Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Əmək qanunvericiliyinin və əməyin mühafizəsi qaydalarınm pozulmasmda kollektiv müqavi­lələr və əməyin mühafizəsinə dair sazişlər



Yüklə 1,67 Mb.
səhifə13/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

2.6.Əmək qanunvericiliyinin və əməyin mühafizəsi qaydalarınm pozulmasmda kollektiv müqavi­lələr və əməyin mühafizəsinə dair sazişlər.
Əmək Məcəlləsinə uyğun olaraq, əmək qanunvericiliyinə və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə göz yetirməsini və nəzarət edilməsini aşağidakılar həyata keçirirlər:
1.Özünün fəaliyyətində müəssisələrin, idarələrin, təşkilatların və onların yuxarı orqanlarınm müdiriyyətindən asılı olmayan dövlət orqanları və müfəttişləri:
2.Həmkarlar ittifaqları, habelə onlarm tabeliyində olub əmək məsələlərinə baxan texiki və hüquqi əmək müfəttişlikləri;
3.İcra orqanları;
4.Müvafiq nazirliklər və idarələr.
Əmək qanunlarına dürüst r iayət olunması üzərində ali nəza rət Baş prokurora həvalə edilmişdir.
Əməyin mühafizəsinə nəzarət edən dövlət orqanları aşağıdakılardır:
*Nazirlər Kabineti yanında sənayedə işlərin təhlükəsiz aparılmasına nəzarət;
*Energetika və Elektrikləşdirınə Nazirl iyinin Dövlət Energeiika
Nəzarəti;
*Səhiyyə Nazirliyinin Dövlət Sanitariya Nəzarəti;
*Daxili İşlər Nazirl iyinin Döviət yanğın nəzarəti.
Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ -Mədən Nəzarəti Komitəsi və onun yeıii orqanları öz fəaliyyətini bu komitə haqqındakı əsasnaməyə uyğun olaraq həyata keçirirlər. Bu komitə filiz - mədən, neftçıxarma, qazçıxarma, kimya, habelə yükqaldırıcı qurğularda, təzyiq altında işləyən qazan qurğularında, buxar və isti su boru kəmərlərində, qazın istehsalı, nəql edilməsi və saxlanması işlərində, partlayış işlərində və s. əmək mühafızəsi qanunlarmın düzgün yerinə yetirilməsinə nəzarət edir.
Elektrik qurğularına və istilikdən istifadə edən qurğulara təhlükəsiz xidmət göstərilməsini təmin edən tədbiıiər üzərində dövlət nəzarətini dövlət energetika nəzarəti haqqında Əsasnaməyə uyğun olaraq,
Energetika və Elektrikləşdirmə Naziıiiyinin dövlət energetika nəzarəti sisteminin orqanları hoyata keçiriıiər.
Müəssisələrin sanitariya -gigiyeııa ııorma və qaydalarına riayət
etrnəsi üzərində dövlət nozarətini dövlət sanit ariya nəzarəti haqqında
Əsasnaməyə uyğun olaraq, Səhiyyə Nazirliyinin sanitariya-epidemiologiya orqanları və idarələri həyata keçiriıiər.
Dövlət yanğın nəzarəti layihələndirilən və rekonstruksiya olunan müxtəlif təyinatlı obyektlə r üçün yanğına qarşı normalar, qaydalar, texniki şərtlər işləyib hazuiayır və mü əssisəiərdə yanğın normalarına,
qaydalarına əməl olunmasına nəzarə t edir.
Əmək şərtinə nəzarət və rəhbərlik işində həmkarlar ittifaqlarının texniki müfəttişliklərinin böyük hüquqları vardır. Əməyin təhlükəsizliyi, istehsalat sanitariyasının vəziyyəti və əmək qanunvericiliyinin qorunmasın a dövlət nəzarəti həmin müfəttişliyə həvalə olunmuşdur.
Texniki müfəttiş müəyyən bir istehsal sahəsinə təhkim olunur və sağlam əmək şəraiti yaradılmasına, təhlükə sizlik texnikası, istesalat sanitariyası normalarına əməl olunmasıııa rəhbərl ik edir.
Əmək qanunvericiliyinə və əməyin mühafizəsi qaydalarına riayət olunması üzərində ictimai nəzarəti həmkarl ar ittifaqının fabrik, zavod yerli komitəsiniıı ictimai müfəttişləri və komissiyaları tərəfindən təsdiq edilmiş əsasnaməl ərə uyğun olaraq həyata keçirirlər.
Əmək qanunvericiliyinin və əməyin mühafizəsi qaydalarının
pozulmasmda, kollektiv müqavilələr və əməyin mühafizəsinə dair sazişlər üzrə təəhhüdlərin yerinə yetirilməsində və ya həmkarlar ittifaqının fəaliyyətinə maneçilik törədilməsində müqəssir olan vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən qaydada məsuliyyətlər daşıyırlar. Bu məsuliyyətlərin aşağıdakı növləri vardır:
* İntizam məsuliyyəti;
* İnzibati məsuliyyət;
* Cinayət məsuliyyəti.
Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri aşağıdakılardır:
a) tərəflərin hüquq bərabərliyi;
b) kollektiv müqavilə və sazişin məzmununa dair məsələlərin müzakirəsində tərəflərin müstəqilliyi və könüllülüyü;
c) obyektiv səbəbdən təmin edilə bilməyən şərtlərin kollektiv müqavilənin və sazişin məzmununa daxil edilməsinin yolverilməzliyi;
ç) öhdəliklərin icrasına təminat;
d) qanunvericiliyin tələblərinə əməl edilməsi;
e) öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət.
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin