Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Yanğınların baş verməsinin səbəbləri və mühafizə tədbirləri



Yüklə 1,67 Mb.
səhifə27/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

5.4. Yanğınların baş verməsinin səbəbləri və mühafizə tədbirləri
İstehsalat obyektləri mürəkkəb istehsalat prosesləri ilə xarakterizə olunduğundan yüksək yanğın təhlükəliliyi, burada istifadə edilən asan alışan və yanan mayelər və maddələr, mayeləşdirilmiş qazlar, sərt yanar materiallar, elektrik qurğuları ilə seçilirlər.
Yanğınların baş vermə səbəbləri əsasən aşağıdakılardır:
- Texnoloji rejimin pozulması;
- Elektrik avadanlığının nasazlığı;
- Avadanlığın təmirinə yarıtmaz hazırlıq;
- Yağlı əskilərin və digər materialların özü-özünə alışması və s.
Texnoloji qurğuların açıq alovu, aparatların həddən artıq qızmış səthləri, elektrik avadanlığının qığılcımları, statik elektrik, sürtünmə nəticəsində alınan qığılcımlar da alışma mənbəyi ola bilər. Bundan başqa yanğınların çıxmasına yanğın təhlükəli materialların qeyri-düzgün saxlanması, odla ehtiyatsız davranma, məşəllərin, lehim lampalarının açıq odundan istifadəsi, qadağan olan yerlərdə siqaret çəkmə, yanğın təhlükəsizliyi, yanğına qarşı su təchizatı, yanğın siqnalizasiyası və obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilməsi tədbirlərinin yerinə yetirilməməsi də səbəb ola bilər.
Təcrübə göstərir ki, yanğın və partlayışla müşahidə edilən hətta iri bir aqreqatın qəzaya uğraması istehsalat və orada çalışan insanlar üçün çox ağır nəticələnə bilər. Bu mənada texnoloji prosesin artıq layihələndirilməsi mərhələsində yanğın və partlayış təhlükəliliyinin düzgün qiymətləndirilməsi, burada baş verə biləcək qəzaların səbəblərinin, təhlükəli amillərin, yanğın və partlayışların qarşısını alan üsul və vasitələrin əvvəlcədən müəyyənləşdirilməsi və elmi əsaslandırılması olduqca vacibdir.
Bu işlərin həyata keçirilməsində yanma və partlayışların proses və şəraitinin, maddə və materialların xüsusiyyətlərinin, istehsalatın yanğın və partlayışlardan qorunması üsul və vasitələrinin bilinməsi mühüm amillərdən biridir. Məhz ona görə də yüksək yanğın və partlayış təhlükəli müəssisələrdə yanğın profilaktikası və mühafizəsi əsasları daha dəqiq işlənib hazırlanmalıdır.
Yanğın profilaktikası altında yanğınların qarşısının alınmasına yönəldilən tədbirlər kompleksi və yanğın təhlükəsizliyi texnikasına yiyələnmə başa düşülür. Yanğına qarşı yönəldilən mühafizə - yanğın baş verdikdə ziyanın azaldılmasına yönəldilən tədbirlər kompleksidir.
İnsanlar vaxtlarının çoxunu binalarda keçirdiyindən binaların yanğın təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Meşələrin, nəqliyyat vasitələrinin, dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələrinin, eləcə də yeraltı tunel və şaxtaların da yanğın təhlükəsizliyi xüsusi yanğın profilaktikası tədbirlərinin görülməsini tələb edir.
Yanğın profilaktikası məqsədləri biri - biri ilə sıx bağlı olan üç tədbir kompleksinə ayrılır:
1. Yanğın təhlükəsizliyi davranışına yiyələnmə;
2. Yanğın nəzarəti və yanğın təhlükəsizliyi və tikinti normalarının işlənib hazırlanması və onların yerinə yetirilməsinin yoxlanılması;
3. Avadanlıqla təchiz edilmə və texniki işləmələr (məsələn, daşınan yanğınsöndürmə vasitələrinin quraşdırılması və təhlükəsiz alışqanların istehsalı və s.)
Burada yanğın nəzarəti ən mürəkkəb tədbirlər kompleksidir desək, yanılmarıq. Buraya yanğın profilaktikası normaları, tikintidə yanğın norma və qaydaları, yanğına qarşı avadanlığın hazırlanması və quraşdırılması standartları və kütləvi istehlak mallarına aid yanğın təhlükəsizliyi standartları aiddir.
Profilaktik işin aparılması yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısını almaq, onları aşkar etmək və aradan götürmək olduğundan yanğınsöndürmə hissələrinin şəxsi heyəti sex, anbar, qurğu və digər yerlərdə ciddi yanğın təhlükəsizliyi rejimini fəal dəstəkləməlidir. Fəhlə və qulluqçulara yanğın təhlükəsizliyi qayda və təlimatlarının çatdırılması, mümkün yanğınların vaxtında qarşısının alınması bu mənada profilaktik işin əsasını təşkil edir. Təşkilati-texniki tədbirlər də bu sırada əsas rollardan birini oynayır.
Əmək kollektivlərində yanğın-profilaktiki iş təhlükəsizlik texnikası, sanitar və texniki nəzarət mütəxəssisləri ilə əlaqəli şəkildə aparılmalıdır.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin