Dərs vəsaiti Bakı 2023


 Standartlaşdırma metodları



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə20/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

3.3. Standartlaşdırma metodları 
 
Standartlaşdırmada 
əsas 
terminlər 
Beynəlxalq 
Standartlaşdırma 
təşkilatının, 
standartlaşdırmanın 
elmi 
prinsiplərini öyrənən komitəsi tərəfindən yaradılmışdır. 
Standartlaşdırma 
- maksimum səmərəlilik əldə etmək 
üçün, minimum tələblərin elmi əsasını öyrənməkdən ibarətdir. 
Bu 
zaman 
elmin, 
texnikanın, 
təcrübənin ən yeni 
nailiyyətlərindən istifadə olunmalıdır. 
Standart 
- standartlaşdırmada görülən konkret işlərin 
nəticəsidir. 


Standartlar əsasən üç şəkildə ola bilər: 
1.
Hər hansı bir sənəd şəklində. 
2.
Əsas vahid və ya fiziki sabit şəklində. 
3.
Müəyyən bir cisim şəklində. 
Standartlaşdırmanın əsas metodları bunlardır: 
I.
Ümumiləşdirmə (unifikasiya). 
II.
Tipləşdirmə (tipizasiya). 
III.
Simplifikasiya. 
Ümumiləşdirmə 
- standartlaşdırmanın ən geniş yayılmış 
metodudur. Burada eyni vəzifə daşıyan hissələr səmərəli surətdə 
öz ölçülərinə, görünüşlərinə, tiplərinə və miqdarına görə 
azaldılır. Bu zaman bu birləşdirilmiş hissələr üçün vahid texniki 
sənəd yaradılır və bu hissələr öz aralarında qarşılıqlı əvəz oluna 
bilərlər. 
Ümumiləşdirmənin də əsasını sistemləşdirmə və 
təsnifatlaşdırma təşkil edir. 
Sistemləşdirmə 
- hissələri, cisimləri, yaxud nəzərdən 
keçirilən materialı müəyyən bir qayda ilə (sıra ilə) düzməkdən 
ibarətdir. 
İki cür sistemləşdirmə var: 
1.
Əlifba sistemləşdirilməsi. 
2.
Rəqəm sistemləşdirilməsi. 
Əlifba sistemləşdirilməsində cisimlər əlifba sırasına görə 
düzülür. Bunlardan ensklopediya, məlumat kitablarından, 
biblioqrafik materiallarda istifadə edilir. 
Texnikada isə rəqəm sistemləşdirilməsindən istifadə 
edirlər. Bu zaman istifadə olunan material sıra nömrəsinə görə 
düzülür, bəzi halda isə xronoloji vaxtlardan istifadə olunur. 
Məsələn: QOST 16093-71, burada əvvəlki rəqəmlər sıra 
nömrəsini, axırıncı iki
rəqəm isə standartın təsdiq olunduğu ili 
göstərir. 
Təsnifatlaşdırma da ümumiləşdirmənin bir sahəsini təşkil 
edir. Burada nəzərdən keçirilən materiallar - siniflər, 
yarımsiniflər və dərəcələrə görə təsnifatlaşdırılır. 


Beynəlxalq miqyasda universal onluq təsnifatlaşdırma 
sistemi işlədilir (UDK). Bu sistemdən çap olunan materiallarda
jurnallardakı məqalələrdə istifadə edilir. 
UDK-dan sonrakı I rəqəm istifadə olunan geniş elm 
sahəsini göstərir. Sonrakı rəqəmlər isə getdikcə daha konkret 
sahələri təcəssüm etdirir. 
UDK 6 - tətbiqi elmlər, təbabət və texnika; 
UDK 62 - texnika; 
UDK 621 - ümumi maşınqayırma; 
UDK 621.3 - elektrotexnika; 
UDK 389.6 - standartlaşdırma. 
Bir-birilə əlaqədə olan sahələr 2 nöqtə ilə işarələnir. UDK 
289.6:621.3 - elektrotexnikada standartlaşdırma. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin