ovuntu sütunu yaradılır və bu ovuntu, öz kütləsinin ağırlığı
hesabına tədriclə fasiləsiz deformasiya zonasına daxii olur.
Deformasiya zonası tutma bucağı ilə formalaşdırılır. Üfüqi
vəziyyətdə yaymada (şəkil 4.23.b)
maili novçadan və ya
qidalandırıcı şnek mexanizmindən istifadə edilir.
Yayma zamanı ovuntunun həcmi bir neçə dəfə azalır.
Alınan lentin sıxlığı valcıqların diametrinin ölçüsündən, tutma
bucağı və yayılan lentin qalınlıq üzrə ölçüsündən asilı olur.
Adətən valcığın diametrinin yayılan lentin qaimlığına nisbəti
100:1-dən 300:1 həddinə qədər seçilir. Yayma üçün əsasən iki
valcıqlı dəzgahdan istifadə oiunur; tamamlayıcı əməliyyat üçün
yalmz kvarto dəzgahlardan istifadə edilir. Yayma ilə iki- və
üçqatlı lentlər almaq mümkündür. Hazırda metal ovuntuları
yayma üsulları ilə qalınlığı 0,025. ..3 mm və eni 300 mm olan
lentlər hazırlanır. Ovuntudan metal-keramik materialların
yayma üsulu ilə alınmasının bir sıra üstünlükiəri vardır: baha
başa gələn pres-qəliblərdən istifadə olunmur; kütlə üzrə
nisbətən bərabər sıxlığa maiik, nazik qalınlıqda və böyük
öiçüldə məmulatı alınmaq
mümkün olur; məhsuldarlıq daha
yüksəkdir; eyni sahəyə malik məmulatın istehsah üçün yayma
dəzgahının gücü preslərin gücündən xeyli aşağıdır.
Şək. 4.23. Metal ovuntulannın yayılma sxemi
Bişirmə
- soyuq presləmə, yayma və b. üsullarla aiınmış
pres-pəstahların möhkəmlik xassələrini yüksəltmək üçün
aparılan
termiki əməliyyat
prosesidir. Bişirmə temperaturu bir
komponentli sistem üçün ovuntu metalının 2/3 ərimə
temperaturuna və ya çoxkomponentli struktura üçün əsas
metalın ərimə temperaturundan aşağı götürülür. Bişirmə zamanı
mürəkkəb fiziki-kimyəvi proseslər - səthə oksidlər bərpa oiur,
diffuziya, yenidən kristallaşma və s. baş verir. Bişirmə
texnologiyası məmuiatın möhkəmlik və sıxiığına təsir göstərir.
fvlüəyyən həduə qədər bişmə
müddətini və temperaturu
artırdıqda kontakt səthinin əmələ gəimə prosesləri aktivləşir və
bunun sayəsində materialın möhkəmlik və sıxlığı yüksəlir.
Lakin temperaturun yüksəiməsi və müddətin uzadılması
dənələrin böyüməsi ilə nəticələnir və bu məmulatın mexaniki
xassələrini pisləşdirə bilər. Bişmədə oturma baş verir; bunun
qiyməti
ovuntunun
disperslik
dərəcəsindən,
bişirmə
temperaturu və müddətindən asılı olaraq dəyişir. Bişirmə qalıq
gərginliyi götürür, fiziki xassələri dəyişdirir və məmuiatın
mexaniki xassələrini yaxşılaşdırır.
Bişirmə bərk halda və maye faza ilə aparılma ilə fərqiənir.
Maye faza ilə bişirmə yalnız çoxkomponentli sistemlərdə
mümkündür; bu halda proses bir və ya bir neçə komponentin
maye hala keçməsi ilə gedir. Bərk və maye fazaların qarşılıqlı
təsiri
ilə bərk məhlul əmələ gəlir; məsələn, WC - Co bərk
ərintisini bişirdikdə. Maye faza ilə bişirmədə, ka- piilyar
qüvvələr aktivləşir və məsamələr tutulur və bunun sayəsində
materialın sıxlığı artır.
Sənayedə bərk faza ilə bişirmə prosesi daha geniş tətbiq
olunur; bu prosesdə bişmə bərk haida diffuziya hesabına gedir.
Bişirmə üçün alovlu və ya elektrik sobalarından istifadə
olunur; proses vakuumda
və ya qoruyucu hidrogen, azot
oksidini hidrogenlə qatışığı, su qazmda, generator qazı və s. qaz
mühitlərində aparılır. Bişirmədən sonra məmulata son ölçü
vermək və onun onun səthini korroziyadan qorumaq məqsədilə
əlavə əməliyyatlar (təkrar presiəmə və bişirmə, yağlayıcı
maddələrlə hopdurma, termiki və ya kimyəvi-termiki
emaljäparılır.Buihaidaəyilmə baş verə bilər, bunun qarşısını
almaq üçün nazik və yastı məmulat təzyiq altında bişirilir.
Alınmış zay məhsul (möhkəmliyin aşağı olması, oksidləşmə)
təkrar bişirmə ilə düzəldilə bilər. Lazım
olduqda bişirilmiş
metal-keramik məmulat kalibrləmə, kəsmə ilə emal, termiki və
kimyəvi-termiki emal və təkrar presləmə ilə emal oluna bilər.
Kalibrləmədə bişirilmiş məmulat xüsusi konstruksiyalı
polad pres-qəliblərdə müəyyən deşiklərdən keçirilir; bu zaman
onlarda ölçülər dəqiqləşir, səth cilalanır və məsaməiik xeyii
azalır.
Mürəkkəb şəkilli məmulat almaq üçün bişmiş pəstahlar
(bərk ərintilərdən içliklər və ştamp matrisaları, çəkib-uzatma
gözlükləri və s.) mexaniki emala uğradılır; xarici və daxiii yivlər
açılır, dərin və kiçik diametrli deşikiər açılır və s.
Metal-keramik
məmulatın
kimyəvi-termiki
emalı
(azotlama, xromlama, sianlama və b.)
monometallar üçün
olduğu kimi aparılır; lakin belə materiallarda məsaməlik, yəni
aktiv səthin böyük olması ilə əlaqədər emal prosesiəri daha aktiv
aparılır.
Təkrar presləmə mürəkkəb şəkilli məmulatın almasında
aparılır. Bu halda birinci presləmədə təxmini şəkii və ölçülərə
malik pəstahiar alınır, verilmiş ölçü və şəkil ikinci presləmə ilə
dəqiqləşdirilir.
Dostları ilə paylaş: