GİRİŞ
Sənayenin əsasını təşkil edən maşın və avadanlıqların
yüksək keyfiyyətdə hazırlanması, onların uzunömürlü olmasının
təmin edilməsində maşınqayırma
elminin inkar edilməz böyük
rolu var. Belə ki, maşınqayırmada avtomatlaşdırmanın,
robotlaşmış texnoloji xətlərin və çevik istehsal sahələrinin
yaradılması ilə müasir tələblərə cavab verən, keyfiyyət göstəricisi
olan maşın və avadanlıqların hazırlanmasına nail olunmuşdur.
Bununla belə əmək məhsuldarlığı
nəzərə çarpacaq səviyyədə
artmış və istehsal proseslərində tətbiq olunan ağır əməyi aradan
qaldırmaq mümkün olmuşdur.
Beləliklə maşınqayırma texnologiyası
ümumi nəzəri
əsaslarla yaranaraq sonra inkişaf etmiş və sahə texnologiyalarına
ayrılmış, eyni zamanda bir sıra maşınların istehsal texnologiyası
yaradılmışdır.
“İstehsal proseslərinin texnoloji əsasları” fənni “Sənaye
mühəndisliyi” ixtisasının gələcək mühəndisləri üçün müasir
şəraitdə tətbiq edilən çox saylı texnoloji
proseslərin quruluşu
haqqında kompleks təsəvvür yaradılmasında mühüm rol oynayır.
“İstehsal proseslərinin texnoloji əsasları” fənnin tədrisində
istifadə olunan hazırkı dərs vəsaitində maşınqayırmada istehsalın
texnoloji hazırlanması, proseslərin quruluşu,
metallurgiya
sənayesi üzrə qara və əlvan metalların istehsal prosesləri, termiki
emal və qaynaqda gedən proseslər,
metal kəsmə prosesləri,
məhsulun keyfiyyəti, onun əsas göstəriciləri, texnoloji siniflərdən
bəzi hissələrin emalı və yığım texnologiyası mövzularına aid əsas
istehsal proseslərinin texnoloji əsaslarının öyrənilməsinəgeniş yer
verilmişdir. Bütün bu mövzular II fəsildə cəmlənmişdir.
“İstehsal proseslərinin texnoloji əsasları” adlı dərs vəsaiti
fənnin proqramı üzrə verilən mövzulara əsasən hazırlanmış və
onların tam və əsaslı mənimsənilməsinə zəminlik yaradır.
Müəlliflər onu qeyd etməyi vacib hesab edirlər ki,
kitab
hazırlayarkən mövcud olan rus və azərbaycan dilində çap edilmiş
ilkin mənbələrə müraciət etmişlər.
Xüsusilə prof. C.Ə. Kərimovun “Maşınqayırma”, H.D.
Novruzovun “Konstruksiya materialları texnologiyası”, prof. S.M.
Mustafayevin “Materialşünaslıq”, C.Ə. Kərimov, H.H. Eldarov,
T.A. Bədəlova və b. “Maşın və avadanlıqların istehsal
texnologiyası”, F.T. Quliyevin “Fasiləsiz tökmə poladları” və s.
istifadə edilmişdir.
Dostları ilə paylaş: