Çuqunun
polada
çevrilmesinin
əsas
mahiyyəti
tərkibindəki karbon,
silisium, manqan və fosforu qismən
oksidləşdirmə yolu ilə posaya və qaz halına keçirməklə
miqdarını azaltmaqdan ibarətdir.
Poladı oksigensizləşdimək
və legirləmək üçün ona
metallik əlavələr - ferroərintilər verilir.
Flüs olaraq əhəng daşı, boksid və çöl şpatı (flüorit)
işlədilir. Əhəng daşı posanın əsasını təşkil edir, boksid ve çöl
şpatı isə onun mayeaxıcılığını təmin edir.
Oksidləşmə prosesləri soba atmosferinin qazvari oksigeni
(qaz fazası) və ya sobaya verilən bərk oksidləşdiricilər (dəmir
fılizi, aqlomerat, yayma prosesində alınan qəlpə - yanıq)
hesabına aparılır.
Dəmirin oksidləşməsi (oksigen təsiri ilə) aşağıdakı
reaksiya üzrə gedir:
[Fe] +1/20
2
= (FeO).
Soba atmosferinin oksidleşdirici qazları metalla qarşılıqlı
əlaqəyə girərək digər elementləri də oksidləşdirir:
[Si] + 0
2
=( Sİ0
2
);
[Mn] + 1/2O
2
= (MnO);
[C] + 1/20
2
= CO.
Aşqarların oksidləşməsi metalda
həll olmuş oksigenin
təsiri ilə də gedə bilər:
[Si] + 2O =( Si0
2
);
[Mn] + O =(MnO);
[C] + O = CO.
Dəmirə nisbətən oksigenə daha həris olan elementlər
posanın tərkibindəki dəmir oksidi ilə oksidləşirlər:
Si + 2 [FeO] = Sİ0
2
+ 2[Fe];
Mn + [FeO] = MnO +[Fe];
C + [FeO] = CO +[Fe].
Poladəritmə qurğusunda posanın altında (əsasən FeO ve
CaO) və nisbətən aşağı temperaturda fosfor (metalın
defosforasiyası) kənarlaşdırılır:
2[P]+ 5[FeO]+4CaO = (CaO)
4
(P
2
O
5
)+5[Fe].
İç qarışıqlann
oksidləşməsinin sonunda, dəmir oksidləri
əmələ gəlməyə başlayır. Onlar poladda həll olaraq metalda
oksigenin miqdarını artırır. Bu poladda
plastiki deformasiya
zamanı çatdaqların yaranmasına səbəb olur. Poladı oksigendən
təmizləmək üçün ona dəmirə nisbətən oksigenə daha həris
elementlər (oksigensizləşdiriciler) elavə edilir. Əmələ gəlmiş
oksidlər posanın tərkibinə keçir.
Oksigensizləşdirici kimi
silisıum (ferrosilisium şəklində), manqan (ferromanqan),
alüminium və qələvi-torpaq metallar işlədilir.
Poladəridici aqreqatlarda oksıgensizləşmə bilavasitə
metalın daxilində gedir:
Si + 20 = Si0
2
;
Mn + O = MnO;
2Al + 30 = Al
2
O
3
.
Oksidləşdirici atmosferli poladəritmə aqreqatlarında
(məsələn, konvertorlarda, marten sobalarında) şəraitdən asılı
olaraq diffuziyalı oksigensizləşmə (posala) prosesləri də gedə
bilir.
2[FeO] + Si = Si0
2
+ 2Fe;
[FeO] + C = CO + Fe;
3[FeO] + 2AI = Al
2
0
3
+ 3Fe.
Posada FeO-nun miqdarı kəskin dərəcədə azalır və
bununlada poladın keyfiyyəti yüksəlir. Kükürdün miqdannı
azaltmaq üçün posanın tərkibində CaO-nun mıqdan artırılır və
buna uyğun olaraq təknədə temperatur yüksəldilir.
Kükürd
sulfıd şəklində posaya keçir:
[FeS] + CaO = CaS +[ FeO].
Lazım olduqda əritmə legirləmə ilə tamamlanır; bunun
üçün polada legiriəyici elementlər qatılır.
Oksigen-konvertor və elektrik-polad əritmə prosesləri ilə
polad istehsalı perspektli polad əritmə metodlarıdır.
Dostları ilə paylaş: