Maşınqayırmada İTHVS-in əsas tərkib hissəsi kimi dövlət
standartları əsasında texnoloji sənədlərin vahid sistemi (TSVS)
yaradılmışdır.
TSVS - nəzarətdə daxil edilməklə, məhsulun hazırlanması
və ya təmiri üçün bütün maşınqayırma və cihazqayırma
təşkilatları, müəssisələri tərəfindən işlənib hazırlanan və tətbiq
edilən, texnoloji sənədlərin komplektləşmə
tədavülünün tərtibat
üsullarının işlənib hazırlanması haqda qarşılıqlı əlaqədə olan
qaydaları və müddəalarını müəyyən edən dövlət standartları
kompleksidir.
TSVS-dən əsas məqsəd təşkilatlar və müəssisələr arasında
texnoloji sənədlərin tərtib edilməsinin və qarşılıqlı mübadilə
edilməsinin vahid qaydalar üzrə aparılmasıdır.
TSVS işarələrin standartlaşmasını və müxtəlif işlər üçün
sənədlərin eyniləşdirilməsini
təmin edir ki, bu da texnologiya
sənədlərinin mübadiləsində təkrar sənədləşdirməyə ehtiyac
olunur. TSVS - əsasən texnologiya sənədlərini, ümumi və xüsusi
təyinatlı iki qrupa ayırmaq mümkündür.
Ümumi texnoloji sənədlər qrupuna ayrıca işlədilən və ya
hazırlanma texnologiyasının və ya təmiri müxtəlif üsullarından
asılı olmayaraq daxil olan texnoloji sənədlərdir.
Ümumi sənədlərə eskiz xəritəsi (EX) və texnoloji təminat
(TT) aiddir.
EX - hazırlanan və ya təmir olunan məhsulun hər hansı bir
əməliyyatının və ya keçidinin yerinə
yetirilməsini izah edən
nəzarət və yerdəyişməsi də daxil olmaqla sxem, cədvəl və ya
eskizdən ibarət olan qrafiki sənəddir.
TT - məhsulların hazırlanmasında dəfələrlə təkrar istifadə
olunan texnoloji proses, üsul və qaydaları, texniki ləvazimatların
istifadə qaydalarını izah edən və texnoloji
sənədlərin həcmini
azaltmaq məqsədilə tərtib edilmiş sənədə deyilir.
Xüsusi təyinatlı sənədlər texnoloji proseslərin və ya ayrıca
bir əməliyyatın istehsalın növündən və iş üsulundan asılı
olmayaraq hər hansı bir məhsulun hazırlanması və ya təmirini
yazılı surətdə təsvir edir. Bu qəbuldan olan əsas sənədlərdən biri
marşrut xəritəsidir. Marşrut xəritəsi məhsulun hazırlanmasına sərf
olunan material və alət, istifadə olunan avadanlıq tərtibat, və
ləvazimatlar haqqında məlumatlar və ən əsası texnoloji prosesin
tam izahını özündə cəmləşdirir.
Marşrut xəritəsi əvəzinə bə’zi
hallarda texnoloji prosesin
xəritəsindən (TPX) istifadə etməyə icazə verilir. TPX - istehsal
prosesini əməliyyatlar üzrə tərtib etməyə imkan verir, bu halda
keçidlər, texnoloji rejimlər
material və əmək sərfləri, texnoloji
ləvazimatlar daha dəqiqliklə göstərilir.
Tipik texnoloji proseslər xəritəsi (TTPX) bir qrup oxşar
hissələrin emalı və ya təmirinin ümumi şəkildə təsviri üçün tətbiq
edilir.
Ayrı-ayrı texnoloji əməliyyatları işləyib hazırlamaq üçün
əməliyyatlar xəritəsindən (ƏX) istifadə olunur. ƏX-də ardıcıl
olaraq bütün keçidlər, rejimlər istifadə
olunan Kəsici və ölçücü
alətlər, texnoloji ləvazimatlar və əmək sərfi göstərilir.