Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Müəssisə ərazisinə, isteh­salat binalarına və qurğularına qoyulan tələblər. Sanitar – mü­ha­fizə zonaları



Yüklə 1,67 Mb.
səhifə17/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

3.4.Müəssisə ərazisinə, isteh­salat binalarına və qurğularına qoyulan tələblər. Sanitar – mü­ha­fizə zonaları.
Sənaye müəssisələri planlaşdırılarkən ilk növbədə onun ərazisi seçilir. Bu zaman ərazinin xammal, enerji mənbələrinə, n əqliyyat yollarına yaxınlığı nəzərə alınmalıdır. Çalışmaq lazımdır ki, seçilən ərazidə təbii və çirkab sulann yığılmasına şərait yaranmasın. Yeraltı suların səviyyəsi binaların və qurğuların özülündən ən azı 0,5 m. dərində yerləşməlidir. Ərazi yaşayış sahələrinə nəzərən əsas küləyin istiqaməti (küləyin əksər hallarda əsmə istiqaməti) nəzərə alınmaqla elə yerləşməlidir ki, müəssisədən buraxılan zəhərli ayrılmalar ətrafındakı yaşayış sahələrinə yayılmasın.
Ərazi seçildikdən sonra müəssisənin baş planı tərtib olunur. Ərazilərdə yeni obyektlərin tikintisi planlaşdırıldıqda mütləq TN və Q 1I -M.I-71 tikinti norma və qaydaları və SN -245-81 sanitariya tələbləri rəhbər tutulmalıdır. Baş planda ayrı-ayrı binalar yerləşdirilərkən onlar arasındakı məsafə aşağıdakı üç şərt nəzərə alınmaqla qəbul edilir:
*Yanğın baş verdikdə bir binadan digərinə keçməməsinin təmini;
*Normal təbii işıqlanmanın təmini;
*Nəqliyyat vasitələrinin normal hərəkətinin təmini.
Yanğının bir binadan digərinə keçməməsi üçün binalar arasındakı yanğına qarşı minimum ara məsafəsi hər iki binanın odadadamlılıq dərəcəsinə görə sinifindən asılı olaraq qəbul edilir.
Normal təbii işıqlanmanın təmin olun ması üçün binalar arasındakı
məsafə qonşu binalardan yüksək olanın hündürlüyündən az olmamalıdır.
Nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün isə ara məsafəsi nəqliyyat vasitələrinin enindən asılı olaraq təyin edilir.
Umumiyyətlə, binalar arasındakı məsafə hər üç şərt nəzərə alınmaqla ləyin olunmuş qiymətlərdən ən böyüyünə bərabər götürülür.
Ərazidən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə tikiıntinin sıxlıq dərəcəsi normallaşdırılmalıdır. Bu norma taxıl emal edən müəssisələr üçün 40%, konserv, pivəbişirmə və şərab zavodları və qənnadı fabrikləri üçün 50 %, çörəkbişırmə müəssisələri üçün 37-40%, şəkər istehsal edən zavodlar üçün 45 -50%, yağ-piy müəssisələri üçün 33 -35%, toxucu, əyirici, trikotaj, tikiş fabrikləri üçün isə 50%-dən az olmamaq şərtilə müəyyən olunmuşdur.
Tikintinin sıxlıq dərəcəsi (ərazidən istifadə əmsalı) aşağıdakı kimi təyin edilir.
. 100%, (3.2)
Burada ST-tikintinin tutduğu ümumi sahədir, m2; Sə- ərasinin sahəsidir, m2
Sanitar - mühafizə zonaları. Sənaye müəssisələrindən atmosferə buraxıl an zərərli ayrılmalarm (toz, tüstü, qaz və s.) təsirindən ətrafdakı yaşayış sahələrini qorumaq üçün sanitar-mühafizə zonalarından istifadə edilir. Bu zonaların eni SN 245-81 üzrə müəssisələrin zərərlilik dərəcəsindən asılı olaraq müəyyən edilmişdir. Müəssisələr zərərlilik d ərəcəsinə görə 5 sinifə bölünür - I, 11, III, IV, V. Ayrı -ayrı siniflər üzrə sanitar - mühafızə zonasının eni aşağıdakı kimi qəbul edilir:
I sinif üçün 1000 m; II sinif' üçün 500m; III sinif üçün 300m; IV sinif iiçiin100m; V sinif üçün 50 m.
Bəzi sənaye mü əssisələri aşağıdakı siniflərə daxil edilmişdir: dəyirmanlar, spirt emal edən zavodlar IV sinifə, pivəbişirınə, çörəkzavodları, makaron qənnadı fabrikləri, şərab, konserv zavodları V sinifə, boyama və ağartma işləri olduqda toxucu, əyirici fabrikləri IV olmadıqda isə V sinifə və s.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin