Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


İstehsalat binalarında mete­roloji şərait və onun təmin olunması



Yüklə 1,67 Mb.
səhifə18/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

3.5. İstehsalat binalarında mete­roloji şərait və onun təmin olunması.
İstehsalat binalarında meteroloji şərait havanın temperaturu, nisbi nəmliyi, hava axnını hərəkət sürəti, təzyiqi və qızmış səthlərdən istilik şüalanmasının intensivliyi ilə müəyyən olunur.
Havanın temperaturu istehsalat mənbələrindən, işləyən adamlardan ayrılan istilikdən, bina konstruksiyalarının istilikkeçirmə qabiliyyətindən və binanın daxilindəki ventilyasiyadan asılıdır. Ətraf mühitin temperaturu 30°C -yə yaxın olduqda insan bədəninin səthindən istiliyin ayrılması konveksiya və şüalanma vasitəsilə çox intensiv gedir. Temperaturun yüksəlməsi şəraitində istiliyin çox hissəsi tərin buxarlanmasına səbəb olur. Tərləmə zamanı küllü miqdarda duz ayrılır ki, bu da orqanizındə duz balansının p ozulmasına səbəb olur. Ətraf mühitin temperaturunun dəyişmə sindən asılı olmayaraq insan orqanizmi bədənin temperaturunu sabit saxlaya bilir. Bu orqanizmi termorequlyasiya xassə si adlanır.
Havanın temperaturu civəli termometrlər, termoqraflar və müxtə lif prinsiplərdə işləyən avtomatik qeyedici termometrlər və s. vasitəsilə təyin olunur. Havanın temperaturu civəli termometrlər, termoqraflar və müxtəlif prinsiplərdə işləyən avtomatik qeyedici termometrlər və s. vasitəsilə
təyin olunur.
Hava axını sürətində n asılı olaraq insan orqanizmi nə müxtəlif dərəcədə təsir göstərir. Havanın hərəkəti zamanı, bədən səthindən istiliyin aparılması bəzən eyni temperaturlarda kəskin surətdə fərqlənır. İnsan bədənini əhatə edən havanın temperaturu az və hərəkət sürəti çox olarsa, bədən səthindən istiliyin hava ilə aparılması daha çox olur. Bu da insan bədəninin soyumasına və nəticədə soyuqdəymə xəstəliyinə səbəb olur.
Hava axınının hərəkət sürəti müxtəlif cihazlarla ölçülür:
*0,3 m/san-yə qədər sürətlərdə katatermometrlərlə;
*0,5-10 m/san sürətlərdə qanadlı a nomometrlərlə;
*10-20 m/san sürətlərdə isə fincanlı anomometrlərlə.
Anomometr cihazı vasitəsilə hava axınının hərəkət sürətini təyin etdikdə aşağıdakı düsturdan istifadə olunur.
(3.3)
burada a, b, c, ...n hər bir təcrübədə cihazın əqrəbi nin göstərişidir
(son və ilkin göstərişlərin fərqi kimi tapılır).
t ı , t2 ;t3 ; tn təcrübələrə sərf olunan vaxtlardır.
Hesabatdan alınan qiymətə əsasən cih azın pasportundakı cədvəldən
sürətin həqiqi qiyməti (m/san ilə) tapılır.
Havanın tərkibində daim müxtə lif miqdarda su buxarları olur və onu nəmləşdirir. Nəmlik mütləq, maksimum və nicbi olmaqla 3 ııövə bölünür.
Mütləq nəmlik müəyyən temperaturda lm3 havada olan su buxarının qramlarla faktiki miqdarına deyilir və aşağıdakı kimi təyin olunur:
(3.4)
burada Pnəm temperatura uyğun olaraq havadakı su buxarlarının miqdarıdır;
α - hava şəraitini nəzərə alan psixrometrik əmsaldır;
H - barometrik təzyiqdir, mm s.süt. ilə.
Istehsalat binalarında normal əmək şəraitinn təmin olunması üçün hər bir işçiyə 4,5 m2 -dən az olmamaq şərtilə sahə və 15 m3 -dən az olmamaq şərtilə həcm düşməlidir (SN -245-81). Bu sahəni və həcmi aşağidakı kimi təyin etmək olar:


(3.5)
Burada S sexin sahəsi, V - sexin lıəcmi, N ən böyük növbədəki işçilərin sayıdır.
Istehsalat binalarmın hündürlüyü 4,8 m-dən az olmamalıdır. Asan təmizlənə bilməsi üçün divarlarının, döşəməsinin səthi hamar olmalıdır, döşəmə sürüşkən olmamalıdır.
Istehsalat binalarında texnikası və istehsalat sanitariyası norma və qaydalarına uyğun olaraq normal sanitar-gigiyenik şərait (temperatur,nəmlik, təzyiq, təmiz hava) təmin olunmalıdır.
İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq məqsədilə aşağıdakı tədbirlərin görülməsi və həyata keçirilməsi lazımdır:
1. İşçilərin müvafiq qaydada təlimatlandırılması .
2. Görüləcək işin xüsusiyyətlərinə görə işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi.
3. Maşınlar üzərində yazıların və təhlükəli iş yerlərinin hasarlanmasının təşkili.
4. İş yerlərində fırlanan hissələrin olması ilə əlaqədar yerlərdə mühafizə örtüklərinin və çəpərləmənin qoyulması.
5. Təhlükənin xəbərdarlığı məqsədi ilə əyani təbliğat vasitələrindən (plakatlardan, yazılardan) istifadə etmək.
6. Fərdi mühafizə vasitələrindən və qoruyucu ləvazimatlardan istifadə etmək.
7. Avtomatik açma qurğularından, siqnal sistemindən və uzaqdan işarə vasitələrindən istifadə etmək.
8. Elektirik avadanlıqlarının gövdəsinin yerlə birləşdirilmə konturu və sıfırlama sistemini tələbata uyğun təmin etmək.
9. Qüvvədə olan əmək mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi tələblərini müntəzəm olaraq təbliğ etmək.
10.İşçi yerlərini və istehsalat proseslərini elmi əsaslara uyğun təşkil etmək və s.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin