6.
MÜXTƏLİF İSTEHSAL PROSESLƏRİNDƏ TERMİKİ
EMALIN DETAL VƏ PƏSTAHLARA TƏTBİQİ
6.1. Ümumi istehsal prosesində möhkəmlndirici texnologiyaların
yeri
Termiki emal (möhkəmləndirici texnologiya)
istər
pəstah hazırlama, istərsə də pəstahın emalı proseslərində tətbiq
edilə bilər. Diyircəkli yastıq həlqəsinin emalı prosesi
nümunəsində detal və ya yarımfabrikatların hazırlanması
prosesində termiki (və ya kimyəvi-termiki) emalın tətbiqi sxemi
şəkil 6.1-də verilmişdir. Yastıq həlqələrinin ШХ15 markalı
poladdan və ya digər materialdan hazırlanma sxemi aşağıdakı
mərhələləri əhatə edir:
– qızmar plastik deformasiya üsulu ilə dairəvi (həlqəvi)
pəstahların hazırlanması;
– hazırlanmış pəstahların kəsmə ilə emalının
asanlaşdırılması və strukturun sonrakı
termiki emala
hazırlanması məqsədi ilə dənəvər perlit
strukturunu təmin edən
tam tabalmadan ibarət ilkin termiki emalı;
– ilkin kəsmə ilə emal;
– tablama və aşağı temperaturlu tabəksiltmədən ibarət son
möhkəmləndirici termiki emal;
– son mexaniki emal (paradaxlama);
– paradaxlamadan sonra yarana biləcək qalıq gərginlikləri
aradan qaldırmaq üçün əlavə termiki emal - aşağı temperaturlu
tabəksiltmə;
– son nəzarət və hazırlanmış həlqələrin yığıma verilməsi.
Ümumi
texnoloji
prosesdə
möhkəmləndirici
texnologiyaların yeri və növü konkret məmulun (detalın,
pəstahın) istehsalı texnologiyasının
işlənmə prosesində
müəyyən edilir.
Çeşidli yayıq
Mürəkkəb profilli
yayıq
Qaynaq
Döyük və
ştamplama
Tökük
Dəzgahda
kəsmə
Soyuq
plastik
deformasiya
Qızmar plastik
deformasiya
Qaynaq və
lehimləmə
Qızdırılmaqla
termiki emal
Şəkil 6.1. Detal və pəstahların müxtəlif istehsalı proseslərində termiki emalın tətbiqi:
I- bilavasitə çeşidli yayıqdan; II- pəstahdan; III- tökükdən; IV- metal ovuntularından
III
II
II
II
IV
- qızıdırılmaqla termiki emal
- əvvəlki proseslərdən qalmış istilikdən istifadə etməklə termiki emal
I
Bu zaman məmulun ölçüləri, forması, kütləsi, istismar
şəraitindən asılı olaraq
onun tələb olunan xassələri,
möhkəmləndirici emalın xüsusiyyətləri, həmçinin bu emaldan
qabaq və sonra formadəyişmənin mümkünlüyü nəzərə alınmalıdır.
Məhsulun keyfiyyəti bütün
istehsal tsikli ərzində baş
verdiyinə görə keyfiyyətin idarə edilməsi zərurəti meydana çıxır.
Həm də möhkəmləndirici emalın keyfiyyətinə nəzarətin
ümumilikdə texnoloji prosesin təkmilləşdirilməsi üçün vacib
vasitə olduğu nəzərə alınmalıdır.
Keyfiyyətə nəzarət
obyekti olaraq ilkin material,
möhkəmləndirici texnologiyalar prosesləri, həmçinin hazır
məhsulun keyfiyyəti məsələləri meydana çıxır. Məhsulun
keyfiyyətini təmin edən proseslərin və onların nəticəsinin texniki
tələblərə uyğunluğunun yoxlanması texniki nəzarət adlanır.
Möhkəmləndirici (termiki, kimyəvi-termiki) emalın
keyfiyyəti metalın mikrostrukturu,
mexaniki, fiziki, texnoloji və
digər xüsusi xassələri ilə səciyyələnir.
Keyfiyyətə nəzarət seçmə və başdan-başa (100%-li) ola
bilər. Bir çox hallarda hazır məmulatın istismar xassələrinə səthin
keyfiyyətinə kələ-kötürlük böyük təsir göstərə bilir. Səth qüsurları
istismar prosesində işarəsi dəyişən
yükə məruz qalan məmulun
uzunömürlülüyünü aşağı sala bilir. Bu isə səthin vəziyyətinə ciddi
nəzarəti tələb edir. Keyfiyyətə nəzarət əsasən aşağıdakı formalarda
həyata keçirilir:
– material və yarımfabrikatların (metal, döyük, tökük)
keyfiyyətinin müəyyən edilməsi üçün giriş nəzarəti;
–
ayrı-ayrı istehsal mərhələlərində məhsulun keyfiyyətinə
texnoloji nəzarət;
–
hazır məhsula çıxış nəzarəti.
Hazır məhsulun minimum maddi
və enerji sərfi yolu ilə
təminatlı keyfiyyətinin səviyyəsi və rasional termiki və kimyəvi-
termiki emal texnologiyasının tətbiqi, texnoloji proseslərin əsas
parametrlərinə nəzarət üsullarından istifadə etməklə yerinə yetirilə
bilər.