Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyinin təminatı məsələlərinin həlli yolları



Yüklə 1,67 Mb.
səhifə25/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

5.2.Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyinin təminatı məsələlərinin həlli yolları
Yanğınlar müxtəlif səbəblərdən baş verir. Sənaye
müəssisələrində və bunlarda ən çox təsadüf olunan yanğınkarın baş verməsi səbəbləri aşağıdakılardır:
* Adi yanğın təhlükəsizliyi qaydalarının pozulması;
* Texnoloji rejimin pozulması;
* Elektrik xətlərinin və avadanlıqlarının nasazlığı;
* Statik elektrik boşalması;
* Bəzi maddələrin öz-özünə yanması və s.
Yanğınların qarşısının alınması üçün müxtəlif tədbirlər mövcudur.
Bu tədbirlər təyinatına görə şərti olaraq dörd qrupa bölünlə r:
*İstehsalat prosesində texnoloji avadanlıqların işlənməsi və hazır məhsulun saxlanması zamanı yanğın təhlükəsizliyi təmin edən tədbirlər;
*Yanğınların səbəblərinin aradan qaldırılmasına, yayılmasının məhdudlaşdırılmasına və yanğın zamanı konstruksiyaların, binaların dayanıqlığının təmin olunmasına yönəldilmiş texniki inşaat tədbirləri;
*Obyektin yanğından mühafizə işinin təşkilini, bütün xidmətedici heyətə yanğınların qarşısının alınması tədbirlərinin və yanğın inventarları ilə davranmaq qaydalarının öyrədilməsini təmin edən inzibati-təşkilati tədbirlər;
*Yanğınların tez bir zamanda, müvəffəqiyyətlə söndürülməsi şəraitini və vasitələrini təmin edən tədbir lər. Bu tədbirl ər tikinti işlərində və isti smar zamanı həyata keçirilir. Yanğin söndürmənin daha effektiv üsul və vasitələrinin, yanğına qarşı su təchizatının quruluşunun, yanğın siqnallaşdırımasının seçilməsini nəzərdə tutur. İnsanların və qiymətli əşyaların yanğın zonasından köçürülməsi üçün köçürmə yolları və qapıları n əzərdə tutulmalıdır. Tikinti norma və qaydalarının tələbinə görə, istehsalat binalarında və köməkçi binalarda azı iki ədəd çıxış qapısı qoyulmalı və qapılar xaricə açılmaql a bütün çıxış yollarının ümumi eni hər 100 nəfərə orta hesab la 0,6 m olmalıdır.
Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili :
*İnzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır.
*Müəssisələrdə açıq oddan istifadə edilməsi, siqaret çəkilməsi və müvəqqəti yanğın təhlükəli işlərin aparılması qaydaları yanğın təhlükəsizliyi tələbləri barədə təlimata əsasən müəyyən edilməlidir.
*Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq müəssisələrdə, idarə və ya təşkilatlarda könüllü yanğından mühafizə dəstələri yaradıla bilər.
* Hər bir müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməlidir. Həmin əmrdə və ya təlimatda aşağıdakılar öz əksini tapmalıdır:

    • siqaret çəkmək üçün xüsusi yerin ayrılması və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması:

    • hazır məhsulların, yarımfabrikatların və xammalın saxlanılması üçün yerlər təyin olunmalı və malların otaqlarda eyni vaxt ərzində saxlana biləcək miqdarı nəzərə alınmalıdır;

    • yanar tullantıların və tozların təmizlənməsi, yağlı-xüsusi geyimlərin saxlanılması qaydaları müəyyən edilməlidir;

    • iş vaxtının sonunda və yanğın baş verən zaman elektrik avadanlıqları şəbəkədən ayrılmalıdır;

    • müvəqqəti odlu və digər yanğın təhlükəli işlərin görülməsi qaydaları nəzərə alınmalıdır;

    • iş vaxtının sonunda otaqlara baxışın keçirilməsi və bağlanması qaydaları göstərilməlidir;

    • yanğın hadisəsi zamanı işçilərin hərəkəti qaydaları qeydə alınmalıdır;

    • yanğın təhlükəsizliyi əsaslarına dair dərslərin və yanğına qarşı təlimatın keçirilmə vaxtı və bu tədbirin keçirilməsi qaydaları üçün cavabdeh şəxslərin ayrılması göstərilməlidir.

Bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün «köçürmə» planların işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır.
Kütləvi insan (50 nəfər və ya çox) toplaşan obyektlərdə həmin obyekt rəhbəri tərəfindən köçürmə planına əlavə olaraq xidməti heyət üçün «İnsanların yanğın yerindən köçürmə tədbirləri» hazırlanmalıdır. Bu tədbirlər əsasında hər 6 ayda bir dəfədən az olmayaraq, bütün xidməti heyəti cəlb etməklə təcrübə məşğələ-təlimləri keçirilməlidir.
Geçə vaxtı insanlar olan obyektlər (uşaq bağçaları, internat-məktəblər, xəstəxanalar və sair) üçün köçürülmə təlimatı iki variantda hazırlanmalıdır: «gündüz» və «gecə» vaxtı.
İdarə, müəssisə, təşkilatın bütün əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq yanğına qarşı rejimin bütün tələblərinə ciddi riayət etməlidirlər.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin