Dərs vəsaiti Bakı Dövlət Universiteti



Yüklə 11,29 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix28.07.2020
ölçüsü11,29 Mb.
#32325
1   ...   16   17   18   19   20   21   22   23   24
Turizm-ekskursiya ishinin teshkili


248
sində  Bakıda  keçirilən  ekskursiyalar  haqqında  məlumatlar  dərc 
olunmuşdur.  «Geoloji ekskursiya» başlığı altında dərc olunan mə­
lumatda  qeyd  olunur  ki,  yerli  geoloqlar  Bakı  uyezdiniri*  «Əzri- 
Xəzri»  adlanan  ərazisində  ekskursiyada  olmuşlar.  Oradaca, 
«Uşaq ekskursiyaları» başlığı altındakı məqalədə 26  iyul  1922-ci 
il  tarixdə  N.Narimanov  adma  uşaq  kitabxanasının  üzvlərinin 
Zığda  yerləşən  Lenin  adma toxuculuq  fabrikinə  ekskursiyası  ba­
rədə məlumat verilmişdir.
36 uşaqdan  ibarət qrupun  13  avqust tarixində  həmin  fabri­
kə ekskursiyası haqqında da məlumat vardır.
N.Nərimanov  adına  uşaq  kitabxanasının  müdiriyyəti  tərə­
findən  uşaqlar  üçün  şüşə,  kərpic-dulusçuluq  zavodlarma,  Luna- 
çarski  adma bağa  və Balaxanı-Suraxanı  rayonuna da  ekskursiya­
ların keçirilməsini nəzərdə tutulması  barədə məlumatlar öz  əksi­
ni tapmışdır.
Azərbaycan Həmkarlar İttifaqları  Şürasmın struktur bölmə­
si  olan  Mədəniyyət  şöbəsinin  1923-cü  ilin  II  rübündə  fəaliyyət 
hesabatında  63  ekskursiyanın  keçirilməsi  haqqında  məlumat  ve­
rilmişdir.  Ekskursiyalar əsasən Bakının zavod,  fabrik və neft mə­
dənlərində çalışan  fəhləlrin  digər istehsalat sahələri  ilə  tanış  ol­
maq məqsədi daşıyırdı.
1923-cü  il  dekabr  ayının  17-də  Azərbaycanda  ekskursiya 
işinin  inkişafı  üçün  Respublika  Həmkarlar  İttifaqlarının  M ədə­
niyyət  komissiyası  və  Təşviqat  və  Siyasi  maariflənmə  şöbəsinin 
birgə  iclası  keçirilmiş,  ekskursiya  işini  daha  da  genişləndirmək, 
mühazirəçilərin  və  ekskursiyaçıların  respublikanın  rayonlarına 
göndərilməsi  ilə  əlaqədar  vəsait  ayrılması  üçün  uyczd  icraiyyə 
komitələrinə müraciət olunması haqqında qorar qəbul edilmişdi.
Sonrakı  illərdə  ekskursiyaların  coğrafiyası  getdikcə  geniş­
lənir,  iştirakçıların sayı artırdı.
Yay  aylarında Xəzər  sahilinə-Mərdəkan,  Şüvəlan,  Buzov­
na,  Türkan,  Zığ,  Artyom  (indiki  Pirallahı)  adası  və  Şıx  zolağına 
istirahət məqsədli ekskursiyalar təşkil olunurdu.
Ümumiyyətlə 1925-ci itdə keçirilən 229 ckskursiyada-7 min nə­
fər iştirak etmişdi.  1926-cı ildə-1522 ekskursiyada 45.728 nəfər,  1927- 
ci ildə-1762 ekskursiyada 49.296 nəfərin iştirak etdiyi qeyd olunurdu.
Həmkarlar İttifaqlarının mədəni-mühaziro-ekskursiya büro-
* Uyezd - qəza (inzibatı ərazi bölgüsü).
249

sunun qəbul üzrə bazası olmadığı üçün,  1927-ci ildə digər şəhər­
lərdən  Bakıya gələnləri «kəndli evində»,  Ali partiya məktəbinin 
yataqxanasında və digər yerlərdə yerləşdirirdilər.
1927-ci  ildə  Bakıya  Rusiyadan  (əsasən  Qroznı  şəhərin- 
dən)-43  qrup  (645  nəfər),  Gürcüstandan-4  qrup  (260 nəfər),  Er- 
mənistandan-67  qrup  (983 nəfər),  Ukraynadan-3  qrup (59 nəfər), 
Qırğızıstandan-5  qrup  (85  nəfər),  Azərbaycan  uyezdlərindən 
(Gəncə, Nuxa, Naxçıvan)-28 qrup (603 nəfər) turist gəlmişdi.
1927-ci ildə keçirilən ekskursiyalar: 
iqtisadi-istehsalat -  482 ekskursiya;

tarixi-mədəni -  402;

tarixi-inqilabi -1 8 0 ;

sanitar-maariflənmə -142;

hərbi -1 4 0 ;

siyasi-maariflənmə -126;

elmi-təbiət ekskursiyaları -3 1 ; 
bədii -  7
1927-ci  ildə  450  ekskursiya-gəzintisi  keçirilmişdi.  Yuxarı­
da  göstərilən ekskursiya təsnifatı bu gün ciddi  tənqidə səbəb ola 
bilər,  amma  nəzərə  almaq  lazımdır ki,  bu  Azerbaycanda  ilk  ek­
skursiyaların təşkili təcrübəsi idi.
Ekskursiyalar  ilk  növbədə  şagirdlər  üçün  vətənə,  təbiətə 
sevgi məktəbi idi.  Tətil zamanı şagirdlərin səyahət və ekskursiy­
aları  -   istirahətin  en yaxşı  forması,  sağlamlığın bərpası,  təcrübə 
və biliyin zənginləşməsi deməkdir.
Bu illərdə respublikamızda turizm-ekskursiya fəaliyyəti  ilə 
məşğul olan ən fəal Həmkarlar İttifaqları olmuşdur.
Kütləvi  ekskursiya  gəzintilərində  iştirak  edənlərə  xidmət 
göstərmək üçün həmkarlar ittifaqlarının «Kino-mühazirə-ekskur­
siya  bürosu»  Xəzərin  sahilində  Buzovna  və  Mərdəkan  kəndlə­
rində ekskursiya bazaları yaratmışdı.
Əgər  1925-1926-cı  illərdə yaradılan  ilk ekskursiya bazaları 
gecələyən  ekskursiyaçılara yerə sərməyə həsirdən başqa heç bir 
xidmət növü verə bilmirdisə,  1927-ci ildən başlayaraq ekskursiya 
bazalarmda ekskursiyaçılara yataq dəsti  və ucuz qiymətlərlə  ye­
mək verilirdi.
1926-cı ildə Mərdəkan ekskursiya bazası 4 min nəfərə xidmət 
göstərmişdi.  1927-ci  ildə  həmin baza Buzovnaya köçürülür.  1927-ci
250
ildə Buzovna bazası -  9.255 ekskursiyaçı qəbul etmişdi.
Bakıdan  başqa  şəhərlərə  ekskursiyaçılara  gedənlərin  sayı 
da ildən-ilə artırdı.
Əgər  1926-cı  ildə  Bakıdan  13  ekskursiya  qrupu  (200  nə- 
fər)getmişdisə,  1927-ci  ildə  başqa  şəhərlərə  səfərlərdə70  qrup 
(936 nəfər) iştirak etmişdi.
1927-ci ildə uzaq səyahət marşrutlar min sayı 26-ya çatmış­
dı.  Bunlardan:  Bakı-Ağstafa-Dilican-Erevan,  Bakı-Tiflis-Suram- 
Kutais-Borjom, Bakı-Çiatura-Tkvibuli, Kabardin-Balkar vilayəti, 
Şimali  Osetiya,  Bakı-Minvodı,  Ukrayna,  Krım,  Bakı-Moskva, 
Bakı-Leninqrad,  Bakı-Həştərxan-Nijni  Novqorod,  Orta Asiya  və 
s. misal göstərmək olar.
Komsomol təşkilatının və Azərbaycan Həmkarlar İttifaqla­
rı  Şurasının  (AHİŞ)  dəstəyi  ilə  RTC  təşkilatının  Yol  nəqliyyatı 
Xalq  Komissarlığına müraciətinə  əsasən,  bu təşkilatın  üzvlərinə 
dəmir  yol  biletləri  50%  endirimlə  satılırdı.  Bununla  əlaqədar, 
AHİŞ-ın  mədəniyyət  şöbəsi  nəzdində  fəaliyyət  göstərən  kino- 
mühazirə-ekskursiya bürosu «Bakinskiy raboçiy» qəzeti vasitəsi­
lə  (26.06.27)  bütün  sahə  həmkarlar  ittifaqlarına  uzaq  məsafəli 
ekskursiyalarda  iştirak etmək  istəyənlər  haqqında,  vaxtında  m ə­
lumat verməyi  xahiş edir, əks  təqdirdə onların güzəştli biletlərlə 
təmin olunmasına zəmanət verilməyəcəyini bildirirdi.
Xəzər dənizi və Volqa çayı ilə ekskursiya edənlərə  15-30% 
endirimlə güzəştli biletlər verilirdi.
1927-ci  ildə  Azerbaycanda  turizm  işinin  təşkilinə  komso­
mol  təşkilatı da qoşuldu.  Vaxtaşırı Bakı şəhər komsomol  təşkila­
tında  iri  komsomol özəkləri və kollektivləri, Bakının rayon kom­
somol  təşkilatlarının  təşviqatçıları  və  təbliğatçıları  üçün  «SSRİ- 
do  Turizmin  vəziyyəti»  mövzusunda  müşavirələr  keçirilirdi. 
Komsomol  təşkilatlarının  qarşısına  gənclər  arasında  kütləvi  tu­
rizm hərəkatının inkişafı məsələləri qoyulmuşdu.
Bu illər respublikada özfəaliyyət -  idman turizmi də inkişaf 
etməyə başlamışdı.  1927-ci  ilin yayında neft sahəsində çalışan iş­
çi  -   idmançılardan  ibarət  iki  qrup,  uzaq  səyahətə  çıxmışdır.  Bi­
rinci  qrup Bakı-Tiflis-Vladiqafqaz marşurutu ilə  Tiflisdən Vladi- 
qafqaza qədər  «Hərbi-Gürcüstan yolu»  ilə piyada hərəkət etmiş­
lər.  İkinci  qrup  isə  Suxum  şəhərinə  yollanmış.  Oradan  da  Soçi 
şəhərinə piyada hərəkət etmişlər.
251

Respublikada turizm-ekskursiya işi  ildən-ilə  inkişaf etmək­
də  davam  edirdi.  Təkçə  1928-ci  ildə  Həmkarlar  İttifaqları  xətti 
ilə Zaqafqaziya dəmir yolu ilə-2000 bilet,  digər dəmir yollan ilə 
1000,  «Zakavtopromtorq» xətti ilə-500, Qara dəniz paroxod xətti 
ilə-200  güzəştli  bilet  sifariş  edilmişdi.  Xəzər  və  Volqa  boyu  ilə 
üzən gəmilərə lazımi miqdarda güzəştli biletlər əldə edilirdi.
1928-ci ildə təhsil sahə həmkarlar ittifaqı işçiləri üçün Mo­
skva,  Leninqrad, Donbass, Dneprostroy,  Ukraynanın digər şəhər­
ləri, Ural, Şimali Qafqaz və Azərbaycanın rayonlarma səyahətlər 
təşkil edilmişdi.
Bu  illərdə  Azərbaycanın  rayonlarından  (əsasən  məktəbli­
lər) qrup şəklində Bakıya gəlməyə başladılar.  Onlar və SSRİ-nin 
digər respublikalarından gələnlər üçün  Bakıda ekskursiya bazası 
açıldı.
Sovet  İttifaqınm  bir  sıra  şəhərlərindən  Bakıya  gələnlərlə 
yanaşı  ilk xarici  turist qruplarınmda qəbuluna başlandı.  10 nəfər 
alman  tələbəsindən  ibarət  Nyumberq-Vyana-Buxarest-Konstan- 
tinopol  (İstanbul)-Batum-Tiflis-Bakı-Ənzəli-Tehran-Bunşa-Bom- 
bey marşrutu  ilə  hərəkət  edən  ilk xarici  turist qrupu  1927-ci  ilin 
iyul ayında Bakıya gəlmişdir.
1928-ci  ildə  «Sovtorqflot»  (Sovet  ticarət  donanması)  Bakı 
kontorunun  (şöbəsinin) nəzdində xarici  turist  və  tranzit sərnişin­
lərə xidmət göstermək üçün xüsusi büro yaradıldı.
Həmin  ilin  iyul-avqust  aylarında  Bakıya bir neçə  Amerika 
turist  qruplarının  gəlməsi  haqqında  məlumat  «Sovtorqflot»  baş 
idarəsinin Bakı Sovetinə ünvanlandığı məktubda qeyd edilirdi.
Professor və tələbələrdən ibarət olan bu qrupların SSRİ-yə 
gəlişi,  yeni  həyat  və  məişətlə  tanışlıq  məqsədi  daşıyırdı.  Xarici 
turistlərin  yerləşməsi  üçün müvafiq bina, nəqliyyat vasitələri  və 
yerli  həyatla yaxından tanış  olmaq üçün qrupların müşayiətçi  və 
tərcüməçilərlə  təmin  olunması  xahiş  olunurdu.  Qruplar  «Open- 
rod» Amerika tələbə təşkilatının xətti ilə SSRİ-yə gəlirdi.
Azərbaycanda xarici turizmin inkişafı ilə əlaqədar, turistlə­
rin  təhlükəsizliyinə  diqqəti  artırmaq  məqsədilə,  Respublikanın 
Xalq  Komissarları  Şürasmın  İşlər  İdarəsi  bir neçə mühüm  qərar 
qəbul  etmişdi:  1929  və  1930-cu  illərdə  qəbul  olunmuş  qərarları 
nümunə göstərmək olar (qərarların sürətləri əlavə olunur).
252
ПРОТОКОЛ
з а с е д а н и я  с о ц и а л ь н о -к у л ь т у р н о й  се к ц и и  
Г о с п л а н а  А з С С Р  
№   124 о т З /X I -   1929 г.
П редседательствовал  -  Ш ахбази
П рисутствовали:  В сзиров (член-сотрудник)
Кац (Акц.  общ ество И нтуризма)
О линов (нарком здрав)
Ш икин (Д ор.  отд.  Баксовета)
И саханян (комм унхоз)
А рш ани н ов (У п. Ш О С С )
П ри  секретаре С .Бебутове.
С луш али:  О   разработке  м ероприятий  по  развитию   и н остран н ого  ту­
р и зм а в А ССР.
(П ост.  О собого  совещ ания  при У пр.делами  СНК  В ы сш его  Э к о н о м и ­
ческого  Совет а о т  22/1Х -1929г.)
П остановили:
В  ввду отсутстви я  м атериалов  м огущ их  лечь  в  осн ову  м ер о п р и яти й   по 
развити ю   и ностран ного  туризма,  являю щ егося  в  АССР  д ел о м   со в ер ш ен н о   но­
вым  (Б ю р о  о рган и зован о в конце  августа мес.  1929 г.) и  в целях  и спользовани я 
некоторы х  имею щ ихся  у  различны х  организаций  м атериалов  для  со ставлен и я 
п л а н а  считать  необходимы м:
1.  Поручить Азкомстариусу представить в Госплан список памятников стари­
ны, искусства и природы с указанием их месторасположения и по возможности сведе­
ния о маршрутах для посещения зтих памятников.
2.  П оручить  Н КЗдраву  представить  сведения  о  курортны х  б о гатствах 
А С С Р с данны м и  о состоянии ведущ их к ним  путей.
3.  П оручи ть  общ еству  изучения  А зербайдж ана  представить  свед ен и я  о 
всех  известных  ем у  богатствах  А зербайдж ана  и  м огущ их  служ ить  объектом  
дл я  п ривлечен ия  иностранны х тури стов в А ССР.
4.  У полном оченном у  И нтуризма в А С С Р   п редставить  им ею щ иеся  у  не­
го  м атери алы ,  как  о   туристических  богатствах  А ССР,  так  и  о  зая вк ах   ино­
стран н ы х 
туристических
  общ еств.
5.  С рок  представления  всех  указанны х  материалов  установить  н едель­
ный.
Председатель 
Член сотрудник 
Секретарь
253
4  /X I -  29  г.

О б  о б е с п е ч е н и и  б езо п асн о го  и  б есп р е п я т с тв е н н о го   посещ ения 
т у р и с т а м и  т е р р и т о р и и  А С С Р
пр.Л» 4  ст.65. 
1930 год.
В   целях  б езоп асн ого  и   беспрепятственного  посещ ения  туристами,  как 
иностранны м и,  так   и  советски м и   терри тори и   А С С Р ,  С овет  Н ародных  Комис­
саров А С С Р  постановляет:
1.  О бязать  Н ар о д н ы й  К ом и ссариат внутренних д ел   и  все  окружные ис­
полком ы   А СС Р  о к азы в ать  через  адм инистративны е  отделы   последних  полное 
содей ствие  тури стам   (к ак   советским ,  так  и   иностранны м )  во  врем я  их  пребы­
вания  н а терри тори и  А С С Р .
2.  Вменить в обязанность окружных исполкомов АССР,  в  каждом 
отдельном 
случае,  принимать  меры  к   охране  и  безопасному  передвижению  туристов,  устанав­
ливая,  в необходимых случаях и специальную охрану тех,  кои проникают в наиболее 
отдаленные местности АССР.
3 .  В се  туристы  посещ ающ ие  территорию  А ССР,  долж ны   быть  предва­
рительно  зарегистрированы  либо  в  Азербайджанском  отделении  акционерного 
общ ества  "И ш урист”,  либо  в  Азербайджанском  "Обществе  Пролетарского  туриз­
ма",  при  чем  на  обязанности  первой  организации  лежит  регистрация  всех  ино­
странных туристов, а  на обязанности второй - всех Советских туристов.
Примечание:  1.  Туристы  попавшие  в  округа,  минуя  город  Баку,  обязаны за­
регистрироваться в соответствующих окружных исполкомах.
П рим ечан ие:  2.  М арш руты   туристов заранее  сообщ аю тся  регистрирую ­
щим  их  органи зац иям   и  указы ваю тся  на  путевке,  вы даваемой  туристам   на  ру­
ки.
4.  В м енить  в   о бязан ность  А зербайдж анском у  отделению   акционерного 
общ ества "И нтурист"  и  А зсрб.  О бщ еству П ролетарского тури зм а,  немедленно 
представлять в Н К В Д  д л я  дачи  распоряж ения  местным органам   сведения  о  ко­
личестве  л и ц   и  м арш рутах  туристов,  отправляю щ ихся  в   округа  А СС Р  и з  гор. 
Баку.
5.  Поручить  ИКВД  АССР  в  двухнедельный  срок  составить  в  развитие  на­
стоящего  постановления,  подробную  инструкцию  и  по  согласованию  её  с  Азербай­
джанским  Обществом  Пролетарского  туризма,  Азербайджанским  научно-исследо­
вательским  институтом,  "Азерб.  отделением  акционерного  общества  "И тури ст" 
представить на 
утверждение
 Совнаркома.
П р ед сед ат ел ь   С Н К  А С С Р  
Г .М у саб ек о в
З а м .У п р а в д е л а м  С Н К  и  В Э С -а 
А .Р заев
С е к р е т а р ь  С о в н а р к о м а  
А .Н аб и ев
13/1-  1930 г.
M ən b ə:  A S S R  X alq   K om issarları  Şurasm m   İşlər idarəsi  v ə   A li İqtisadi  Ş u ­
rasının  d ə rc   etd ild əri  A zərb .  Sov.  Sos.  Respublikasının  fəh lə-k ən d li  hökum ətinin 
sərən cam lar v ə qanu n lar külliyyatı.
254
Yuxarıda  adı  çəkilən  respublikanın  mərkəzi  orqanlarının 
qəbul  etdiyi  qərarların  kitabda  rus  dilində  çap  olunması  oxucu­
larda təəccüb  doğurmasın,  çünki  Azərbaycan  Respublikası  SSRİ 
tərkibində  olan müddət ərzində  mərkəzi  respublika  orqanlarında 
sənədləşmə rus dilində aparılırdı.
Qeyd etmək  lazımdır ki,  Azərbaycanda  1929-cu ildən Pro- 
letor  turizmi  və  ekskursiyalar  cəmiyyətinin  bölməsi  kimi  fəa­
liyyət göstərən Az.PTEC  1935-ci  ildən Azərbaycan  SSR Mərkə­
zi  İcraiyyə  Komitəsi  nozdində  fəaliyyətə  başladı.  Bununla  əla­
qədar Az. SSR Xalq  Komissarları  Şurasının  1 lmay  1935-ci  il  ra- 
rixli,476  saylı qərarı  ilə turizm-ekskursiya işini  daha da yaxşılaş­
dırmaq məqsədilə bir sıra tədbirlər görüldü:
-   yay  mövsümündə  Bakının  Dzerjinski  adına  rayonun  5 
saylı məktəbin binasını  icarəyə  götürülərək,  orada  70  yerlik  tur- 
baza yaradıldı (Ermənikənddə yerləşən turbaza binası köhnəldiyi 
üçün bağlandı);
Kirovabad  (Gəncə)  şəhərində  Az.  PTEC  Kirovabad 
raysovetinin bazası yaradıldı;
Hacıkənddə turbaza üçün 3 ev icarəyə götürüldü;

Göygölün sahilində 20 yerlik çadır düşərgəsi təşkil olundu.

Bundan əlavə həmin qərarla Azərbaycan Mərkəzi  İcra- 
iyə  Komitəsinin  Proletar  turizm  və  ekskursiyalar  Cəmiyyətinin 
rayon və şəhər Şuralarının nizamnamələridə təsdiq olundu.
Bu cəmiyyət öz üzvləri üçün rəngarəng, maraqlı çoxgünlük 
turist marşrutları təklif edirdi:

Moskva  -   Ryajsk  -   Daşkənd  -   Səmərqənd  -   Krasno- 
vodsk -  (Xəzər dənizi vasitəsilə) -  Bakı -  Beslan -  Rostov -  Lo- 
zovaya  Xarkov  Moskva (ümumi məsafə-7.906 km);

Tiflis -  Bakı -  Beslan -  Rostov -  Voronej -  Moskva -  Le­
ninqrad  -   Vitebsk  -   Odessa (Qara dəniz vasitəilə) -   Batum -   Tiflis 
(ümumi məsafə -  6.029 km);

Bakı  -   Batum -  (Qara dəniz vasitəsilə) -  Soçi -  Arma­
vir -  Beslan  - Bakı (ümumi məsafə -  2.226 km);

Daşkənd  -   Ryajsk  -   Moskva  -   Xarkov  -  Lozovaya  - 
Rostov  -   Beslan  -   Bakı  -   Krasnovodsk  -  Daşkənd  və  bir  sıra 
başqa marşurutlar.
Az.  MİK  Proletar  turizmi  cəmiyyətinin  mərkəzi  şürasmm 
qərarı  ilə  (19  iyul  1935-ci  il, №15)  «Bakı-Göygöl» turist marşru­
255

tu  açıldı.  Həmin  il  Şüvəlanda  turbaza  təşkil  olundu  (21  avqust 
1935-ci il, №33).
Turistlərin  səyahətinin  və  istirahətinin  maraqlı  keçməsi 
üçün,  turbazalarda velosiped və atlarla yürüşlər və gəzintilər təş­
kil olunurdu.
1936-cı  ildə  SSRİ Mərkəzi İcraiyyə Komitəsi  turizmin öl­
kədə  gələcək inkişafının könüllü özfəaliyyət cəmiyyəti çərçivə­
sində az səmərəli olduğunu nəzərə alaraq,  17 aprel  1936-cı il ta­
rixli  qərarı ilə Proletar turizmi və ekskursiyalar cəmiyyətini ləğv 
etdi.
Turizm və  alpinizm sahəsində bütün işlərə rəhbərlik SSRİ 
MİK-nin  Ümumittifaq bədən  tərbiyyəsi  şürasına tapşırıldı.  Eyni 
zamanda yerli və uzaq məsafəli ekskursiyaların, kütləvi turizmin 
təşkilinə birbaşa rəhbərlik isə Ümumittifaq Həmkarlar İttifaqları­
nın  Mərkəzi  Şurasına  (ÜHİMŞ)  tapşırıldı.  Proletar  Turizmi  və 
Ekskursiyalar Cəmiyyətinin əmlakı, turizm-ekskursiya təşkilatla­
rı, Ümumittifaq və yerli marşrutlar, yeni tikilən turizm obyektləri 
Həmkarlar İttifaqlarına  verildi  və bu təşkilatın nəzdində turizm- 
ekskursiya idarəsi yaradıldı.
1936-cı  ildə  Azərbaycan  Həmkarlar  İttifaqları  Şürasının 
(AHİŞ) nəzdində də turizm-ekskursiya idarəsi fəaliyyətə başladı.
O  vaxta  qədər  əsasən  həvəskarlar  səviyyəsində  inkişaf 
edən turizm-ekskursiya sahəsi ÜHİMŞ Turizm-Ekskursiya İdarə­
sinin  tərkibinə  keçdikdən  sonra plan-maliyyə  əsasmda  fəaliyyət 
göstərməyə başladı.
Turizm  işçiləri  təsərrüfat-maliyyə  planının  yerinə  yetiril­
məsi  məqsədilə  bazar  günləri kütləvi turist tədbirlərinin keçiril­
məsi  üçün  əsasən  sənaye  müəssisələrinin  həmkarlar  komitələri 
ilə müqavilələr bağlayırdılar.
1938- 
1940-cı  illərdə  Bakı  zəhmətkeşləri  üçün Buzovnada 
turist  düşərgəsində,  Kirovabad  (Gəncə),  Hacıkənd,  Çirakidzor 
(Xanlar rayonu)  müəssisələrinin işçiləri üçün Hacıkənd və  Göy­
göl  turbazalarmda  bir günlük kütləvi turizm tədbirləri təşkil edi­
lirdi.
1939- 
cu  ildə  ölkədə  hərbi-idman istiqamətli  könüllü  alpi­
nizm təşkilatları yaradıldı.  Bununla əlaqədar həmin ildə Bakıdan 
90 km şimalda yerləşən Beşbarmaq dağmda alpinist düşərgəsi ya­
radıldı.  Bu  düşərgə  alpinizm idmanı  ilə məşğul olanlar üçün tə­
256
lim-məşq  bazası  idi.  Düşərgə  yalnız  yay  aylarında  fəaliyyət  gö­
stərirdi.
Qeyd  etmək  lazımdır  ki,  idmançı-alpinistlərdən  İkinci 
Dünya  müharibəsində  xüsusi  dəstələr  yaradıldı  və  onlar  Qafqaz 
dağlarmda Alman faşisitləri ilə döyüşlərdə qəhrəmanlıq nümunə­
ləri göstərdilər.
1939- 
cu ildə Azərbaycan gəncləri (idman turizm həvəskar­
ları)  Voroşilovqrad-Stalinqrad  marşrutu  ilə  (vətəndaş  müharibə­
sinin  getdiyi  yerlərə),  Samur-Dəvəçi  kanalı  trası  üzrə  və  digər 
yerlərə piyada yürüşlər keçirdilər.
1940- 
cı ildən turizm sahəsində fəxri adlar tədbiq olunmağa 
başladı. Xüsusi xidmətlərə görə turistlər «SSRİ turisti» döş nişanı 
ilə təltif olunurdular.
İkinci  Dünya  müharibəsi  illərində  bütün  SSRİ-də  olduğu 
kimi,  Respublikamızda  da  turizm-ekskursiya  fəaliyyəti  dayandı­
rıldı.
Müharibədən  sonrakı  illərdə  idman,  özfəaliyyət,  ailəvi  və 
uşaq turizmi geniş vüsət tapmağa başladı.
1950-ci  ilin  sentyabr aymda  Bakı  turist bazası  yaradıldı.  O 
vaxtlar bu  baza Nizami adma istirahər parkında yerləşirdi.  1957- 
ci  ildə  Mingəçevirdə  və  Hacıkonddə  turist  bazalrı  təşkil  olunur. 
Mingəçevir  turist  bazasının  filialı  kimi  1958-ci  ildə  Zaqatalada, 
1960-cı ildə Şuşada və «Göygöldə» turist bazaları fəaliyyətə  baş­
ladı. Adı çəkilən turbazalar müvafiq binalarda yerləşirdi.
1961-ci ildə Bakı turist bazası şəhərin mərkəzində yerləşən 
«Göygöl»  mehmanxanasının  binasma köçdü  (hazırda burada  ye­
nidənqurma işləri apanldıqdan sonra Rusiyanın LUK oyl neft şir­
kətinin ofisi yerəlşir).
Qeyd etmək lazımdır ki,  Azərbaycan Turizm-Ekskursiyalar 
İdarəsi  1962-ci ildən Turizm üzrə Azərbaycan Respublika Şürası, 
1969-cu ildən Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respub­
lika  Şürası  adlandırıldı.  O  vaxtdan  turizmə  və  səyahətlər»  olan 
maraq  cəmiyyət  üzvlərinin  öz  mədəni  tələbatını,  fəal  istirahət 
etmək  səylərini  ödəmək,  asudə  vaxtlarından  faydalı  istifadə  et­
mək,  ətraf  mühiti  dərk  etmək,  müxtəlif insanlarla  ünsiyyətdə 
olmaq sahəsində tamamilə qanunauğun arzu olub.
Sonrakı  illərdə  Azərbaycanda  turizm-ekskursiya  işində 
mütərəqqi  dəyişikliklər və  yeniliklər  olmuşdur.  Turizmin  maddi
257

bazası  ildən-ilə  genişlənmiş,  zəhmətkeşlərin  istirahətinin təşki­
lində  yeni  xidmət  formaları  -   turist  qatarları,  çay  gəmiləri, Xə­
zərdə kabotaj  gəmiçilik və s. yaranmışdır.
B a b   zəhmətkeşlərinin yay  istirahətinin  təşkili üçün  1962- 
ci  ildə Nabranda  (Xaçmaz rayonu) B ab  turist bazasının filialı ki­
mi,  150 yerlik «Sputnik» turist çadır düşərgəsi yaradılır.  1963-cü 
ildə B abda turist klubu, Nabranda «Xəzər» turist bazası, 1965-ci 
ildə  B abda,  i b   ildən sonra Gəncədə,  Sumqayıtda,  1969-cu ildə 
Naftalanda və Bakının Mərdəkan qəsəbəsində ekskursiya bürola­
rı  yaradıldı.  1970-ci  ildə  Zaqatalada  və  1972-ci  ildə  Şuşada tur- 
bazaların yeni əsaslı binaları,  1975-ci ildə Qəbələdə «Qafqaz» və 
Xaçmaz rayonunun Nabran bölgəsində  «Dostluq» turist bazaları, 
elə həmin il B ab d a «Qarabağ» turist mehmanxanası itifadəyə ve­
rildi.  Bir  qədər  əvvəl  isə  Xankəndində(1971)  və  Mingəçevirdə 
(1972) ekskursiya büroları açıldı.
Sonrab  illərdə  Respublikanm  müxtəlif rayonlarında:  Na­
xçıvanda  1978-ci  ildə  ilk turizm təşkilatı  (səyahətlər və ekskur­
siyalar  bürosu)  yaradıldı.  1980-cı  ildə  Lənkəranda,  1982-ci ildə 
Əli  Bayramlıda,  Qazaxda və Şamaxıda,  1984-cü ildə Ordubadda 
və  Şuşada,  1986-cı  ildə  Ağdamda  səyahətlər  və  ekskursiyalar 
büroları açıldı.
1970-1987-ci illərdə turizmin inkişafı planlı surətdə davam 
edirdi.  Plan tapşırıqlarının yerinə yetirilməsi məcburi idi. Planlar 
uzun müddətə (5-10 il)  işlənib hazırlanır və turizmin ali orqanları 
tərəfindən  təsdiq  olunurdu.  Planların  normativ  göstəriciləri  tu­
rizm sənayesi və xidmətin inkişafında əsas götürülür və ciddi nə­
zarət olunurdu.
Bu  dövr  ölkədə  sosial  turizmin  perspektiv  inkişafı  ilə xa­
rakterizə olunurdu.
Bu illərdə daxili turizm ilə yanaşı xarici turizmin genişlən­
dirilməsinə də  fikir verilirdi. Xarici turizmin maddi-texniki baza­
sını  genişləndirmək məqsədilə  1973-cü  ildə Babda Azərbaycan 
Respublikasında  ən  böyük  mehmanxana  kompleksi  olan  1042 
yerli  «Azərbaycan»  mehmanxanası istifadəyə  verildi.  1978-ci il­
də  «İnturist»  səhimdar  cəmiyyətinin  tabeliyinə  200 yerlik kom­
fortlu «Moskva» mehmanxanası da əlavə edildi.
Xarici  ölkələrdə  fəaliyyət  göstərən  gənclər təşkilatları  ilə 
turist  mübadiləsini  genişləndirmək məqsədilə  hələ  1959-cu ildə
Yüklə 11,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin