu əməliyyat ilə 
qazan barabanları, trubin rotorları üçün içi boş pəstahlar 
hazırlanır. 
Pəstahın divarının qalınlığının azaldılması hesabına onun 
xarici və daxili diametr üzrə ölçülərinin artırılması
sağanaqda 
genəltmə əməliyyatı
(şəkil 5.11.f) ilə yerinə yetirilir. Əvvəlcədən 
deşilmiş pəstah 3 uzunsob döyəc
1
və silindrik sağanaq 2 
arasında döyülərək genəldilir. Üzüklər, çəmbərlər, barabanlar və 
s. üçün pəstahlar bu əməliyyətla hazırlanır. 
Çapma
(şəkil 5.11.g) - pəstahın bir hissəsini digərindən 
ayırma əməliyyatıdır. Pəstahın 3 çapılması balta
1
ilə aparılır. 
Bu əməliyyat zamanı əvvəlcə balta pəstahın üst tərəfindən 
metala 0,1 H
0
ölçüsünə qədər batırılır, sonra isə onu döyəc 2 
üzərində180° döndərib ayırma tamamlanır. 
Burma
(şəkil 5.11.ğ) əməliyyatı zamanı pəstahın uzununa 
oxu üzrə onun bir hissəsi digərinə nəzərən döndərilir; bunun 
üçün pəstahın 4 bir hissəsi döyəciər
 1, 2
arasında sıxılır, digər 
lazımi hissə isə açarlar, çəngəlvari alətlər 3 və s. vasitəsilə 


dcndərilir. 
Burma 
əməliyyatından 
vallarda 
dirsəkləri 
döndərmək, burğuların hazırlanmasında və s. istifadə edilir. 
Metalın ötürülmə
əməliyyatında (şəkil 5.11.h) pəstahın
 1
bir hissəsinin digərinə nəzərən yeri dəyişdirilir. Ötürmə dirsəkli 
vallar və başqa iş parçalannın hazırlanmasında tətbiq olunur. 
Şək. 5.11. Sərbəst döymənin əsas əməliyyatlarının sxemləri 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin