Dərs vəsaiti Bakı 2023


Filizlərdən dəmirin bilavasitə bərpa edilməsi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə25/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

Filizlərdən dəmirin bilavasitə bərpa edilməsi. 
Polad 
istehsalı üçün dəmirin filizlərdən bilavasitə alınması üç üsul ilə 
mümkündür. Emal üsulundan asılı olaraq məhsul süngərvari
kündə və maye metal şəklində alına bilər. 
Süngərvari dəmir alınması bərpa edilmiş dəmiri və boş 
süxuru əritmədən nisbətən aşağı temperaturlarda (950-1000°C) 
aparılır. Süngərvari dəmiri almaq üçün zərərlı aşqarlardan 
təmizlənmiş, 64...67% dəmirlı fıliz və ya konsentratdan və az 
kükürdlü bərpa edicilərdən (CO və H
2
qazlarının qatışığı və ya 
xırdalanmış koks) istifadə olunur. 


Filizlərdən dəmirin bərpası şaxta, üzükvari, tunel tipli
boruvari və ya qaynayan qatlı (şəkil 4.2.) sobalarda aparılır 
Qaynayan qatlı sobalarda süngərvari dəmir sobada 3 
MN/m
2
təzyiq altında hidrogen və ya hidrogen və karbon oksidi 
qazlarının qatışığı ilə bərpa edilir; dəmir maqnit seperasiyası ilə 
boş süxurdan ayrılır. Süngərvari dəmirin tərkibində ən azı 90% 
Fe və 0,005% S, 0,005% P olur Süngərvarı dəmirdən ovuntu 
almaq üçün və yüksək keyfiyyətli polad istehsalında skrap 
(qırıntı) əvəzi kimi istifadə edilir. 
Şək. 4.2. Filizlərdən dəmirin bərpası üçün soba: 
1 -
çıxan qaz; 2 - havaqızdırıcı;
3
- hava,
4
- təbii qaz; 5 - 
qazqatışdırıcı; 6 - koloşnik qazı; 7 - bərpa edici qaz; 8 - reaksiya 
kamerası;
 9 -
bərpa edilmə sobası;
 10
- qaztəmizləmə cihazı;
 11 
-
skmbber;
12 - 
soyuq qazın kənarlaşması;
13
- ələk;
14 -
soyuducu; 
15
- süngərvari dəmirin çıxışı;
 16
- kəsəkləşmiş Fe
2
0

filizi;
 17 -
kövşəkləyici;
 18 -
xırda filiz; 19 - qurudul- muş şlam;
 
20
- ələnmiş hissəciklər;
 21 -
briketləyici pres 


Kündə 
dəmir 
daha 
yüksək 
temperaturlarda 
(1250...1350°C) boş süxurun əriməsi və posanın əmələ gəlməsi 
ilə xəmirvari halda alınır. Bu halda cılız filizdən və aşağı növlü 
yanacaqdan istifadə oluna bilər. Bərpa edici kimi CO, H
2
 VƏ
ya 
onlann qatışığı, həmçinin xırda koks və aşağı növlü yanacaq 
istifadə olunur. Dəmirin bərpası uzunluğu 60 70 m və diametri 
təxminən 4 m olan boruvari dönən sobalarda gedir. Bu 
məqsədle sobaya demir filizi, koloşnik tozu, pirit yanığı, koks 
və ya kö- mür tozu yüklənilir. Materiallar sobada hərəkət 
etdikcə nəmliyi ayrılır, dəmır bərpa olur və kündə əmələ gəlir. 
Alınmış kündə tərkibində 85 ..95% Fe, 0,15 ..1,10% S, 0,15 
1,10% P, təxminən 1% C və 5. 10% posa olur. 
Kündə dəmir elektrik və marten sobalarında, kükürdün 
miqdan çox olduqda isə domna prosesində şixtə materialı kimi 
istifadə olunur. 
Filiz və koks qatışığından müəyyən temperatur həddində 
əridilmə ilə metal almaq olar. Xüsüsi reaktorlarda ovuntuvari 
filiz, kömür tozu və oksigenin iştirakı ilə dəmir bərpa edilir. 
Reaktorda yanma və ərimə baş verir, tozvari filiz hissəcikləri 
qazvari yanma məhsullarının təsirilə dəmir bərpa edilir, maye 
metal və posa əmələ gəlir. Digər emal metodları ilə müqayisədə 
(domna prosesi daxil edilməklə) şaxta tipli sobalarda bərpa 
prosesi məhsuldarlığına görə daha yaxşı göstəricilərə malikdir. 
Bütövlükdə bilavasitə filizdən dəmir alma metodu fasiləsiz 
olaraq təkmilləşdirilir. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin