1.2. İstehsalın texnoloji hazırlanması
Maşınqayırmada
istehsal prosesi
dedikdə - müəssisə
daxilində, materiallardan və yarımfabrikatlardan hər hansı bir
məhsulun istehsalı üçün yerinə yetirilən bütün işlərin cəmi başa
düşülür. Buraya istehsal vasitələrinin hazırlanması, onlara qulluq,
bilavasitə maşını təşkil edən hissələrin mexaniki emalı, yığılması,
texnoloji
proseslərə nəzarət, məhsulun qablaşdırılması, satışı,
müəssisənin bütün əsas istehsaldan Kənar şö’bələrinin işləri
daxildir.
İstehsal proseslərinin səmərəli təşkili istehsalın mükəmməl
texniki hazırlığı əsasında aparılır.
İstehsalın texniki hazırlanması.
Bu əməliyyat aşağıdakılardan ibarətdir:
1.
İstehsalın konstruktiv hazırlanması - yəni məhsulun
konstruksiyasının işlənməsi onun
bütün cizgilərinin və digər
konstruksiya sənədlərinin hazırlanması.
2.
İstehsalın texnoloji hazırlanması - bu hazırlığa məhsulun
quruluşunun texnoloji cəhətdən səmərəli olması, texnoloji
proseslərin işlənməsi, texnoloji ləvazimatların
layihələndirilməsi
və hazırlanması və istehsalın texnoloji hazırlanmasının idarə
olunması daxildir.
3.
Məhsulun lazım olan miqdarda və əlverişli
hazırlanmasının istehsal proseslərinin təqvim planı.
İstehsalın texniki hazırlanmasının ən məsuliyyətli və çətin
mərhələsi texnoloji layihələndir ilməsidir.
Bu da texnoloji
hazırlanmanın xırda seriyalı istehsalda 30-40%, seriyalı istehsalda
40-50% və küllü istehsalda isə 50-60% -ni təşkil edir.
Texnoloji
proseslərin
layihələndirilməsinin
əmək
tutumunun istehsal proqramının artması ilə çoxalması texnoloji
ləvazimatların mürəkkəbləşməsi və hazırlığın mükəmməlləşməsi
ilə izah olunur. Ümumiyyətlə, maşınların hazırlanmasında
texnoloji
layihələndirmənin
əmək
tutumu,
konstruktiv
layihələndirməyə sərf olunan əməkdən dəfələrlə artıq olur.