2.
MAŞINQAYIRMADA İSTEHSALIN TEXNOLOJİ
HAZIRLANMASI VƏ PROSESLƏRİN QURULUŞU
1.1. Əsas istilah, anlayış və təriflər
“Texnologiya”
(iki yunan sözündən yaradılmışdır,
techne
-
incəsənət, ustalıq, bacarıq və
lodes
- söz, öyrənmə, elm deməkdir)
hazır məhsulu əldə etmək üçün xammalın, materialın, yarım
fabrikatın müvafiq istehsal vasitələri emalı üçün müxtəlif qayda və
üsulları özündə cəmləyən, nizama düzən elmə deyilir.
Maşınqayırma texnologiyası
- hər hansı bir maşın
tələb
olunan keyfiyyət, istehsal proqramı
ilə müəyyən olunmuş
miqdarda, tələb olunan vaxt ərzində, ən az əşyalaşmış və canlı
əmək sərf etməklə, yəni ən kiçik maya dəyərilə istehsalını təmin
edən elmə deyilir. Maşınqayırma
sənayesinin istehsal etdiyi
məhsul müxtəlif maşınlardır.
Maşın
- enerjinin növünü dəyişmək üçün məqsədə uyğun
hərəkətləri yerinə yetirən və ya faydalı iş görən mexanizm və ya
mexanizmlər cəmidir. Bütün müxtəlif maşınlar 2 növə bölünür:
enerjinin növünü dəyişən maşın mühərriklər və işçi maşınlar
(maşın - əmək vasitələri) bunların
Köməyilə əmək sərf edərək
məhsul yaradılır - yəni məhsulun forması, qruluşu və ya mövqeyi
dəyişdirilir. Maşınlar, avadanlıqlar, mexanizmlər,
qurğular, on-
lardan təşkil edilmiş aqreqatlar və ya hissələr maşınqayırma
müəssisəsinin istehsal məhsullarıdır.
Məhsul
- müəssisədə hazırlanan və istehsalın son
mərhələsinin əşyası və ya əşyalar dəstinə deyilir.
Məhsulları təyinatına görə əsas və köməkçi istehsalın əşyası
kimi 2 qrupa bölürlər. Əsas istehsalın məhsulu tədarük (satılmaq),
köməkçi istehsalın məhsulu isə müəssisə daxili imkanlar üçün
nəzərdə tutulur. Dövlət standartlarına görə məhsulun aşağıda
göstərilən növləri vardır.
Hissə (detal)
- bir materialdan və heç bir yığma əməliyyatın
tətbiq etmədən hazırlanan məhsula deyilir (məsələn, bir çeşiddən
hazırlanmış val, tökülmüş gövdə və i.a).
Yığma vahidi
- məhsulun bir qismi olub iki və ya daha çox
hissədən ibarət olan və müəssisədə hər hansı bir yığma
əməliyyatının (yiv ilə bərkitmə, yapışdırma, pərçiləmə, presləmə)
köməyilə birləşdirilən və gələcəkdə vahid şəkildə istifadə olunan
əşyaya deyilir. Məsələn,
diyircəkli yataq, reduktorun bir valının
yığımı, turbinin rotoru,
ehtiyyat hissələr komplekti, ölçmə
qurğularının alət və tərtibatları və i.a.
Dostları ilə paylaş: