Texniki qulluq vaxtı -
növbə ərzində alətin
tamamlanmasına, dəyişdirilməsinə, və tənzim olunmasına,
avadanlığın tənzim olunmasına sərf olunan vaxta deyilir.
Onu əsas vaxtın müəyyən faizi kimi və ya hesablama yolu ilə
təyin etmək olar.
Çilingər-yığma əməliyyatlarında texniki qulluğa vaxt
ayrılmır.
Şəxsi tələbat vaxtı (t
f
) - dincəlmək, istehsalat qimnastikası
etmək və özünə qulluq üçün verilir və operativ vaxtın qayda ilə
müəyyən olunmuş faizi kimi tapılır.
Məsələn, mexaniki sexlər üçün:
Ədəd vaxtını aşağıdakı düsturla hesablamaq olar:
Burada α, β, ᴠ - əmsalları müvafiq olaraq texnini qulluq,
təşkilati qulluq və fasilə vaxtlarını nəzərə alır.
Şək. 1.1. Emalın hesabi uzunluğunun təyini sxemləri
Seriyalı istehsalda hər partiya hissələri emal etmək üçün
əlavə hazırlıq - tamamlama vaxtı verilir. Bu vaxt cizgi ilə tanış
olmağa və mexanini emalı texnoloji cəhətdən hazırlamaq və yerinə
yetirilmiş işi təhvil verməyə sərf olunur.
Hazırlıq-tamamlama vaxtının miqdarı, istifadə olunan
avadanlığın növündən, görüləcək işin mürəkkəblik dərəcəsindən
asılıdır.
Bir partiya hissələrin emalına sərf olunan vaxt aşağıdakı kimi
tapılır:
Burada
n - partiyada olan pəstahların sayıdır, ədəd. Bir
hissənin emalına sərf olunan ədəd vaxtilə onun payına düşən
hazırlıq - tamamlama vaxtının cəminə ədəd - nalnulyasiya vaxtı
deyilir.
Müəyyən olunmuş vaxt normaları əsasında əməliyyatların
qiyməti, verilmiş proqramı yerinə yetirmən üçün lazım olan
avadanlığın miqdarı və istehsal proseslərinin planlaşdırılması
aparılır.
Avtomatik rejimdə işləyən avadanlıqdan emalın ədəd vaxtına
i
teşkq
və i
texnq
sərf olunan vaxtlar daxil edilmir.
İş vaxtının normallaşdırılmasının öyrənilməsinin iki üsulu
mövcuddur: xronometraj və iş gücünün fotoqrafiyası.
Xronometraj dan tez-tez təkrar olunan əl və ya maşınla
yerinə yetirilən əməliyyata sərf olunan vaxtı müəyyən etmək və
onun əsasında normalar sənədi hazırlamaq lazım olduqda istifadə
olunur.
İş gücünün fotoqrafiyası, ümumiyyətlə, növbə ərzində bütün
görülən işlərin və onlara sərf olunan vaxtın cəmi deməkdir. Əksər
hallarda iş gücünün fotoqrafiyası boşdayanmaların səbəbini və
onlara sərf olunan vaxtı aşkar etmək üçün istifadə olunur.
Müəyyən bir məhsulun istehsalında tətbiq olunan texnoloji
prosesin yerinə yetirilməsinə sərf olunan əmək insan-saat miqdarı
əmək tutumu, dəzgah-saat miqdarı hesablanır.