Dərs vəsaiti Bakı Dövlət Universiteti



Yüklə 11,29 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix28.07.2020
ölçüsü11,29 Mb.
#32325
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Turizm-ekskursiya ishinin teshkili


189

FƏSİL 9
TURİZM VƏ İNTERNET
Dünya  üzrə  kompüter  sahiblərinin  sayı  gün-gündən  artır. 
Nəhayət bu  dalğa  Azərbaycana da gəlib çatdı.  Bu gün kompüter 
insanlara elm və texnikanın nailiyyəti kimi yox, köməkçi kimi la­
zımdır.  Kompüter  öz  sahibinə  İnternet  dünyasma  pəncərə  aç­
mağa imkan yaradır.
İnternetin  (Ümumdünya  kompüter  şəbəkəsi)  inkişafı 
Ümumdünya hörümçək torunun (World Wide Web və ya sadəcə 
www) yaranmasına gətirib çıxartdı.
www  -   İnternetə  qoşulmuş  çoxsaylı  kompüterləri  təmsil 
edir, bu kompüterlərdə Web -  server adlanır.
Bu  gün  İnternet ilk növbədə  informasiyanın ötürülməsi  və 
mübadiləsi  funksiyalarını  yerinə  yetirir.  Hazırda  İnternet  turizm 
məhsulunun ənənəvi satış kanalları  ilə real rəqabət aparır.  Avia­
şirkətlər,  otellər,  tematik  parklar  və  turizm  sənayesinin  başqa 
müəssisələri  İnternetdən  daha çox  istifadə  edirlər.  İnternet  vasi­
təsilə onlar öz xidmətlərini müştərilərə çatdırırlar.
Ümumdünya  Turizm  Təşkilatının  (ÜTT)  hesablamalarına 
görə  İnternetdən 2002-ci  ildə 413 mln.  nəfər istifadə edib.  2003- 
cü ildə bu rəqəm 750 mln.-dan artıq olmuşdur.
2001-ci  ildə  İnternet vasitəsilə 634 mlrd.  ABŞ dolları məb­
ləğində  ticarət  əməliyyatları  aparılmışdır.  2005-ci  il  üçün  5  trln. 
dollarlıq elektron ticarətinin baş tutması gözlənilir.
Elektron  ticarətində  turizm  sektorunun  payı  2000-ci  ildə 
15% təşkil edib.  Bu göstərici yaxın illərdə 25-30% artacaq.
Aşağıda  turizm  məlumatlarının  ən  çox  baş  çəkilən  meqa- 
saytların və Azərbaycan Respublikası Gənclər,  İdman və Turizm 
Nazirliyinin saytının ünvanlan göstərilir.
www.amerlcanair.com 
- aviaşirkətlər və göstərilən xidmət­
lər (bronlaşdırma imkanı daxil ol­
maqla) haqqınla məlumatlar
www. asia travel, com 
- Asiya turizm regionunun otelləri
və kurortları haqqınla məlumatlar
190
www. avp. travel, ru
- peşəkar “avtostopçular”saytı* Bu 
saytın əsas məqsədi “Avtostopla” 
kütləvi səyahətlərin təşkilidir.
www. btp. ru
- işgüzar turizmin saytı.  Burada öl­
kələr, kurortlar, mehmanxanalar, tu­
www. carnival, com
rizm agentlikləri və s. haqqında mə­
lumatlar almaq olar.
- dünyada ən iri kruiz şirkətinin rek­
lam saytı
www. e-kassa, ru
- “On layn” rejimində avia biletlərin 
satışı və bronlaşdırılması (ehtiyatda 
saxlanılması)
www. expedia. com
- otellər üçün “Travel Vcb”  və 
həmçinin aviauçuşlar üçün 
“Worldspcn” qlobal distribyuter 
sistemi  vasitəsi ilə aviabiletlərin. 
otellərin, avtomobillərin bronlaşdı- 
rılması və məlumatlar
www. gismeteo. ru
- ətraf təbii mühitin təhlükəsizlik 
fondunun serveri.** Dünyanın 550 
şəhəri  üzrə  10 günlük hava proqno­
zundan xəbər verir.
www. hotel -  on line, com
- turizm sənayesi haqqında gündəlik 
xəbərlər
www. lqq. ru
- ümumdünya coğrafiyası  haqqında 
məlumatlar
www. mapguest. com
- avtomobillə səyahət etməyi sevən­
lər üçün sayt. Bu saytda bütün ölkə­
lərin xəritələrini tapmaq mümkün­
dür.
www.  mcga.  km. ru
- “Kiril və Mcfodi” meqa 
ensiklopediyasının rus dilli  saytının 
ünvanı. Burada sizi maraqlandıran 
ölkənin tarixinə, mədəniyyətinə, 
siyasətinə, iqtisadiyyatına aid olan
*  Sayt -  ümumi  mövzu  ilə  birləşmiş mətn,  vizual və s.  materialların cəmlənmiş  İn­
ternet səhifəsi.
** Server -  tərkibinin bir hissəsi İnternet vasitəsilə keçilə  bilən, kompüter.
191

www. preview travel, com 
www. raileurope. com 
www. roughguides. com 
www. rtn. ru 
www. tag group, com 
www. thomas cook. со. uk
www. tia. ru 
www. timeout, com
www. tournews. ru 
www.  tours, ru
bir neçə yüz məqalə yerləşib.
- aviabilet, otel, avtomobil və başqa 
xidmətlər paketli turların sifariş 
edilməsinə imkan yaradan sayt.
- Avropa dəmiryollarının saytı. Bu 
saytda qatarların cədvəli və marşrut­
ları ilə tanış olmaq olar.
- Bu sayt dünyanın 4 mindən artıq 
diqqətəlayiq yerlərinin yazılı 
təsvirlərini özündə cəmləşdirir.
- Rusiya turizm şəbəkəsi. Burada tu­
ristə lazım olan ölkə haqqında əsas 
məlumatları tapmaq olar.
- “Tourism Advisary Croup” tu­
rizm məsələləri üzrə məsləhətçi 
şirkətin saytı
-  “Tomas Kuk” məşhur turizm fir­
masının İnternetdə yeni saytı. Tu­
ristlərə güzəştli şərtlərlə xidmətlər 
paketinin seçiminə və ödənişinə im­
kan yaradır.
- turizm məlumat agentliyinin serve­
ri.
- dünyanın ən iri şəhərlərinin 
otelləri və restoranları, mədəniyyət 
abidələri, diqqətəlayiq yerləri haq­
qında məlumat almaq olar.
- bu saytda aparıcı turoperatorlann 
“Yanan turları”* ilə tanış olmaq 
olar. Uyğun ölkə və gediş vaxtı üzrə 
yollayışları (putyovka) axtarma sis­
temi
- Runetin** qocaman turizm serveri. 
Adi turlardan, bilet və mehmanxana 
sifarişlərindən başqa, bu saytda fəal 
və ekstremal turizmə, tədris gəzinti-
* «Yanan turlar» -  səyahətin başlanmasına 2-3 gün qalmış, satılan turlar. 
’** Runet -  rus dilli İnternet şəbəkəsi
192
lərinə aid geniş bölmələr mövcud­
dur. Bundan başqa bu serverdə 
dünya ölkələri və turizm yenilikləri 
haqqında məlumatlar almaq olar, 
www. travel -  library, com  - bu elektron səyahətlər
kitabxanasında səyahotsevənlərin 
müxtəlif ölkələrdə keçirdiyi 
səyahətlər və onların macəraları 
haqqında məqalələrlə tanış olmaq 
olar.
www. travelocity. com
www. travel, ru
www. travel, state, gov 
www. ual. com 
www. wantgo. ru
www. World -  tourism, 
www. wttc. org 
www. xe. net / currency
- “SEYBR” qlobal distribyutor 
sistemi əsasında aviabiletlər, otellər, 
avtomobillər haqqında məlumatlar 
və bronlaşdırma
- turizm və səyahətlər haqqında ser­
ver. Burada turizm agentlikləri haq­
qında məlumat və onların təklif et­
dikləri xidmətlərdən bəhs edilir. 
Serverə həmçinin dünya ölkələri, 
onların mədəniyyəti və tarixi, “Səy­
ahətçinin arxivi”də əlavə olunub.
- vizaların alınmasına dair məlumat­
ları bu saytda tapmaq olar.
- “On  layn” rejimində bronlaşdırma 
vo aviaxətlərin məlumatları
- turistlərin ağlasığmaz istəkləri  və 
arzuları ilə əlaqədar (ailəvi səyahət­
lərdən VİP turlara, qızmar Afrika 
çimərliklərindən,  Şimal qütbünə 
qədər) səyahətlərin seçimində 
köməklik göstərə bilən sayt.
org  - Ümumdünya Turizm Təşkilatım 
saytı.
- səyahətlər və turizm üzrə 
Ümumdünya Şurasmm saytı
- müxtəlif valyutanın dəyişməsinə 
dair məlumatları bu saytda tapmaq 
olar.
193

www. myst. gov. az 
- Azərbaycan Respublikası Gənclər,
İdman və Turizm Nazirliyinin saytı. 
Bu saytda Azərbaycanın turizm im­
kanları, mədəniyyət və tarixindən, 
turizm təşkilatlarının təklif etdikləri 
turizm məhsulu və s.  lazımi məlu­
matları tapmaq olar.
Azərbaycan haqqında daha geniş məlumatları aşağıdakı sayt­
lardan öyrənmək olar:
www.Bakupages.com 
- Azərbaycan və Bakı haqqında mə­
lumat, xəbərlər, Bakıda hava haq­
qında, iqtisadiyyat, siyasət, biznes, 
mədəniyyət, Bakı üzrə sorğu kitab­
çası.
www.Azerbaijan-info.com  Azərbaycan haqqmda hər şey
www.culture.az 
Azərbaycanın mədəniyyətinə və
incəsənətinə həsr olunmuş sayt.
www.azerifoIk.com 
Azərbaycan mədəniyyəti haqqında
sayt.
www.azer.com 
Azərbaycan respublikası haqqmda
ingilis dilində rəsmi məlumat}ar.
Bu  yaxında  İnternet sistemində yeni  məlumat  saytı  «Azər­
baycanda kim kimdir» - www.whoiswho.az açılıb.  Bu layihə  Res­
publika  Nazirlər  Kabinetinin  və  bir  sıra  dövlət  strukturlarının 
dəstəyi  ilə  «Vision»  istehsalat  mərkəzi  tərəfindən  hazırlanıb. 
Adı  çəkilən sayt Azərbaycan, rus,  ingilis,  fransız və alman dillə­
rində  təmsil  olunub.  Elektron  soraq  kitabçasmda  Azərbaycanın 
ictimai  və  kommersiya  təşkilatlan,  muzeyləri,  hökumət  üzvləri, 
elm  və  incəsənət xadimləri,  həmçinin respublikamızda  fəaliyyət 
göstərən iş  adamları haqqmda məlumatlar toplanıb.  Təşkilatların 
rəhbərləri haqqmda qısa  bioqrafik arayışdan və onların fəaliyyə­
tinin icmalından başqa, burada bu təşkilatların ünvanlan və əlaqə 
telefonları qeyd olunur.
194
Son  illərdə  ölkədə  trizmin  təbliğatı  və  informasiya  sahə­
sində  ciddi  yeniliklər  baş  verməkdədir.  Respublikamızda  turiz­
min  inkişafına  xidmət  edən  belə  yeniliklərdən  biri  də  «Virtual 
Turizm  Agentliyi»nin  yaradılmasıdır.  Azərbaycan  Respublikası 
Gənclər,  İdman  və Turizm Nazirliyinin dəstəyi ilə  «Penki  Kon­
tinental  Baku»  şirkətinin hazırladığı bu  layihə,  əslində  «Travel 
in Azerbaijan» layihəsinin davamıdır.
«Virtual  Turizm  Agentliyi»nin  əsas  məqsədi  aşağıdakılar- 
du:
- xarici  turistilərin və turizm agentliklərinin, Azərbaycanın 
turizm imkanları haqqmda məlumatlandırılması;
- turizm xidmətləri barədə informativ baza yaradılması;
- mehmanxana servisi üzrə informativ baza yaradılması;
- turist yollayışlarının «on-linc» rejimində satışının təşkili;
- biletlərin bronlaşdırılması;
-  Azərbaycanın  turizm  imkanları  haqqında  geniş  informa­
siya  məkanı  yaratmaq  və  həmçinin  «on-line»  rejimində  öz  xid­
mətlərini  təklif etmək üçün yerli  turizm  infrastrukturuna  internet 
mühitində şərait yaratmaq.
Bu sistem dünya standartlarına uyğun yaradılmış  və üç dil­
də (Azərbaycan,  ingilis və rus) işləyir.
Turizm  agentlikləri  bu sistemin köməyilə öz turlarını,  lazı­
mi  məlumat  və  reklamlarını  «on-line» rejimində müstəqil  olaraq 
yerləşdirməklə yanaşı, sifarişlər do qəbul edə bilər.
Turizm  həvəskarları  «Virtual  Turizm  Agentliyi»nin  xid­
mətlərindən  (www.tourizm.az)  istifadə  etməklə,  ölkəmizdə  fəa­
liyyət göstərən bütün turizm agentlikləri barədə informasiya əldə 
edə bilərlər.
Hazırda respublikamızda Gənclər,  İdman  və Turizm Nazir­
liyinin təşəbbüsü ilə, Azərbaycanın regionlarında turizm informa­
siya mərkəzlərinin yaradılması və  internet şəbəkəsi  ilə əlaqələn­
dirilməsi  məsələləri  həyata  keçirilməkdədir.  Bu  məqsədlə  res­
publikanın  7 rayonunda (Naxçıvan,  Gəncə,  Şəki,  Quba,  Xaçmaz, 
Şamaxı,  Lənkəran)  informasiya mərkəzlərinin yaradılması,  Bakı­
dakı  mərkəzlə  əlaqələndirilməsi planlaşdırılıb.  Bu mərkəzlər öl­
kədə turizmin inkişafına xidmət edəcək.
195

FƏSİL  10
BEYNƏLXALQ TURİZM TƏŞKİLATLARI
1 0.1.  B
e y n ə l x a l q
 
t u r
İ
z m
 
tə şk
İ
latlarinin
 
növlər
İ
VƏ ONLARIN XARAKTERİSTİKASI
Turizmin  qlobal inkişafı, turizm əlaqələrinin və marşrutla­
rının  ölkələrin  milli  sərhədlərindən  kənara  çıxaraq  geniş  yayıl­
ması,  turizm  işinin  beynəlxalq  turizm  sənayesinə  çevrilməsi, tu­
rizm  fəaliyyətinin beynəlxalq  idarə  olunmasını və tənzimlənmə­
sini  tələb  edir.  Onlar  dünyada  turizm sənayesinin əsas inkişaf is­
tiqamətlərini  müəyyən  edir,  turizm  fəaliyyətinin  əsasmı  təşkil 
edən  prinsipləri  hazırlayır,  beynəlxalq  norma  və  standartlarım 
təyin  edir,  turizm  sahəsində  ölkələrin  əməkdaşlığına  köməklik 
edir.
Hazırda  200  -   dən  artıq  müxtəlif səviyyəli və profilli bey­
nəlxalq  turizm  təşkilatlan  -   assosiasiyalar,  assosiasiya  qrupları, 
federasiyalar,  komitələr,  bürolar,  komısiyalar,  şüratar, mərkəzlər 
və institutlar fəaliyyət göstərir.
Beynəlxalq  turizm  təşkilatlan  aşağıdakı  əsas  qruplara 
bölünür:
Dünya miqyaslı ümumi xarakterli;
Dünya miqyaslı ayrıca sahə xarakterli;
Regional ümumi xarakterli;
Regional ayrıca sahə xarakterli;
İxtisaslaşmış;
Xüsusi.
Dünya miqyaslı ümumi xarakterli təşkilatlara:
Ümumdünya  turizm  təşkilatı  (WTO),  Ümumdünya  səya­
hətlər  və  turizm  şurası  (WTTC),  Ümumdünya  turizim  bey­
nəlxalq assosiasiyası ( M T) və başqaları aiddir.
Turizm biznesi  və sahibkarlıq sahəsində turizm 
agentlik­
ləri  ümumdünya  federasiyası  (WATA),  Ümumdünya  turizm ag­
entlikləri  assosiyasiyaları  federasiyası  (UFTAA)  və  başqaları
196
aiddir.
Dünya miqyaslı ayrıca sahə xarakterli təşkilatlara:
Hava  nəqliyyatının  beynəlxalq  assosiasiyası  (IATA),  Də­
niz sərnişin daşıyıcılarının beynəlxalq assosiasiyası (IPSA), Bey­
nəlxalq  mehmanxanalar  assosiasiyası  (IHA),  Mehmanxanalar, 
restoranlar  və  kafelər  milli  assosiasiyalarının  beynəlxalq  ittifaqı 
(H O -R E-CA ),  Konqress mərkəzlərinin beynəlxalq assosiasiyası 
(AIPC) və başqaları aiddir.
Regional  ümumi  xarekterli  təşkilatlara:  Amerika  turizm 
sənayesi  assosiasiyası  (TIAA),  Asiya və  Sakit Okean  rayonunun 
turizm  assosiasiyası  (PATA),  Turizm  üzrə  Karib  assosiasiyası 
(СТА),  Ərəb  turizm  ittifaqı  (UAT),  Panafrika  turizm  təşkilatı 
(PATO),Turist  mübadiləsinin  koordinasiya  və  inkişafı  üzrə  Av­
ropa assosiasiyası (ADCETE) və başqaları aiddir.
Regional  ayrıca  sahə  xarakterli  təşkilatlara:  Asiya  avia­
şirkətlər  assosiasiyası  (OAA),  Amerika  dövlətlərarası  mehman­
xanalar  assosiasiyası  (IAHA),  Ərəb  mehmanxanalar  ittifaqı 
(UAH),  Afrika  aviaşirkətləri  assosiasiyası  (AFRAA),  Avropa 
aviaşirkətləri  assosiasiyası  (AEA),  Avropa  motellər  federasiyası 
(EMF),  Avropa  İttifaqında  və  Avropa  iqtisadi  zonasında  meh­
manxanalar,  restoranlar,  kafe  və  oxşar müəssisələrin  milli  asso- 
siyasiyalarımn  konfederasiyası (HOTREC) və s.  aid etmək olar.
İxtisaslaşmış beynəlxalq turizm təşkimlatları qrupuna tu­
rizmin  müxtəlif  növlərinə  aid  olan  təşkilatlar:  sosial,  gənclər, 
işgüzar, konqress və b. daxildir.
Sosial turizm  üzrə beynəlxalq büro (BITS), Beynəlxalq so­
sial  turizm  federasiyası  (FİTS)  Gənclər  turizmi  və  mübadiləsi 
üzrə  beynəlxalq  büro(BITEJ),  Beynəlxalq  gənclər  turizm  təşki­
latlarının  federasiyası  (FIYTO),  İşgüzar  məqsədli  turizm  üzrə 
beynəlxalq  assosiasiya  (IBTA),  Konqresslər  və  qonaq  qəbulu 
bürolarının beynəlxalq assosiasiyasi (IACVB), İxtisaslaşmış kon­
fransların  təşkili  üzrə  assosiasiya (PCMA)  və  s.  bu  tipli  təşkilat­
lardır.
Turizm   sahəsinin  xüsusi təşkilatlar qrupuna müxtəlif pro­
filli,  spesifik funksiyalarım icra edən (peşəkar turizm təhsilini ni­
zamlayan;  turizm  sahəsində elmi  tədqiqatları ifadə edən;  beynəl­
xalq turizm  inkişafına yardım  edən  və  s.)  təşkilatlar  daxildir.  Bu 
qrupa  turizm  məsələlərini  işıqlandıran  jurnalist  və  yazıçıların
197

beynəlxalq federasiyası (FIJET), Mədəniyyət və turizm sahəsin­
də  informasiya  və  sənədləşmə  üzrə  beynəlxalq  assosiasiya 
(ADICT),  turizm  sahəsində peşəkar təhsil  üzrə  ümumdünya  as­
sosiasiyası  (A M FO RT),  Turizm  və  səyahətlər  sahəsində  tədqi­
qatlar  üzrə  assosiasiya  (TTRA),  Gidlərin  beynəlxalq  klubu 
(IGC),  təbiətin və təbii  ehtiyatların mühafizəsi  beynəlxalq  ittifa­
qı (1UCN) və başqaları daxildir.
10.2. 
B
e y n ə l x a l q t u r
İ
zm
 
təşk
İ
l a t l a r in in
MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Ümumi  xarakterli  Dünya  beynəlxalq  turizm  təşkilatlarmm 
məqsəd və vəzifələri:  dünya turizminin ümumi  inkişaf istiqamət­
lərinin  müəyyən  olunması;  bu  inkişafın  gedişi  zamanı  yaranan 
problemlərin həlli;  öz təşkilatlarının üzvü olan ölkələrdə milli tu­
rizmin irəliləyişinə və inkişafına praktiki yardım göstərməkdir.
Birbaşa  turizm  fəaliyyəti  ilə  əlaqəli  ətraf mühitin  mühafi­
zəsi,  xalqların  mədəni  irsinin  qorunub  saxlanılması,  xalqlar  ara­
sında  həmrəylik  və  sülhün  saxlanılmasına  yardım  edilməsi,  üzv 
ölkələrin  iqtisadi  inkişafının  stmullaşdırılması  kimi  mühüm  mə­
sələlər  də  bu  təşkilatların  məqsəd  və  vəzifələri  sırasında  daya­
nır.
Təşkilatların əksəriyyəti  hökümətlərarası təşkilatlar olduğu 
üçün,  dövlət nazirlikləri  və  idarələri  səviyyəsində  turizmin  inki­
şafı  məsələlərinin həllində dövlətlərin siyasətində beynəlxalq tə­
şəbbüslərin öz əksini  tapmasına imkan yaradır.
Ümumdünya  Turizm   Təşkilatı  (ÜTT)  ümumi  xarakterli 
turizm təşkilatları  arasında aparıcı rol oynayır.
ÜTT  1975 
ci  ildə  BMT  -   nin  iştirakı  ilə  Rəsmi  Turizm 
Təşkilatlarının Beynəlxalq ittifaqı əsasında yaradılmışdır.
ÜTT  -  dövlətlərarası  təşkilatdır.  Onun  tərkibinə  bu  gün 
139 ölkə və  7  ərazi,  həmçinin  350  don artıq milli  hökumət təş­
kilatları;  turizm  assosiasiyaları;  xüsusi  şirkətlər;  eyni  zamanda 
aviaşirkətlər,  turopcratorlar,  mehmanxana və restoranlar  assosia­
siyaları;  turizmyönlü  təhsil  müəssisələri  daxildir.  ÜTT  -   nin 
mənzil qərargahı İspaniyanın Madrid şəhərində yerləşir.  Təşkila­
tın  əsas  məqsədi  -  sülhün  və  xalqlar arasında  həmrəyliyin,  iqti-
198
sadi inkişafın və çiçəklənmənin, beynəlxalq ticarətin,  insan azad­
lığının  və  hüquqlarının  qorunmasının  əsas  vasitəsi  kimi  turizmi 
inkişaf etdirmək  və  irəliləyişinə  nail  olmaqdır.  Hazırda  ÜTT  -  
nin qarşısında dayanan təxirəsalınmaz məsələlər aşağıdakılardır:
- İnkişaf naminə əməkdaşlıq,  yəni dövlətlərin  və region­
ların inkişafı məqsədilə, turizm sahəsində hərtərəfli əməkdaşlıq:
-  H um anitar  resursların  inkişafı,  yəni  turizm  kurslarının 
peşə hazırlığı və təhsilinin keyfiyyətinin təkmilləşdirilməsi;
-  Ə traf mühit  və  planlaşdırma,  yəni  ətraf mühitin  səm ə­
rəli  istifadə  olunması  və  qorunmasına  dair  tədbirlərin  planlaşdı­
rılması, hazırlanması və həyata keçirilməsi;
-  Turizm  inkişafının  keyfiyyəti,  yəni  turizm  xidmətlərin 
təhlükəsizliyinin  təmin  olunması və turizm xidmətinin keyfiyyə­
tinin yüksəldilməsi;
- Statistika  və  marketinq tədqiqatı, yəni turizm  bazarının 
öyrənilməsi;  statistika  məlumatlarının  sistemləşdirilməsi,  analizi 
və  toplanması;  dünya  üzrə  turizmin  inkişafının  proqnozlaşdırıl­
ması;
- Kommunikasiya və sənədləşmə, yəni ölkələr və region­
lar arasında əlaqələrin təmin olunması; turizm sənədlərinin hazır­
lanması və yayımı.
İnkişaf naminə  əməkdaşlığın  vəzifələri,  ayrı 
ayrı  ölkə­
lərin  və  regionların  iqtisadi  inkişafı,  iş  yerlərinin  açılması,  infra­
strukturun  formalaşdırılması  və  turizm  fəaliyyətində  gəlir  əldə 
edilməsi  məqsədilə  turizmin  stimullaşmasını  nəzərdə  tutur.  Bu 
vəzifələrin həlli,  xüsusilə az inkişaf etmiş ölkə və regionlar üçün 
daha vacibdir.
Humanitar  resursların  inkişaf məsələləri  turizm  təhsilinin, 
turizmin  milli  spesifikliyini  nəzərə  alaraq  vahid beynəlxalq  key­
fiyyət standartlarının  hazırlanması yayımının zəruriliyi  ilə bağlı­
dır.
Ətraf mühitlə  və  planlaşdırma  ilə  bağlı  məsələlər,  bir  tə­
rəfdən  turizm  mərkəzləri  təbiət  və  mədəniyyət  mühitinin 
əlverişli  inkişafına  və  qorunmasına  turizmin  müsbət  təsirinin 
artmasını,  digər tərəfdən  isə ətraf mühitə turizmin mənfi təsirinin 
azalmasını,  həmçinin  müəyəın  tədbirlərin  planlaşdırılması  və 
maliyyələşdirilməsini nəzərdə tutur.
Turizm  inkişafının  keyfiyyət məsələsi -  turizm  xidmətləri­


nin çeşidinin yaxşılaşdırılması və keyfiyətinin yüksəldilməsi yol­
larının  axtarışından,  turistlərin  və  turizm  obyektlərinin  təhlükə­
sizliyinin və müdafiəsinin təmin olunmasından ibarətdir.
Statistika və marketinq tədqiqatları ilə bağlı vəzifələr, bey­
nəlxalq  turizm  bazarının  hərtərəfli  tədqiqini,  beynəlxalq turizm 
statistika sisteminin  unifikasiyasını,  ölkələr və regionlar üzrə tu­
rizmin  inkişaf  proqnozunun  tərtib  edilməsinin  vacibliyini 
müəyyən edir.
Kommunikasiya  və  sənədləşmə  ilə  bağlı  vəzifələr,  turist 
mübadiləsi  iştirakçıları  arasındakı  qarşılıqlı  əlaqələrin  təmin 
olunması,  genişləndirilməsi  və  sadələşdirilməsi  yollarının,  həm­
çinin normativ və  məlumat xarakterli materialların hazırlanması­
nın və yayımının təmin olunmasını nəzərdə tutur.
Ümumdünya  turizm  təşkilatı  qarşısında  duran  məsələləri 
digər  beynəlxalq  təşkilatlarla  (xüsusilə  UNESCO,  Ümumdünya 
səhiyyə  təşkilatı  (WHO),  Beynəlxalq  mülkiaviasiya  təşkilatı 
(ICAO),  ÜTT 
nin  üzvü  olan  ölkələrin  hökumət  təşkilatları, 
milli  turizm  təşkilatları)  əməkdaşlıq  etməklə,  müxtəlif ölkələrin 
hökumət,  turizm  və  digər  maraqlı  təşkilatları  ilə  yeni  əlaqələr 
qurmaqla, eyni zamanda beynəlxalq, regional və milli konfraslar- 
da, seminarlarda və layihələrdə iştirak etməklə həll edir.
ÜTT  özünün  regional  nümayəndəlikləri  vasitəsilə  turizm 
hərəkatmın  iştirakçıları  ilə  qarşılıqlı  praktiki  əlaqələrin  yaradıl­
masını  həyata  keçirir.  Onlar  dünyanın  altı  regionunda  fəaliyyət 
göstərir:  Afrikada,  Şimali  və  Cənubi  Amerikada,  Şərqi  Asiya və 
Sakit Okean hövzəsində,  Avropada.  ÜTT  -  nin regional  nümay­
əndəlikləri turizm inkişafının problemlərinin həlli yollarının axta­
rışı və analizi məqsədilə regionların təmsil etdikləri turizm sahə­
lərinin  rəhbərləri  ilə  görüşür,  turizm  üzrə  layihələrin  hazırlan­
masında iştirak edir,  müxtəlif ölkələrin turizmə olan aktual məsə­
lələri  üzrə  praktiki  seminarlar  təşkil  edir,  turizm  sektoru  və  üzv 
ölkələrin  dövlət  idarələrinin  rəhbərliyi  arasında  əlaqələrin  ya­
ranmasına  yardım  göstərirlər.
2003-cü  il  oktyabr  ayının  sonunda  Çin Xalq Respublikası­
nın paytaxtı Pekində Ümumdünya Turizm Təşkilatı Baş Assamb­
leyasının  15-ci sessiyasında bu təşkilatın xüsusi statusla BMT-nin 
strukturuna  daxil olması haqqında qərar qəbul edilmişdir.
BMT-nin  58-ci  Baş  Assambleyasında  həmin bu qərar  bəy­
200
ənilmiş  və  təsdiq  olunmuşdur.  Bunula  da  ÜTT-hin,  BMT-nin 
xüsusi  statuslu  üzvünə  çevrilməsi  barədə  qərarı  qüvvəyə  min­
mişdir.
Dünyanm  beynəlxalq sahə  xarakterli  turizm  təşkilatlarının 
qarşısında duran məqsəd və vəzifələr, aşağıdakılarda:
Turizm  sferasında  bütün  sahənin  inkişaf  tendensiyası  və 
yollarının  müəyyən  edilməsi;  sahə  müəssisələrinin,  turizm  sə­
nayesinin  digər  bölmələrinin,  müəssisə  və  təşkilatlarının  əmək­
daşlığının  koordinasiyası;  xidməti  keyfiyyətinin  vahid  sahə  üzrə 
norma və  standartlarının  hazırlan-ması; öz inkişaf problemlərinin 
həlli.
Dünyanm sahə xarkterli aparıcı beynəlxalq turizm  təşki­
latlarından  biri  olan  Hava  nəqliyyatı  beynəlxalq  assosiasiyası 
(IATA),  1919-cu  ildə  ilk  müntəzəm  aviadaşımalar  təşkil  olun­
duğu  zaman  təsis  edilmişdir,  dünyanın  130-dan  artıq  ölkəsinin 
230  aviaşirkəti  IATA-nın  üzvüdür.  Bu  təşkilatın  əsas  məqsədi 
beynəlxalq  hava  daşımalarının  təhlükəsizliyinin,  etibarlığının  və 
əlverişliliyinin  təminatı  üçün  dünya  aviaşirkətlərinin  əmək­
daşlığıdır.  Təşkilatın  qarşısıunda  dayanan  əsas  məsələlər  aşağı­
dakılardır:
-  Beynəlxalq  mülki  aviasiya  təşkilatı  kimi,  yeni  yaradılan 
beynəlxalq təşkilatlarla əmkdaşlığın inkişafı;
-  Beynəlxalq  aviadaşımalarla birbaşa  və ya  bilavasitə  əla­
qəsi  olan  təşkilatlarla  daha  effektli  əməkdaşlıq  yollarının 
müəyyən edilməsi;
- Beynəlxalq hava əlaqələrinin tənzimlənməsi;
- Aviadaşımaların etibarlılığı və təhlükəsizliyi  üzrə texniki 
tədbirlərin həyata keçirilməsi, sərnişinlərin həyatının təhlükəsiz­
liyinin  təmin  olunması,  zədələnmə  təhlükəsinin,  baqajın  itməsi 
və korlanmasının qarşısının alınması;
-  Hava  naviqasiyasının*,  xidmətin  yüksək  səviyyədə  vahid 
standartlaram,  acropotlarm  və  uçuş  zamanı  hazırlanması  və  tət­
biq olunması,  sənədlərin standartlaşması;
-  Daşımalarm  və  xidmətin  ümumi  beynəlxalq  qay-
* Naviqasiya  (latm  mənşəli  sözdür,  gəmi  ilə  üzürəm  mənasını  bildirir) 
gəmi hərəkəti üçün təhiükosiz vo əlverişli yol seçmələr kimi başa düşülür. 
Hər  hansı  bir  iqlim  şəraitində  gəminin  üzsməsi  (uçuşu)  üçün  yaradılmış 
imkan müddəti.
201

dalarmın və praktiki iş üsullarının hazırlanması və yayımı;
-  Hava  sərnişin  daşımalarına  vahid  beynəlxalq tariflərin 
müəyyən edilməsi;
*  Kommersiya  tipli aviadaşımalarm problemlərinin  öyrə­
nilməsi  və  həlli;  məsələn,  aviadaşıyıcılann rəqabətlə bağlı pro­
blemlərinin  tənzim-lənməsi,  aviaşirkətlərin motivasiya proqram­
ları  vasitəsilə  tələb  və  təklifin  genişlənməsi;  təyyarə  parkının 
texniki təkmilləşdirilməsi; yeni texnolo-giyanm tətbiqi.
Ümumi xarakterli regional beynəlxalq turizm təşkilatlarının 
məqsəd  və  vəzifələri:  konkret təmsil etdiyi regionda turizm hə­
rəkatının inkişafı yollarının və istiqamətlərinin müəyyən edilmə­
si; regionun turizm məhsulunun marketinqi üzrə tədbirlərin təşkil 
olunması və turizm bazarının öyrənilməsi; regionun bütün turizm 
sektorlarının  və  müəssisələrinin  fəalliyyətinin koordinasiyası və 
səylərinin  birləşdirilməsi  məsələlərinin  həlli;  region  ölkələrinə 
turizmin  irəliləyişində  yardım edilməsi;  maliyyələşdirmə;  vahid 
standart  və  prosedurların,  yeni  texnologiyalara  tətbiq  olunması 
ilə bağlıdır.
Ümumi xarakterli regional təşkilatlardan olan Asiya və Sa­
kit  Okean  ölkələrinin  turizm  assosiasiyası  (PATA)  daha 
nümunəvi  və  nüfuzludur.  1951-ci ildə yaranmış PATA Asiya və 
Sakit okean regionlarının turizm sənayesinin 2000 -  dən artıq şir­
kətini, 65 avia və kruiz şirkəti, 50 -dən artıq dövlətin turizm rəh­
bərliyini  və  38  milli  hökumət  təşkilatım  birləşdirir.  PATA-nın 
məqsədi  -  region  dövlətlərində turizm və səyahətlərin artımının 
güclənməsinə imkan yaratmaqdır.
Təşkilatın qarşısında aşağıdakı məsələlər dayanır:
-  regionda  turizmin  inkişafının ümumi siyasətinin və stra­
tegiyasının müəyyən olunması;
-  regiona  turist  axının  tarazlaşdınlmış artımın təmin olun­
ması;
-  gəlmə  turizmin  üçqat  artımı  zəminində  (son  10 ildə 25 
mln.-dan  90  mln.  nəfərədək)  regionda yaşayan xalqların mədə­
niyyətinin və təbii mühitin qorunub saxlanılması üçün tədbirlərin 
qəbul olunması;
-  Regionun  tuizm  sənayesi  üçün  kadrların  və  təhsil pro­
qramlarının  hazırlanması və  tədbiqi,  təhsillə bağlı forum və se- 
minarlam keçirilməsi;
202
-  Regionun  turizmlə  bağlı  və  ya  turizm  xidmətində  iştirak 
edən  bütün  təşkilat,  müəssisə  və  şirkətlərinin  fəaliyyətlərinin 
koordinasiyası*;
-  Sahə xarakterli  turizm təşkilatlarının məqsəd və vəzifələ­
ri:  ayrı-ayrı  sektorların  effektiv inkişaf istiqamətlərinin  müəyyən 
olunması; hər bir sektorun tərkibində fəaliyyət göstərən qarşılıqlı 
əlaqələrin  təmin olunması;  xidmət keyfiyyətinin vahid norma  və 
standartlarının  hazırlanması  və  todbiq  olunması;  regionun  turizm 
sahəsi personalının təlimatlandırılması.
Sahə xarakterli regional  turizm  təşkilatlarından 
Yüklə 11,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin