Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 131 -
Həmin proqramların informatika kursuna daxil
edilməsi nəticəsində şagirdlərin təfəkkür əməliyyatları
və hərəkətlər ardıcıllığı kimi mühüm keyfiyyətləri ön
plana çıxır.
Öyrədici proqramlar xətti, budaqlanan və
qarışıq sxemlər üzrə hazırlana bilər. Xətti proqramlar
öyrənilən materialın 95%-ə qədər hissəsinin mənim-
sənilməsinə kömək edir. Lakin belə proqramlarda
addımlar çox xirda hissələrdən ibarət olduğu üçün
böyük vaxt itkisinə səbəb olur. Budaqlanan
alqoritmlər daha mürəkkəb quruluşa malik olur. Bu
proqramla iş zamanı hər bir şagird fərdi olaraq
müxtəlif yollarla məqsədə doğru gedə bilər. Bu isə
təlimin differensiallaşmasına səbəb olar.
Qarışıq proqramlar xətti və budaqlanan
proqramların müxtəlif birləşmələrindən ibarət olur.
Öyrədici proqramların tərkibində adətən keçilən
materalın təkrarı üçün testlər verilir. Testlərin kom-
püter tərəfindən qiymətləndirilməsi dərsin obyektiv-
liyini artırır. Amerikalı pedaqoqlar müəyyən etmişlər
ki, məktəblilər 2 və 3-cü siniflərdə kompüterdə 6
həftəlik işdən sonra dəqiqədə 20-30 söz çap edirdilər.
Adətən bu yaşdakı şagirdlər 9-11 söz yaza bilirlər.