Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Yanma prosesinin fiziki-kimyəvi əsasları. İstehsalatda yanğın və partlayış təhlükəsinin kateqoriyalara görə təsnifatı



Yüklə 1,67 Mb.
səhifə26/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

5.3.Yanma prosesinin fiziki-kimyəvi əsasları. İstehsalatda yanğın və partlayış təhlükəsinin kateqoriyalara görə təsnifatı
Sənaye müəssisələrində yanğına qarşı profilaktik tədbirləri həyata keçirmək üçün istifadə olunan materialların yanma qabiliyyətini və onların yanmasına səbəb olan amilləri bilmək lazımdır. Bunları bilmədən yanğına qarşı effektiv mübarizə tədbirləri işləyib hazırlamaq qeyri-mümkündür.
Yanma qabiliyyətinə malik olan maddənin havadakı oksigen və ya başqa oksidləşdiricilərlə qarşılıqlı təsiri zamanı istilik ayrı lması və işıq şüalanması ilə müşayiət olunan fiziki -kimyəvi prosesə yanma deyilir.
Yanmanın alınması üçün üç vacib şərt ödənilməlidir:
a) kifayət qədər yanar maddənin olması;
b) oksigenin və ya başqa oksidləşdirici maddələrin olması;
c) maddənin alovlanması ü çün lazımi temperaturanın və istilik enerjisinin olması.
Yanma prosesinin intensivliyi oksidləşmə reaksiyasının sürətindən asılıdır. Yanmanın sürətinə yanar sistemin kəmiyyət və keyfiyyətcə dəyişilməsi və alovlanma impulsunun dəyişməsi böyük təsir göstərir. Yanma zonasında oksigenin miqdarı 15%-dən az olduqda yanmanın sürəti zəifləyir və hətta alov sönə bilir. 1 kq maddənin yanması ü çün lazı m olan havanın miqdarı aşağıdakı kimi təyin olunur:

, (5.1)

burada Q - 1 kq maddənin istilik törətmə qabiliyyətidir, kkal/kq.
Açıq odun təsiri nəticəsində baş verən yanmanın ilk anı alovlanma
adlanır.
Əgər yanma açıq odun təsirı olmadan, yalnız xaricdən istiliyin təsirindən baş verirsə, bu proses öz-özünə alovlanma adlanır.
Prosesin baş verməsi üçün lazım olan ən aşağı temperaturaya öz-özünə alovlanma temperaturu deyilir.
Alovu və ya közərmiş əşyaları qaz sızma mənbələrinə yaxınlaşdırdıqda qazın alovlanması baş verir ki, buna da alışma deyilir.
Yanar hava-qaz qarışığının minimum istilik impulsu təsirindən yanma temperaturuna alışma temperaturu deyilir.
Alışdırıcı mənbə olmadan maddənin ekzotermik reaksiyanın sürətinin kəskin artması nəticəsində yanmasına öz-özünə yanma deyilir. Ani vaxtda, yəni böyük sürətlə gedən yanma prosesinə partlayış deyilir. Partlayışın baş verməsi üçün buxar, qaz və toz ların hava ilə qarışığı müəyyən nisbətə malik olmalıdır ki, bu da konsentrasiya üzrə partlayış həddini göstərir. Partlayışın iki həddi var: aşağı və yuxarı.
İstehsalatın yanğın və partlayış təhlükəli olmasına görə bütün istehsal sahələri altı kateqoriyaya bölünü r: A, B, C, D, E və F.
Bunlardan A və B kateqoriyaları həm yanğın, həm də partlayış təhlükəli;
B, C, D kateqoriyaları yalnız yanğın təhlükəli;
F - kateqoriyası isə yalnız partlayış təhlükəlidir.
F kateqoriyasına maye faza halı olmayan yanar qazların, havanın, oksigenin, suyun və bir-birinin qarşılıqlı təsirindən yalnız partlayış əmələ gətirən (yanma ilə müşayiət olunmayan) tozların işlədildiyi və alındığı istehsal sahələri daxildir.
Havadakı oksigenin və ya bir-birini qarşılıqdı təsiri nəticəsində yanğın və partlayış əmələ gətirən maddələrin tətbiqi ilə əlaqədar olan bütün istehsal sahələri buxarlarının alışma temperaturu 28°C və bundan aşağı olan obyektlərə və partlayış həddi 10% və daha az olan qazların işlədildiyi sahələrə bölünürlər.
Məsələn, spirt istehsal olunan sexlər, benzin, sıxılmış qazbalonları saxlanılan anbarlar, yağ istehsal edən müəssisələrin sexləri və buxarın alışma temperaturu 28°C -dən 61°C-yə qədər olan mayelərin və aşağı partlayış həddi 10%-dən çox olan qazların tətbiq olunduğu istehsalatlar, o cümlədən, havanın oksigeni ilə birləşərək partlayıcı qarışıq əmələ gətirə bilən və havasında kifayət qədər yanar qaz olan sahələr aiddir.
Məsələn, kətan və şəkər tozu ayrılan sexlər, kraxmalın qurudulduğu və qablaşdırıldığı sexlər və s. Bu kateqoriyaya daxil olan sexlərdə tozların havanın həcminə nisbətən konsentrasiya üzrə aşağı alovlanma həddi
65 q /m3 və bundan aşağıdır. Lakin yağ zavodlarının presləmə sexlərində, bitki yağları anbarlarında, kisələr və ağac taralar saxlanılan obyektlərdə , etiketlər saxlanılan anbarlarda, dülgər emalatxanalarında, toxucu, əyirici, trikotaj fabriklərinin əsas istehsal sahələrində tozların havanın həcminə nisbətən konsentrasiya üzrə aşağı alovlanma həddi 65 q/m3 yüksəkdir.
Kateqoriyalaşmaya isti, közərdilmiş və ya əridilmiş halda fasiləsiz istilik şüalanması, qığılcım ayrılması və alovla müşayiət olunan maddə və materialların emalı, habelə qaz, maye və bərk maddələrdən yanacaq kimi istifadə olunduğu istehsalat sahələri daxildir. Məsələn, dəmirçi, qaynaq, termiki emal sexləri, qazanxanalar və s.
E kateqoriyasına yanmayan maddə və materialların soyuq hal da
emalı ilə əlaqədar olan istehsalat sahələri, eləcə də saxlanıldığı anbarlar
daxildir. Məsələn, pivə, şərab zavodlarının yuma -doldurma sexləri; mexaniki və alət sexləri, eh tiyat hissələri anbarı və s.aiddir.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin