Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə8/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

 


Köməkçi hərəkət 
- texnoloji keçidin tamamlanmış bir 
hissəsi olub işçi hərəkətin yerinə yetirilməsinə hazırlıq olan 
hərəkətinə deyilir. 
Üsul 
- İnsanın müəyyən bir məqsədlə, məsələn hər hansı bir 
keçidin aparılması üçün tamamlanmış hərəkətləri çoxluğuna 
deyilir. 
 
1.4. Texnoloji əməliyyatlatlarin əmək tutumu
Texnoloji 
əməliyyatların 
əmək 
tutumu 
onların 
effektivliyinin əsas amili olub texniki əsaslandırılmış işçi vaxt 
norması əsasında təyin olunur. 
Texnoloji prosesin əsas hesablanan ünsürü texnoloji 
əməliyyatdır. Verilmiş istehsal proqramı daxilində əməliyyata sərf 
olunan vaxt və onun maya dəyəri texnoloji prosesin əlverişli tərtib 
olunduğunu xarakterizə edir. 
Texniki cəhətdən əsaslandırılmış vaxt norması texnoloji 
əməliyyatın müəyyən texniki-təşkilati şəraitində yerinə yetirilməsi 
üçün sərf olunan vaxta deyilir. 
Texniki əsaslandırılmış vaxt normasına əsasən maya dəyəri 
məhsulun qiyməti hesablanır, avadanlığın məhsuldarlığı təyin 
edilir və təqvim planı tərtib olunur. 
Texniki istehsal norması vaxt normasının əks
göstəricisidir. 
Vaxt normasının təyin olunmasının üç üsulu mövcuddur: vaxt 
normasını mövcud normativlər üzrə hesablamaq; vaxt normasını 
sərf olunan işçi vaxta nəzarət etməklə hesablamaq; müqayisə üsulu 
və ümumiləşdirilmiş tipik normalar üzrə hesablamaq. 
Texniki əsaslandırılmış vaxt norması və texniki istehsal 
norması hər bir əməliyyat üçün təyin edilir. 
Birinci iki üsul seriyalı və küllü istehsalda, üçüncüsü isə 
xırda seriyalı və fərdi istehsalda tətbiq olunur. 
Ədəd vaxtı
- texniki əməliyyat tsiklinin yerinə yetirilməsinə 
sərf olunan vaxtın həmin vaxt ərzində emal və ya təmir olunan 
hissələrin sayına nisbətinə və ya təqvim üzrə yığma əməliyyatına 


sərf olunan vaxta deyilir. Ümumiyyətlə hazırlıq - tamamlama, əsas 
texnoloji, köməkçi, operativ, iş yerinə qulluq və şəxsi təlabata sərf 
olunan vaxtlara ayırd edilir. 
Hazırlıq
- tamamlama vaxtı işçinin özünün və iş yerinin 
müəyyən bir texnoloji əməliyyatın aparılması üçün hazırlanmasına 
və iş növbəsi qurtardıqdan sonra yığışdırılmasına sərf olunan vaxta 
deyilir. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin