Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə24/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Yoxlama sualları:
1.Təhlükə poten­siallı obyektlərə hansılar aiddir?
2. Avadanlığın iş şəraitinin mahiyyəti.
3. Elektrikdən zədələnmələrin səbəbləri
4. Partlayış zamanı yaranan güc nəcə hesablanır?
5. Texnoloji proseslərin partlayışdan müdafiəsinin yüksəldilməsi istiqamətləri.
6. Elektrik qurğularının istismarına aid qadağalar hansılardır?


MÖVZU 5. AZƏRBAYCAN RESPUBLİKASINDA YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARI


5.1.Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi qaydaları və yanğın təhlükəsizliyi tələbləri
Yanğın təhlükəsizliyi — yanğınlardan şəxsiyyətin, əmlakın, cəmiyyətin və dövlətin təhlükəsizliyi vəziyyətidir. Yanğın (yanğın söndürən) təhlükəsizliyinin təminatı dövlətin ən əhəmiyyətli funksiyalarından biridir. Dövlət hakimiyyəti orqanları yanğın təhlükəsizliyinin təminatının sisteminin elementidir. Yerli hakimiyyət orqanları və təşkilatlar onlardan asılı olmayaraq təsərrüfatlar və başqa hüquqi şəxslər təşkilatı-hüquqi formalar və mülkiyyət formaları təhlükəsizliyinin təminatında iştirak edən vətəndaşlardır.
Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi qaydaları və yanğın təhlükəsizliyi tələbləri Azərbaycan Respublikasının 10 iyun 1997-ci il № 313-IQ qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən edilir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilati hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir. Yanğın Təhlükəsizliyi təmin edilərkən qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır.
Hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, həmçinin həmin obyekt üçün yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır. Müəssisələrin bütün işçiləri, yalnız yanğına qarşı ilkin təlimatlandırıldıqdan sonra işə buraxılmalıdırlar. İşin xüsusiyyəti dəyişdikdə isə müəssisənin rəhbəri tərəfindən müəyyən edilmiş qaydada baş vermiş mümkün yanğınlar barəsində xəbər verilməsi və söndürülməsi üsullarının öyrədilməsi üzrə əlavə təlimat keçməlidirlər. Hər bir vəzifəli şəxs, mühəndis-texniki heyət və fəhlə ilkin və sonrakı (ildə bir dəfədən az olmayaraq) yanğına qarsı təlimatlandırılaraq, bu haqda xüsusi yanğına qarşı təlimatlandırma jurnalında imza etməlidirlər.
Ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir.
Nəzərə almaq lazımdır ki, Yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar. Yəni:
● hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər;
● Nazirliklər, idarələr, komitələr, digər mərkəzi idarə etmə orqanları və icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
- tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;
- müəyyənləşdirilmiş qaydada normalara uyğun olaraq müvafiq büdcələrin vəsaiti hesabına maliyyələşdirilən yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;
- yanğından Mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək göstərmək;
- yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək;
- hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək;
- yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;
- müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirilən Dövlət yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;
- əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək.
● Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
* yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;
* yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;
* yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək;
* yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək;
* yanğından mühafizə bölmələrini qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;
* müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtki materialları, habelə, ərzaq məhsulları və istirahət yerləri vermək;
* binalara, tikililərə, qurğulara, buraxılan və satılan məhsullara Yanğın Təhlükəsizliyi sertifikatının və Yanğın təhlükəsizliyi sahəsində işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə lisenziyalarının vaxtında alınmasını təmin etmək.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin