Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə19/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Yoxlama sualları:
1.İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəbləri hansılardır?
2. İstehsalat zədələnmələrini təhlil etmək üçün hansı üsuldan
istifadə edilir?
3. Zədələnmənin tezlik göstəricisi necə hesablanır?
4. İstehsalat zərərl əri hansı qruplara bölünür?
5. Istehsalat binaların da normal əmək şəraitinin təmin olunması üçün hər bir işçiyə düşən sahə və həcmi necə təyin etmək olar?
6. İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq məqsədilə hansı tədbirlərin görülməsi və həyata keçirilməsi lazımdır?
MÖVZU 4. AZƏRBAYCAN RESPUBLİKASINDA TEXNİKİ TƏHLÜKƏSİZLİYİN HÜQUQİ ƏSASLARI

4.1.Texniki təhlükəsizlik haq­qında Azərbaycan Respubli­kasinin qanunu. Təhlükə poten­siallı obyektlərin təsnifatı
Azərbaycan Respublikasinin qanunu Azərbaycan Respublikasının Prezidentinin “2 noyabr 1999-cu il № 733-IQ” fərmanı ilə təsdiq edilmişdir. Qanun təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, həmin obyektləri istismar edən hüquqi və fiziki şəxslərin bu obyektlərdə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir.
Texniki təhlükəsizlik haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlər arası müqavilələrdə texniki təhlükəsizlik münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Qanunun müddəaları təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir.
Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
*obyektlərin texniki təhlükəsizliyi (bundan sonra — texniki təhlükəsizlik) vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyəti;
*texniki nəzarət — istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən texniki-normativ sənədlərin və təhlükə potensiallı obyektlərdə fəaliyyət üçün verilmiş xüsusi razılığın tələblərinə əməl olunmasına nəzarət;
*qəza – təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılması;
*hadisə – təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulması;
*təhlükəsizlik texnikası – avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə, xəbər vermə, rabitə vasitələri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksi;
*uyğunluq sertifikatı – avadanlığın, maşın və mexanizmlərin, dövlət standartına və yaxud digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə.
Təhlükə potensiallı obyektlər:
*Əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.
*Təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
*Təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.
* Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə təhlükə potensiallı obyektlərin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırıla bilər.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin