Yanacağın karbonu əsasən furma qarşısında qızmış koks
kütləsinin 900...1200°C temperaturlu havanın oksigeni ilə
görüşdiyü zonada yanır. Əmələ gəlmiş karbon qazı havanın
azotu ilə yuxarı istiqamətlənərək qızğın koks ilə qarşılıqlı təsir
sayəsində C0
2
+C
→
2CO reaksiyası gedir. Bu dönən reaksiya
olmaqla onun müvazinətliyi temperatur yüksəldikdə sağa, aşağı
düşdükdə isə yerini sola dəyişir. Furmaya təbii qaz və ya buxar
verdikdə yüksək temperaturda qızğın koksu oksidləşdirir:
H
2
0 + C
k
= CO + H
2
.
Şək. 4.1. Domna sobasında gedən
fiziki-kimyəvi proseslər
Temperatur yüksəldikcə şixtə quruyur. Nəmlik domna
qazı ilə sobadan çıxır. Şixtənin tərkibindəki hidratlann əsas
hissəsi parçalanır (şəkil 4.1). 400...950°C temperatur
intervalında karbonatlar aşağıdakı ardıcıllıqla parçalanır: FeC0
3
(450...500°C); MnC0
3
(520... 550°C); MgC0
3
(600...650°C);
CaC0
3
(700 ...900°C).
Dəmir oksidlərinin dolayısı bərpa edilməsi aşağıdakı
ardıcıllıqla gedir:
Fe
2
0
3
→
Fe
3
0
4
→
FeO
→
Fe.
Dəmir oksidlərinin bərpa
edilməsində əsasən CO qaz
fazasının (müəyyən qədər hidrogenin) və sonra bərk karbonun
rolu böyükdür. Bunların qarşılıqlı təsiri filizin fıziki
vəziyyətindən, qazların tərkibindən, onların təzyiqindən və bir
sıra digər amillərdən asılı olur.
Manqan dəmirə nisbətən oksigenə daha həris olduğundan
yalnız MnO-nə qədər (əsasən CO ilə) bərpa edilir:
Mn0
2
→
Mn
2
0
3
→
Mn
3
0
4
→
MnO.
MnO müstəsna olaraq bərk karbon hesabına, qızmar posa
ilə (manqanın miqdarı metaldakına nisbətən çoxdur) təmasda
olduqda MnO +C
bərk
= Mn +CO - Q sxemi üzrə bərpa olur. Bu
reaksiya dəmirin bərpasına tələb olunandan 2 dəfə çox istilik,
yəni artıq yanacaq tələb edir.
Silisium SiO
2
-dən əsasən bərk karbonla bərpa olur; bunun
üçün daha yüksək temperatur və çətinəriyən posa şəraiti tələb
edir. Bilavasitə bərpa edilmə reaksiyaları endotermik olmaqla
oksidlərin bərk karbonla təması şəraitində gedir.
Fosfor domna sobasına filizin tərkibində 3Ca0P
2
0
5
və
3Fe0P
2
0
5
8H
2
0
mineralları
şəklində
verilir.
Yüksək
temperaturda bu birləşmələr bərpa olur və dəmirlə qarşılıqlı
təsir nəticəsində P+3Fe = Fe
3
P
sxemi üzrə fosfid şəklində
çuquna keçir.
Kükürd filiz, koksla pirit və s. dözümlü sulfidlər şəklində
sobaya verilir. Kükürdün bir hissəsi oksidləşir və S0
2
şəklində
qazlarla kənarlaşır, qalanı isə çuqun və posada həll olur.
Posa sobanın şaxtasında əmələ gəlir. İlkin posa şixtənin
asan əriyən komponentlərindən (Si0
2
, MnO, FeO) əmələ
gəlməyə başlayır və bilavasitə bərpa proseslərində başa çatır.
Posanın tərkibi boş süxür oksidlərindən və koksun
külündən, həmçinin sobaya xüsusi məqsəd və 1400-1500°C
temperaturda lazımi mayeaxıcılığı təmin etmək üçün verilmiş,
flüsdən ibarətdir. Posa asan əriyən olduqda dəmir oksidlərinin
müəyyən miqdarı bərpa edilə bilmir və onunla birlikdə bərpa
zonasından tez çıxır.
Çətinəriyən posa alındıqda isə sobanın divarlannda örtük
yaradır və domna prosesi mürəkkəbləşir. Flüs posaya lazımi
tərkib və xassə verir və bunun sayəsində sobanın təyinatlı iş
rejimi və çuqunun kükürtdən təmizlənməsi təmin edilir. Belə ki,
əsasi oksidlər əritmə prosesində
koksdan və dəmir filizindən
metala keçən kükürdü kənarlaşdırmağa və onun zərərli təsirini
azaltmağa imkan verir.
Posanın tərkibində əsasi və turşu oksid birləşmələrinin
nisbəti (CaO+MgO)/(Si0
2
+Al
2
0
3
) = 1 həddində olmalıdır.
Domna posasının əsas təşkilediciləri - 28-40%Si0
2
; 35-
40%CaO; 5-17% Al
2
0
3
; 10% MnO; 2 - 13% MgO; 1% FeO;
0,5% S; 1% P
2
O
3
-dən ibarətdir. Posanın tərkibi filizlərdəki boş
süxurun tərkibindən, həmçinin domna sobasında alınan
çuqunların (təkrar emal, tökmə) və ya ferroərintilərin əridilmə
proseslərindən asılı olaraq dəyişir.
Dostları ilə paylaş: