Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Təhlükəsizlik texnikasının əsasları



Yüklə 1,67 Mb.
səhifə20/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

4.2. Təhlükəsizlik texnikasının əsasları
Sənaye müəssisələrində elektrik enerjisindən geniş istifadə edilir ki, bu da elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yaradır. Belə təhlükələr əsasən elektrik intiqrallı maşın və mexanizmlərdən, yükqaldırıcı-nəqletdirici qurğuların elektrik avadanlıqlarıdan, elektrik qızdırıcılarından, qaynaq aparatlarından və işıqlandırıcı qurğulardan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına əməl etmədikdə yaranır.
Bu şərtlər nəzərə alınmadan elektrik qurğuları seçilib yerləşdirildikdə avadanlıqların istifadə müddəti vaxtından əvvəl sıradan çıxmasına, yanğın hadisələrinin törətməsinə, işçilərin elektrik cərəyanı ilə zədələnməsinə səbəb olur.
Avadanlığın iş şəraiti dedikdə, istehsal prosesində onları əhatə edən meteoroloji şərait, havadakı toz, buxar, qələvi xassəli qaz, istehsalat binalarının konstruksiyası, tikinti materiallarının elektrik keçirmə qabiliyyəti və s. nəzərdə tutulur.
Elektrik cərəyanı ilə zədələnmə təlılükəsinə görə bütün istehsalat binaları əsasən üç qrupa bölünmüşdür:
-az təhlükəli;
-yüksək təhlükəli;
-xüsusilə təhlükəli binalar.
Təhlükəli binalara quru və isti olmayan, döşəməsi cərəyan keçirən, havasında cərəyan keçirən tozlar olan, daxilində çoxlu miqdarda metal əşyalar, konstruksiyalar olan binalar daxildir.
Yüksək təhlükəli binaların daxilində 85%-ə yaxın nəmlik, 30°C-dən yuxarı temperatur havasında cərəyan keçirən tozlar olur və döşəməsi elektrik cərəyanını keçirmək üçün əlverişli şərait olur. Döşəməsi elektrik keçirən binalara çörək və qənnadı fabriklərində unun və köməkçi xammalın tarazsız saxlandığı anbarlar, tez alovlanan maye anbarları, boya şexləri, kimyəvi laboratoriyalar və s. belə obyektlərə aiddir.
Xüsusilə təhlükəli binaların daxilində 100%-ə yaxın nəmlik olur,
havasında elektrik keçırən tozlar, izolyasiyalara dağıdıcı təsir göstərən
qələvi xassəli buxarlar olur, döşəməsi elektrik keçirir və s.
Toxucu və əyirici fabriklərinin boyama, ağartma sexləri, yeyinti müəssisələrinin qıcqırtma şöbələri, xammalın, taraların yuyulması, şöbələri və s. yerləşən binalar bu qrupa daxildir.
Elektrik cərəyanı ilə zədələnmələrin səbəblərini analiz edilərək, onları iki qrupa : texniki və təşkilati qruplara bölünür.
Texniki səbəblərə aşağıdakılar daxildir:
* gərginlik altında olan hissələrə təsadüfən toxunma;
* təhlükəli məsafəyə qədər yaxınlaşmağa icazə verilməsi;
* işçilərə elektrik qurğuları ilə davranma qaydalarının öyrədilməməsi.
*işçilərin ixtisasının aşağı olması.
Təşkilatı səbəblərə aşağıdakılar daxildir:
* işçilərin zədələnmələrinin qarşısnı almaq üçün tədbirlərin görülməməsi;
* işçilərin təlimatlandırılmaması və onlara xüsusi dərslərin keçirilməməsi;
* cərəyan daşıyan hissələrin ətrafının çəpərl ənməməsi;
* keyfiyyətli izolyasiyalı, bəzi hallarda isə ikiqat izolyasiyaya malik olan naqillərdən istifadə olunmaması;
* səyyar cərəyan qəbul ediciləriin qidal andırmaq üçün alçaq gərginlikdən (42 V qədər) istifadə olunmaması;
*etibarlı və tez təsirli avtomatik mühafizə ayırıcılarından istifadə
olunmaması;
* elektrik avadanlıqlarının, maşınların gövdə hissələrinin yerləbiıiəşdirici sistemlərlə ə əlaqələndirilməməsi və s.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin