Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Kimya, neft və qaz səna­yesində təhlükəsizlik tələbləri



Yüklə 1,67 Mb.
səhifə21/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

4.3.Kimya, neft və qaz səna­yesində təhlükəsizlik tələbləri
Kimya, neft və qaz sənaye sahələrində partlayış təhlükəli çox sayda proseslərin intensivləşdirilməsi temperaturun, təzyiqin və yanğın təhlükəli komponentlərin oksigenlə nisbəti kimi mühüm texnoloji parametrlərin qiymətinin artması, yəni Kritik qiymətə yaxınlaşması ilə əlaqədardır. Buna görə də belə sənaye sahələrində istehsalatda işçi heyətinin zədələnmələrinə və əhəmiyyətli material itkisinə gətirib çıxaran böyük dağıdıcı qüvvəyə malik partlayış təhlükəsinin potensialı artır. Sənaye sahələrində baş vermiş iri qəzaların təhlili göstərir ki, böyük həcmlərdə buxar-qaz tullantıları olan müəssisələrdə partlayışlar zamanı təkcə sənaye müəssisələrinin özünün işçi binaları və texnoloji qurğuları yox, həmçinin yaxın ərazilərdə yerləşən yaşayış massivləri də dağılmaya məruz qalırlar. Güclü partlayış zamanı qəza tullantıları atmosferə düşərkən qəzaların lokallaşdırılmasında çətinlik yaranır, belə ki, bu halda ənənəvi qəza əleyhinə lokallaşdırma metodları və texniki vasitələr ya az effekt verir və yaxud vaxtından əvvəl sıradan çıxırlar. Neft- qaz, neft emalı sənayesində elə sahələr vardır ki, onlar böyük potensial partlayış təhlükəsi ilə xarakterizə olunurlar, lakin atmosferə yanar məhsulların böyük emissiyalarının və bağlı sistemlərdə partlayışların xəbərdarlığı üçün lazım olan vasıtələrlə kifayət dərəcədə təchizata malik deyildirlər. Digər tərəfdən qeyd etmək lazımdır ki, bir sıra sənaye sahələri müqayisədə daha az təhlükəliliyə malik olmasına baxmayaraq lazımsız və bahalı qəza əleyhinə müdafiə vasitələri ilə təchiz olunurlar. Yüksək potensial təhlükəli sənaye sahələrinin kifayət qədər effektiv partlayışdan müdafiəsinin olmaması və əksinə müqayisədə az partlayış təhlükəliliyi olan sahələrin partlayışdan müdafiəsinə artıq xərclərin çəkilməsi halları onunla əlaqədardır ki, bu sahələrin partlayış və yanğın təhlükəliliyi mövcud texnoloji proseslərin bütün xüsusiyyətlərinə uyğun olaraq analitik təhlil edilib qiymətləndirilməmişdir. Sənayedə sahələr arası qüvvədə olan normativ-texniki sənədlərdə çox hallarda partlayış və yanğın təhlükəli texnoloji proseslərin layihələndirilməsi və istismarı üçün yalnız partlayış təhlükəsizliyi üzrə ümumi tələbatlar yazılır, lakin ümumi partlayış təhlükəsini müəyyən edən (özündə əks etdirən) müəyyən texnoloji prosesin xarakterik təhlükələri barədə məlumat verilmir. Qüvvədə olan çoxsaylı sahələrarası partlayış təhlükəsizliyi üzrə qaydalar (tələbatlar) belə texnoloji proseslərin xüsusiyyətlərini və partlayışdan müdafiə vasitələrini özündə əks etdirmir. Bu məqsədlə hər bir müəyyən tipik texnoloji proseslərinin xarakterik təhlükələrinin dərindən öyrənilməsi partlayışdan və yanğından müdafiə tədbirlərinin işlənilib hazırlanmasında səmərəli istiqamət hesab olunur. Tipik texnoloji proseslərin xarakterik təhlükələrinin hələ tədqiqat və layihələndirilmə mərhələlərində öyrənilməsi daha səmərəli aparat tərtibatının seçilməsinə, həmçinin prosesin xarakterindən və maddələrin (xammalların, məhsulların və yarım məhsulların) fiziki kimyəvi xassələrindən asılı olaraq uyğun dəqiqlik sinfinə malik nəzarət ölçü cihazları və qəza əleyhinə müdafiə vasıtələrinin seçilməsinə imkan verir. Texnoloji proseslərin partlayışdan müdafiəsinin yüksəldilməsi istiqamətlərindən biri atmosferə atılan yanar və partlayış təhlükəli tullantıların alışmasına səbəb olan xarici daimi və təsadüfi alışma mənbələrinin aradan qaldırılmasıdır. Sənaye qəzalarının hərtərəfli analizi göstərir ki, qəzaların inkişafının səbəblərindən biri də enerji təchizatının kifayət qədər etibarlı olmaması və enerji qurğularının stabilləşdirici vasitələrlə kifayət qədər təchiz olunmamasıdır. Belə ki, bəzən enerji təminatında fasilələrə az həssas olan proseslər bahalı enerji təchizatı stabilizatoru ilə təmin edilir ki, əslində buna ehtiyac da yoxdur. Əksinə, enerji təminatında fasilələrə çox həssas olan proseslər isə uyğun enerji təchizatı stabilizatoru ilə təmin edilmirlər ki, nəticədə qəzaların baş verməsinə əsas yaranır. İstənilən sənaye sahəsinin partlayış və yanğın təhlükəliliyin hərtərəfli öyrənilməsi və partlayışa qarşı müdafiə tədbirlərinin artırılmasına qarşı tələbatlar bu və ya digər uyğun proseslərin uzun müddət istismarı zamanı üzə çıxan və baş verən qəzaların və nasazlıqların öz əksini tapdığı statistik məlumatlar əsasında həyata keçirilməlidir. Bu məqsədlə baş vermış qəzalar barədə informasiyaların analitik təhlilinin vahid metodikası lazımdır ki, bunun da əsasında qəza əleyhinə texniki vasitələrin Etibarlılığının və istismar təhlükəsizinin artırılması üzrə uyğun tədbirlər işlənilib hazırlanmalı və həmçinin qəzaların lokallaşdırılması və onun nəticələrinin ağırlığının aradan qaldırılması planı işlənib hazırlanmalıdır.Belə metodika sonradan texnoloji proseslərin təhlükəsizlik texnikası üzrə sahələr arası qaydalarının işlənilib hazırlanmsında əsas kimi istifadə edilə bilər.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin