Dərs vəsaiti Bakı Dövlət Universiteti


  Turizm  -   idman  məqsədləri  üçün  təbiətdən  istifadə



Yüklə 11,29 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix28.07.2020
ölçüsü11,29 Mb.
#32325
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Turizm-ekskursiya ishinin teshkili


2. 
Turizm  -   idman  məqsədləri  üçün  təbiətdən  istifadə 
etmə,  insanın  fiziki  qüvvəsinin  geniş  mənada  bəıpa  olunmasına 
olan  tələbatının  ödənilməsi  ilə bağlıdır.  Rekreasiya fəaliyyətinin 
strukturunda  idman  oyunları  və  yarışlar,  turizm  yürüşləri,  alpi-
* Periferiya -  mərkəzi zonadan uzaqda yerləşən zonalar kimi başa düşülür
**  Deqradasiya  -  tənəzzül,  geri  getmə,  xarablaşma,  pisləşmə  kimi  başa 
düşülür.
214
nizm, ovçuluq və s.  osas yer tutur.  Təbiətdən istifadə etmənin bu 
növü unikal  və  çətin  keçilə bilən  təbiət kompleksləri  ilə  əlaqəli 
olduğu üçün, təbii maneələrinin, ekstremal təbii  şəraitin olmasını 
tələb edir.
Turizm  -   idman  məqsədləri  üçün  təbiətdən  istifadoetmə 
təbiət  komplekslərinə  həddindən  artıq  rekreasiya  təzyiqi  ilə 
müşahidə  olunmur,  amma  ekstremal  zonalarda geosistem  çox  da 
davamlı  olmadığından,  burada  da  təbiətin  mühafizəsi  tədbirləri 
vacibdir.  Rekreasiya fəaliyyətindən başqa,  təbiət komplekslərinə 
texniki sistemlər və mühəndis qurğuları -  kanat yollan, avtotrass- 
lar,  istirahət  bazaları,  turist  sığınacaqları  və  komalar  (xijina)*, 
rekreasiya  infrastrukturu müəssisələri və s.  neqativ təsir göstərir. 
Bu  cür  rayonlarda  bir  qayda  olaraq,  iri  turizm  mərkəzləri  və 
komplekslərinin yaradılması çətin olur.
Turizm  -   idman  məqsədləri  üçün  təbiətdən  istifadəet-mo- 
nin  səmərəli  təşkilini  dağlıq rayonun  nümunəsində nəzərdən  ke­
çirək.
Dağ  ekosistemləri  -   məhdud  ərazidə  müxtəlif tipli  land­
şaftların  unikal  surətdə uyğunlaşmasıdır.  Bundan əlavə dağlar tə­
bii  maneələrdən  (sıldırım yamaclar,  buzlaqlar,  coşğun çaylar, şə­
lalələr,  daşlıq  ərazilər,  kanyonlar,  qar  uçqunu  vo  s.)  ibarət  olan 
ekstremal  təbiət kompleksləridir.  Bu  maneələri  aşmaq  idman  tu­
rizminin əsas vəzifəsidir.
Dağ ekosistemləri  istehsalat, məişət və rekreasiya xarakter­
li  antropogen  təsirlərə çox  həssas  reaksiya verirlər.  Ona görə  də 
turizmin  ərazi  sxeminin seçimi, rekreasiya sistemlərinin  tikilməsi 
və istismarı  zamanı dağlıq təbiət komplekslərinin spesifikasiyası­
nın  nəzərə  alanması,  turizm  təşkilatları  qarşısında  dayanan  əsas 
məsələlərdəndir.
Dağlıq rayonlarda ən ümumi şəkildə -  dağətəyi,  aşağı,  orta 
vo yüksək dağ landşaftlarım qeyd etmək olar.
Dağlıq  rayonlarda  turizmin  ərazi  təşkilinin  ümumi  sxemi 
aşağıda göstərilən prinsiplərə tabe olur:
-  Daha yüksək dağlıq ərazilərdə təbiət komplekslərinin an­
tropogen təzyiqlərə məruz qalma riski azalır;
-  Dağlıq  ərazi  yüksəldikcə,  təbiəti  mühafizə  tədbirləri
* Xijina 
- piyada, dağ, su ve xizək turist marşrutları üzərində gucələmə va­
sitəsi kimi istifadə olunan sığınacaq.
215

kompleksi daha geniş miqyasda həyata keçirilməlidir;
-  Yüksəkliyin  artması  ilə:  turistlərin  özünəxidmət  fəaliy­
yəti artır; istirahətin fəallığı artır; turizmin maddi bazasmın kom­
fortu azalır.
Bu  prinsiplər  nəzərə  alınaraq,  dağlıq  rayonlarda  turizmin 
təşkilinin ümumi ərazi sxeminin tərtibi zamanı iri turizm mərkəz­
lərinin  dağətəyi  zonalarda  yaranması  nəzərdə  tutulur.  Dağlıq 
regionun özünəməxsus  «qapısı» olan belə mərkəzlərdə turistləri 
bu  diyarla  tanış  edən,  onun  turizm  imkanları  haqqmda məlumat 
verən  geniş  ekskursiya  proqramları  və  nəzərdə  tutulan  istirahət 
haqqında lazımi məlumatlar verilir. Burada turizmin yüksək kom­
fortlu maddi bazası, geniş inkişaf etmiş sosial və rekreasiya infra­
strukturu şəbəkəsi nəzərdə tutulur.
Turistlər  diyarla  tanış  olduqdan  və  turizmin  müəyyən 
növünü  seçdikdən  sonra  (atçılıq,  piyada,  su,  dağ-xizək  və  s.), 
aşağı dağ landşaftlarında yerləşən turbazalara yollanır, burada bir 
neçə  gün ərzində  adaptasiya dövrü keçir,  seçdikləri  növ üzrə bi­
liklərini  artırır,  ekologiya  və  turizm  yürüşlərinin  təhlükəsizliyi 
texnikasına dair lazımi təlimat alırlar.  Turistlər yalnız bundan so­
nra  turist marşrutlarına yollanır.  Onların istirahəti  vo  gecələməsi 
üçün  orta və  yüksək dağlıq rayonlarda koma və  sığmacaqlar,  tu­
rist dayanacaqları şəbəkəsi yaradılmalıdır.
Turizm -  idman məqsədləri üçün təbiətdən istifadə edilmə 
ciddi  reqlament  əsasında  olur,  turistlər yalnız marşrut vərəqində 
göstərilən istiqamətlə hərəkət etməlidirlər.
Turist marşrutlarının  markirovkası  (işarələnməsi)  və  abad- 
laşdırılmasının,  turizm nəzarət  - xilasetmə xidmətlərinin və eko­
logiya nəzarəti xidmətinin böyük əhəmiyyəti var.
3. 
Turist -  dərketm ə məqsədli təbiətdən istifadə edilmə, 
şəxsiyyətin mənəvi  potensialmin və intellektual qüvvəsinin inki­
şaf funksiyalarının həyata keçirilməsini  təmin edir.  Bu da mədə­
niyyət  və  təbiət dəyərlərinin  istehlakı yolu  ilə həll  olunur.  Söh­
bət maddi  tələbatdan deyil,  ekskursiya obyektlərinin və landşaft­
ların  dərk  olunma  vasitəsilə  həyata  keçməsindən  gedir.  Bu  növ 
təbiətdən  istifadə  olunma,  ümumiyyətlə  təbiət  komplekslərinə 
olan yüksək tələbkarlıqla və attraktivlik, unikallıq,  ekzotik,  mən- 
zərəlilik, kontrastlıq kimi xüsusiyyətlərlə xarakterizə olunur.
Turizm  -  dərketmə  məqsədli  təbiətdən  istifadəetmə  aşağı­
216
dakılarla müşahidə olunur:
- Təbiət kompleksinə böyük miqdarda, amma qısa müddətli 
antropogen rekreasiyanın yüklənməsi;
- Mühüm texnogen təsirlər (avtomobil yollarının, mühəndis 
şəbəkələrinin  və  kommunikasiyaların,  baxış  yerlərinin,  rekrea­
siya  infrastrukturu  müəssisələrinin  geniş  şəbəkəsinin  yaradılma­
sı).
Təbiətdən istifadə olunmanın bu növü təbiət və milli park­
lar yaradılınası və turizm məqsədi  ilə  istifadə olunmanı nəzərdə 
tutur və  meşələrə,  yasaqlıqlara  və  qoruqlara,  landşaft,  botanika, 
dendro  və  zooparklarına  təbiətşünaslıq  ekskursiyalar  çərçivəsin­
də həyata keçirilir.
Turizm 
dərketmə  məqsədli  təbiətdən  istifadə  etmə  bir 
qayda  olaraq  insanın  təbiətlə  ünsiyyət  zəncirinin  ilk  halqasıdır. 
Ona  görə  də  burada  ekologiya  tərbiyəsinin  aspektləri  geniş 
nümayiş olunur.  Ekskursiyaçılara bitkilərin və heyvanların həyatı 
haqqmda  maraqlı  məlumatlar  verilir,  təbiəti  dərketməklə,  yəni 
alınan  lazımi  biliklər əsasında təbiətə məhəbbət  hissləri  tərbiyə 
edilir. Ona görə do 
təbiətdən  istifadə  etmənin  bu  növü  bir­
başa və bilavasitə təbiəti mühafizəyə yönəlir.
Turizm  -   dərketmə  məqsədli  təbiətdən  istifadə  etmə,  tə­
biətin  mühafizəsi  tədbirlərini  (pozulmuş  təbiət  komplekslərinin 
və landşaftlarının estetik xüsusiyyətlərinin bərpası və mühafizəsi 
məqsədi  ilə)  həyata  keçirilməsi  ilə  yanaşı,  onların  təkmilləşdi- 
rilməsini və formalaşdırılmasmı da tələb edir.
Landşaftı  vizual  dərketmə  zamanı,  onun  xüsusiyyətlərini, 
estetik  qiymətləndirməyə  təsir  edən  imkanları  bilmək  vacibdir. 
Toxunulmaz  təbiətin  və  urbanizasiya  olunmuş  mühitin  qarşılıqlı 
münasibəti  kriteriyasına  görə,  təbiətdən  istifadə  etmənin  dörd 
növü  və müvafiq  surətdə aşağıda göstərilən  xarakteristikaya ma­
lik olan dörd funksional zonası vardır:
1. 
Q oruqlarda  təbiətdən istifadə  etmə -  yalnız elmi  işçi­
lərə  eksperiment  və  tədqiqatlar  apannaq,  tələbələrlə  təcrübə 
aparmaq və kütləvi surətdə insanlara isə qısa müddətli ekskursiy­
alarda  iştirak  etmək  üçün  nəzərdə  tutula  bilər.  İnsanın  təbiətin 
durumuna  müdaxiləsi,  həmçinin  heyvanların  ovlanması  yalnız 
təbiətdə  tarazlığı  saxlamaq,  təbiət kompleksinin  çatışmayan  his­
səsini bərpa etmək üçün mümkündür.
217

Qoruqlarda təbiətdən istifadə etmənin əsas və  fərqləndirici 
xüsusiyyətləri  təbiət  resurslarından  xammal  kimi  yox,  məlumat 
(informasiya) mənbəyi kimi istifadə etməkdir.
Qoruq  işçilərinin  yaşayış  yerləri  və  ekskursiyaçılar  üçün 
mehmanxanalar qoruq ərazisindən kənarda yerləşdirilməlidir.
2.  Rekreasiya məqsədli təbiətdən istifadə etmə -  inkişaf 
etmiş  şəhərlərin kənarında yerləşən təbiət parkları,  meşə və  ov­
çuluq  təsərrüfatları,  təbii  ot  çalını,  otlaqlar  və  s.  osasmda  uzun 
müddətli istirahət və turizm məqsədləri üçün təşkil olunur. Bura­
da qoruqlarda təbiətdən istifadə etmədə olduğu kimi  ekskursiya­
ların böyük əhəmiyyəti vardır və mənzərə, görünüş mühüm amil 
olaraq  qalır.  Amma  yaşıl  otlarm  üzərində  uzanmağa,  çimməyə, 
göbələk və  giləmeyvə yığmağa,  balıq tutmağa  icazə  verilir.  Bu­
rada  turist  bazaları,  bağ  qəsəbələri  yerləşir,  turist  cığırları  və 
marşrutları keçir.
3.  Kənd  təsərrüfatı  məqsədli  təbiətdən  istifadə  etmə  -
kənd  təsərrüfatı  işlərinin  orta  və  yüksək  intensivliklə  aparılması 
ilə xarakterizə olunur.  Burada bağlar,  bostanlar, tarlalar,  fermalar 
su  anbarları  ilə,  meşələr  və  çəmənliklər,  şəhərətrafı  istirahət 
parkları  ilə növbə ilə əvəz olunur.
4.  Urbanizasiyalaşdırılmış  təbiətdən  istifadə  etməyə  -  
gündəlik  istifadə  olunan  şəhər,  park və bağçaları  ilə  növbələnən 
daimi  şəhər məskənləri,  ictimai xidmət zonaları  və emaledici  sə­
naye müəssisələri daxildir.
11.5. 
T
u r i z m
 
v ə
 
t ə b
İ
ə t
İ
n
 
m ü h a f
İ
z ə s i n
I
n
QARŞILIQLI ƏLAQƏSİ
Yuxarıda  qeyd  olunduğu  kimi,  turizm  insan  fəaliyyətinin 
bütün  sahələri  arasında  ekologiya və  təbiətdən  istifadə etmə  sis­
temində  xüsusi  yer  tutur.  Turizmin  təbiətlə  və  onun  mühafizəsi 
ilə qarşılıqlı əlaqəsinə üç əsas istiqamət üzrə baxmaq lazımdır:
1.  Təbiətin turizm üçün mühafizə olunması.
Təbiət  (təbii  mühit)  olmadan,  turizmin  mövcudluğundan 
danışmaq olmaz.  Təbii mühitin normal vəziyyəti, spesifik resurs- 
1 sırın olunası,  turizm üçün vacib şərtlərdir.  Ona görə də insan fəa­
liyyətinin  ən  gəlirli  sahəsi  olan  turizmin  inkişafı  üçün  təbiətə
218
qayğı göstərmək lazımdır.
2.  Təbiətin mühafizəsində turizmin köməyi.
Təbiətlə  sıx  əlaqədə  olan  turizm,  fəaliyyətin  fəal  növü 
kimi  insanlarda  təbiətə  məhəbbət  hissi  aşılayır,  onun  mühafizə­
sini  stimullaşdırır.  Turizm  beynəlxalq  əlaqələr  vasitəsi  kimi  qa­
baqcıl mədəniyyətin, texnologiyanın, humanitar və ekoloji  ideya­
ların,  fəlsəfi  dünyagörüşünün  yayılmasında  əhalinin  ekoloji  təh­
silində  və  maariflənməsində,  «insan  -   təbiət»  qarşılıqlı  əlaqələ­
rinə  istiqamətlənən  dünyagörüşünə  malik  olan  yeni  insanların, 
şəxsiyyətlərin tərbiyəsində mühüm rol oynayır.
Təbiətin qorunması üçün  turizmin  böyük təsircdici  vasitə­
lər arsenalı* var.
3.  Təbiətin  turizmin  mənfi  təsirindən  mühafizəsi.  İnsan 
fəaliyyətinin sahələrindən biri kimi, turizmin  təbiət kompleksinə 
təsiri təbiətin korlanmasına (turizm  fəaliyyətinin həddindən artıq 
«fəallığı»  nəticəsində)  səbəb  ola  bilər.  Ona  görə  də  turizm  fəa­
liyyətinin hər bir növü, ekologiyanın mühafizəsi tələbləri nəzərə 
alınmaqla həyata keçirilməlidir.
Turizm üçün təbiətin mühafizəsi
Turizm  digər  sahələrdən  fərqli  olaraq,  təbiətin  qorunub 
saxlanılmasında,  təbiətə  edilən  antropogen  təsiri  tənzimlənmə­
sində,  ekoloji  cəhətdən  effektiv  texnologiyaların  yaranmasında 
daha  çox  maraqlıdır.  Bu  da  turizm  fəaliyyətinin  məqsəd  və  ma­
hiyyəti  (insanın psixoloji,  intellektual və  fiziki  qüvvəsinin  bərpa­
sı)  ilə bağlıdır.
Yalnız təbiət kompleksi turizmin tələblərini  təmin edə  bil­
dikdə, bu məqsədə nail olmaq mümkündür.
Təbiət -  iqlim və ekologiya komponentləri, turistin öz səy­
ahətindən  və  istirahətindən nə  dərəcədə  razı  qaldığını  müəyyən 
edən əsas amillərdəndir.
Təbiət  kompleksinin  obyektləri,  turistlər  üçün  cəlbedici 
olmalıdır və onların estetik komfortunun (estetik həzz almasının), 
estetik tələbatının təmin olunmasına xidmət etməlidir.
1.  Landşaft və onun xüsusiyyətləri:
*  A r s e n a l   -   b ö y ü k   e h ti y a l,  n ə y in s ə   b ö y ü k   m iq d a r ı,  h ə r   h a n s ı  b ir   m ə q s ə d ə  
n a il  o lm a q   ü ç ü n  m ü x t ə l i f  v a s itə lə r in   v ə   im k a n la r ın  m ö v c u d lu ğ u .
219

- monzərəli torpaq sahələri, təbiət abidələri;
- gözəl görünüşü (peyzaj) olan yerlər;
-  turkompleks  binasının  memarlıq  üslubu  ətraf landşaftla 
ahəngdar uyğunlaşması.
2.  Sahilyanı (dəniz, çay, göl) obyektlərin xüsusiyyətləri:
- sahil (hündür, dağlıq, qayalıq, hamar, yastı);
- burunlar;
- körfəzlər;
- buxtalar (kiçik körfəzlər), limanlar;
- qəribə, gözəl memarlıq qurğuları olan sahil.
3.  Ərazinin hidrocoğrafi xüsusiyyətləri:
- su mənbələri, müalicəvi və istilik mənbələr;
- bəndlər, dəhnələr,  süni göllər, kiçik körfəzlər;
- mənzərəli göllər, çay döngələri.
4.  Dağlıq yerlərin geomorfoloji  xüsusiyyətləri:
- qayaların fonnası, rəngi;
- dərələr, yarğanlar;
- tektonik və ya eroziyaya uğramış vadilər;
- karst forma əmələ gəlmələri;
- düzənliklər,  mağaralar və s.
5.  Flora və fauna:
- meşələr,  meşəlik ərazilər;
- vadilər,  təbii  çəmənliklər;
- yerli heyvan aləminin xüsusiyyətləri;
- təbiət qoruqları.
Sözsüz  ki,  bu  təbiət  obyektləri  turizmin  inkişafı  üçün 
mühafizə olunmalı və qorunub saxlanılmalıdır.
Turizm müəssisələrin fəaliyyəti  ətraf mühitin qorunmasına 
istiqamətlənməklə  yanaşı  turistin  ekoloji  tələblərinin,  eyni  za­
manda  ekoloji  təhlükəsizliyinin  təmin  olunmasına  və  ekoloji  və 
estetik komfortluluğuna kömək edir.
Turistin təhlükəsizliyinin təmin edilməsi, qonaqpərvərliyin 
vacib və əsas şərtlərindəndir.
Turistlərin  ekoloji  və  tibbi  təhlükəsizliyini  aşağıdakı  təd­
birlər təmin edir:
a) 
havanm, içməli suyun, ərzaqların, qidanm ekoloji cəhət­
dən  təhlükəsiz  olmasına nəzarət;  effektiv zahiri  sanitar -  epidc- 
mioloji və dövlətin texniki nəzarəti; sanitar -  epidemioloji tədbir­
220
lərin icra olunmasına daxili nəzarət;
b)  ərzaq təchizatma nəzarət,  təsadüfi  və  tanış olmayan tə ­
darükçülərdən ərzaq mallarının alınmasına imkan verilməməsi;
c)  təcili  tibbi  yardımın və  stasionar tibbi  yardım məntəqə­
lərinə çatdırılma vasitələrinin (nəqliyyatın) olması.
İnsanın  ətraf mühitə  harmonik  münasibəti  ilə  xarakterizə 
olunan,  ekoloji  şüur  və  sağlam  həyat  tərzinə  meyl  inkişaf etmiş 
ölkələrin əhalisinin əksəriyyətində (potensial turistlərdə) praktiki 
olaraq formalaşmış, ətraf mühitə və öz sağlamlığma məsuliyyətli 
münasibət tərbiyə olunmuşdur.
Və  əgər  urbanizasiya  olunmuş  mühitdə  şəhər  əhalisinin 
ekologiyaya  olan  tələbləri  (obyektiv  problemlər  olduğundan) 
azca olsa da loyal olmağa imkan verirsə, rekreasiya mühitində  is­
tirahət edən şəhər əhalisinin ekologiyaya olan tələbləri daha sər­
tdir.  Turistin  xarici  mühitə  olan  ilk  tələbi  önə  çəkilir:  turkom­
pleks  ekoloji  cəhətdən  saf və  təhlükəsiz  rayonda  yerləşməlidir. 
Turkompleksin ətraf təbiət mühitinə  təsir göstərən bütün amillər 
ekoloji  və  təbiəti  mühafizə  tələblərinin  yerinə yetirilməməsini, 
müasir turist tərəfindən bilərəkdən və ya instinktiv olaraq ekoloji 
diskomfort kimi  qəbul  olunacaq  və  əksinə  -   turkompleks 
ətraf 
mühit (təbiət) «ekoloji harmoniyasına» riayət etmə, komfort kimi 
qəbul olunacaq.
Belə  vəziyyətə,  yəni  ekoloji  harmoniyaya  riayət  olundu­
qda, ekoturizmlə qarşılaşırıq (sözün geniş mənasında).
Ekoturizmin tələblərinə riayət etmə aşağıdakılardan  ibarət­
dir;
-  turkompleks  yerləşdiyi  regionun  sosial-iqtisadi  rifahını, 
davamlı ekoloji inkişafını saxlamaq;
-  ekoloji cəhətdən  saf təbiət resurslarından  istifadə etməyə 
üstünlük vermək;
- turizm fəaliyyəti prosesində ətraf mühitə ziyan vurmamaq 
və ya ziyanı minimuma endirmək;
-  turlar  proqramına  (turistlərə  göstərilən  xidmət proqramı­
na)  ekoloji  maariflənmənin,  təhsilin  və  sağlam  həyat  tərzinin 
təbliği elementlərini daxil etmək lazımdır.
Belə  ki,  müasir  turistin  ekoloji  komfortla  təmin  olunması, 
turizm  sənayesi  qarşısında ekoloji  turların  formalaşmasını  m əsə­
lələrini qoyur.
221

Turizmin köməyi ilə təbiətin mühafizəsi
Turizm kütləvi hərəkat kimi, ekoloji hərəkatı  ilə yanaşı və 
onunla birgə  dünyada  təbiəti  dağıdıcı proseslərdən geri çəkməyi 
bacaran,  təbiətin və insanın maraqlarını (sağlamlığını) qoruya bi­
lən qüvvə ola bilər.
Turizm  beynəlxalq  məfhum  olduğundan,  dövlət  sərhəd­
lərini  aşmağa qadirdir,  əhalisinin  və  hökumətinin  ekoloji  savadı 
olmayan  və  ekologiyanın  əleyhinə  yönələn  iqtisadi  inkişaf ma­
raqlarına  üstünlük verən  dövlətləri,  ardıcıl  (ekologiya  cəhətdən) 
sivilizasiyanın inkişafı ideyalarına riayət etməyə məcbur edir.
Turistlərin  və  turizm  təşkilatlarının  təbiəti  mühafizə  fəa­
liyyəti məqsədlərinə, forma və üsullarına görə müxtəlifdir.
Təbiəti mühafizə tədbirləri həyata keçirilmə məqsədlərinə 
görə üç növə ayrılır: tədris -  tərbiyə, konstruktiv və təşkjlati.
Tədris -  tərbiyə tədbirlərinin məqsədi, kütləvi  izahat və 
təbliğat işindən,  təbiəti  mühafizə  bilikləri üzrə bacarıq və təcrü­
bənin  turizm  və  ekskursiya  vasitəsilə  ötürülməsindən  və  öyrə­
nilməsindən ibarətdir.
Tədris  tərbiyə tədbirləri arasında məlumat, tədris, tərbiyə 
və təbliğat xarakterli  tədbirlər seçilir.
Məlumatlandırım  xarakterli 
tədbirlər,  təbiəti  mühafizə 
üzrə  real  biliklərin  əsasını  təşkil  edir.  Turizm  və  ekskursiya  ka­
nalları  ilə  alman  məlumatlar,  ekoloji  tədrisinin  və  tərbiyənin 
bütün sisteminin effektliyi üçün çox əhəmiyyətlidir.
Ekoloji  tədris  və  tərbiyə  məqsədi  ilə  ekskursiya  işinin  və 
turist yürüşlərinin sayı artırılmalıdır. Çünki ekskursiya zamanı  və 
turist yürüşlərində  turistlər və  ekskursiyaçılar vizual  informasiya 
almaqla  yanaşı,  təbiəti  mühafizə  tədbirlərinə  də  qoşulurlar.  Tə­
biəti müşahidə etmək və informasiya toplamaq təcrübəsinin  inki­
şafı,  təbiətin  mühafizəsi  biliklərini  zənginləşdirmək  və  təbiəti 
mühafizə bacarığı  əldə etmək tədbirləri  tədris tədbirləri  arasında 
xüsusi yer tutur.
Təbiətin  mühafizəsində  tərbiyə  tədbirləri  -   aydınlaş- 
duma  və  inandırma,  söhbət  və  danışıqlar,  tapşırıq,  həvəslən­
dirmə və özünütərbiyədən ibarətdir.
İcra olunma formalarına görə bu tədbirlər kollektiv (kütlə­
222
vi, qrup şəklində) və fərdi ola bilər.
Təbiətin mühafizəsinin təbliği tədbirləri  arasında turizm  -  
ekskursiya müəssisələrində və marşrutlarında həyata keçirilən şi­
fahi tədbirləri (mühazirə, söhbətlər, məruzələr, bədii  gecələr,  şi­
fahi jurnallar və  s.)  və əyani təşviqati  (radioproqramlar və  kom­
pleks tədbirləri) tədbirlərini qeyd etmək olar.
Təbiətin  mühafizəsində  konstruktiv  tədbirlər 
təbiətin 
mühafizəsinə,  bərpasına  və  resurs  bazasının  inkişafına  yönələn 
üç yarımnövdən ibarətdir.
Təbiəti  mühafizəetmənin təşkilatı' tədbirlərinin  təsnifatı
-  planlaşdırma,  idarəetmə, texnologiya,  nəzarət,  kadrların  hazır­
lanması, fəallarm formalaşması, metodika və elmi -  tədqiqat işin­
dən ibarətdir.
Turizmdə  təbiəti  mühafizəetmə  fəaliyyətinin  təsnifatı 
həmçinin:  subyekt üzrə  (konkret  icraedici  və  ya müəssisə  -   təd ­
birin təşkilatçısı); obyekt üzrə (təbii resursların növləri, regionlar, 
konkret  təbiət  obyektləri  üzrə);  mürəkkəblik  dərəcəsi;  maddi- 
texniki, metodiki, kadr təminatı və s. üzrə keçirilə bilər.
Təbiəti mühafizəsi işinin əsas formaları: söhbətlər (giriş, 
elmi -  təbiət, təbiət mühafizəsinin təşkili, təbiətin mühafizəsinin 
hüquqi  məsələləri  üzrə,  estetik  və  etik mövzular  üzrə);  təlimat; 
məsləhətlər;  ekskursiyalar  (diyarşünaslıq,  muzey);  təbiəti  d ər­
ketmə  gəzintiləri;  praktiki  məşqələlər;  tədris 
məşq  yürüşləri; 
yol  informasiyası;  dəmək  məşqələləri;  ekoloji  oyunlar;  ölkəşü­
naslıq turizmi; təbiəti  mühafizə guşələrinin yaradılması; ölkəşü­
naslıq muzeyinin  yaradılması;  sərgilər;  radio söhbətlər;  kino-  və 
vidiofilmlərin  nümayişi;  təbiət  və  turizm  bayramları;  tematik 
gecələr;  kütləvi  təbiəti mühafizəetmə kampaniyaları;  turist cığır­
larının  istiqamətlərinin  təyin  edilməsi  və  təchiz  olunması;  m ar­
şrutların  işarolonməsi  (markirovkası);  tədris  ekoloji  cığırların 
formalaşması;  turistlərin  yerləşdirilməsi  üçün  təbiəti  mühafizə 
olunduğu  yerlərin  hazırlanması;  landşaftın  estetik  tərtibatı;  m ar­
şrutlarda  sağlamlıq  dərketmə,  attraktiv  obyektlərin  yaradılması; 
meşələrin  özbaşına  qırılmasının  qarşısının  alınması  və  meşələrə 
qulluq etmənin profilaktikası; vəhşi heyvanlara qayğı göstərilmə­
si;  mikroqoruqlarm yaradılması;  şəhərkənarı turizm zona ərazilə­
rinin  abadlaşdırılması;  milli  parklarda  marşrutların  çəkilməsi  və 
təchiz  olunması;  turizm  təsərrüfatlarının  və  müəssisələrin  yaşıl-
223

laşdırılması;  milli  texnologiyaların  işlənib  hazırlanması;  təbiət 
obyektləri  üzərində  hamilik;  turistlərin  hazırlığına  nəzarət;  tu­
rizm  təsərrüfatlarında  sanitar  -   gigiyena  tələblərinə  riayət  edil­
məsinə  nəzarət;  təbiəti  mühafizə  tədbirlərinin  effektli  olmasına 
nəzarət;  təbiəti  mühafizə  tədbirlərinin  maliyyələşdirilməsi; 
mühafizə olunan ərazilərin yaradılmasına dəstək vermək; təbiəti 
mühafizə edən təşkilatlarla əməkdaşlıq; kadrların hazırlanması.
T əb iətin   turizm dən m ühafizəsi
Turizm,  kommersiya fəaliyyətinin digər sahələri kimi,  tə­
biət  nemətlərini  amansız  istismaretməyə  qadirdir.  Turizmin 
kommersiya xarakterli  fəaliyyəti nəinki ekoloji və mülki hüququ, 
hətta insanın mənəvi -  etik hüquqlarını kobudcasma pozur.
Ona  görə  də  turizm  fəaliyyəti  məhdudlaşmalı,  dövlət  və 
dövlətlərarası səviyyələrdə tənzimlənməlidir (ekologiya məsələ­
ləri daxil olmaqla).
İlk növbədə təbiətin toxunulmayan yerləri və ayrı-ayrı mə­
dəni 
tarixi  abidələri  turizm  fəaliyyətindən mühafizə  olunmalı­
dır.  Quru  sahələr və  ya  su  məkanında təsərrüfat fəaliyyəti ciddi 
məhdudlaşmalı  və  ya  tam  qadağan  edilməlidir.  Bu  ərazilərdə 
yalnız  müəyyən  olunmuş  yerdə  və müəyyən  məhdud müddətdə 
turizm fəaliyyətinə icazə verilir.
İnsan ayağı dəyməmiş təbiət guşələrinin seyr edilməsi, bit­
ki  və heyvan aləminin öyrənilməsi, estetik həzz alınması məqsə­
di  ilə  səyahətlərin  təşkili  ilə  məşğul  olan  turizmin  bu  istiqaməti 
ekoloji turizmin çoxsaylı növ müxtəlifliyindən biridir.
Mühafizə olunan ərazilərin ən çox yayılmış təşkili forması, 
ölkə  rəhbərliyinin  və  ya UNESCO  kimi  beynəlxalq  təşkilatların 
qərarı ilə milli parkların yaradılmasıdır. Bu qərarlara əsaslanaraq 
milli  parklar  elan  olunan  ərazilərdə  təsərrüfat  fəaliyyəti,  təbiət 
resurslarının  istismarı  (faydalı  qazıntıların  çıxarılması),  əhalinin 
yerləşdirilməsi  qadağan  edilir.  Burada  turizm  -   ekskursiya  fəa­
liyyətinə  yalnız  təbiətə,  mədəniyyətə  qovuşmaq,  estetik  həzz 
almaq məqsədilə məhdud sahələrdə icazə verilir.
Milli  parklar,  ekosistemlər  və  insan  fəaliyyəti  nəticəsində 
əsaslı dağıntıya uğramamış, bitki və heyvan aləmi praktiki olaraq 
əzəl halda saxlanılmış yerlərdə yaradılır.
Yüklə 11,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin