Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə14/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Yoxlama sualları:
1.İstehsal mühiti elementlərinin xüsusiyyətləri.
2. İstehsal proseslərində və onlarla bir başa bağlı olanəməliyyatlatda
fiziki təhlükəli və zərərli amillər hansılardır?
3.Peşə xəstəliklərindən yaranan iqtisadi zərər nə hesablanır?
4. Əmək Məcəlləsinin Əməyin Mühаfizəsi 215-ci mаddəsinə uyğun olaraq müəssisələrin mülkiyyətçiləri və işəgötürənlər hansı tədbirlərin həyаtа kеçirilməsini təmin еtməlidirlər?
5. «Nоrmаtiv Hüquqi Аktlаr Hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununun 8-ci mаddəsinin mahiyyəti nədir?
6. Əməyin mühafizəsinin normativ-hüquqi tənzimlənməsi nə deməkdir?
7. Əmək mühafizəsi xidmətin əsas vəzifələri hansılardır?
8. Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri hansılardır?


MÖVUZ 3. İSTEHSAL ZƏDƏLƏNMƏLƏRİ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ


3.1.İstehsalatda içilərin zədə­lənmələrinin səbəblərinin aydın­laşdırılması
Zədələnmələr və peşə xəstəlikləri haqqında əsas anlayışlar DÜİST 12.0.002- 74 üzrə müəyyən olunmuşdur.
Zədələnmə dedikdə, qəflətən xarici təsir nəticəsində insan bədəninin müəyyən üzvünün və toxumların zədə alması başa düşülür. Zədələnmələrə əzilməni, kəsilməni, sınmanı, yanmanı və s. misal göstərmək olar.
Zədələmələr 3 əsas qrupa bölünür:
*İstehsalatla əlaqədar olan zədəliənmələr;
*İstehsalatla əlaqədar olmayan zədələnmələr;
*Məişət zədələnmələri.
İstehsalat zədələnmələrinə müəssisə ərazisində, yaxud ondan kənarda xidməti vəzifəni yerinə yetirərkən baş verən hadisələrdən alınan zədələnmələr daxildir. Buraya eyni zamanda müəssisənin nəqliyyat vasitəsilə işə gəldikdə və işdən getdikdə alınan zədələnmələr də daxildir.
İstehsalatla əlaqədar olmayan zədələnmələr iş ilə əlaqədar
olmayaraq şəxsi əşyaların hazırlanması zamanı, müəssisə rəhbərliyinin icazəsi olmadan bir yerdən başqa yerə getdikdə, sərxoş olduqda alınan zədələmələr daxildir.
Müəssisə rəhbərliyi istehsalatla əlaqədar olan zədələmələr üçün məsuliyyət daşıyır. Əgər zədələnmə müəssisədə təhlükəsiz əmək şəraitinin təmin olunmasından əlavə fəhlə və ya qulluqçunun ehtiyatsızlığı, müəssisədaxili intizamı pozması ilə əlaqədardırsa, onda qarışıq məsuliyyət vəziyyəti yaranır.
Məişət zədələnmələri dedikdə isə, evdə, ailədə, qanunsuz idman yarışlarında, öz şəxsi maşınında işə gəlib -gedərkən yolda və s. alınan zədələnmələr nəzərdə tutulur.
Müəssisənin təsərrüfat sahələrinin xüsusiyyətlərindən, zərərli və təhlükəli amillərindən asılı olaraq işçilərdə yaranan müxtəlif növ travmalar üç növə bölünür: İstehsalat travması, peşə xəstəliyi və peşə zəhərlənməsi.
İstehsalat travması. Qəfil xarici təsir nəticəsində insan orqanizmində toxumaların ani olaraq zədələnməsi və ya üzvlərin öz fizioloji funksiyasını dəyişməsi travma adlanır. Travmalar, adətən təhlükəli amillərin insana qısa müddətli təsiri nəticəsində baş verir. “Travma” – yunan sözü olub, zədələnmə, xəsarət alma, əzilmə, qırılma və s. mənasında işlədilir. İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində mexaniki zədələnmədən, elektrik cərəyanının təsirindən, kimyəvi zəhərlənmədən radioaktiv şüalamadan, qeyri-normal əmək şəraitindən alınmış zədə istehsalat travması və bədbəxt hadisə adlanır.
Peşə xəstələnmələri. Əmək prosesində əmələ gələn zərərli istehsalat amillərinin işçinin orqanizminə uzun müddət təsiri onun sağlamlığının pozulmasına səbəb olur. Bununla müəyyən iş üçün səciyyəvi olan zərərli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik – peşə xəstəliyi yaranır.
Peşə zəhərlənməsi. Peşə xəstəliyinin xüsusi halıdır. Peşə zəhərlənmələri şiddətli və xronik formada ola bilər. İstehsalat prosesində zəhərli preparatlardan ayrılan hissəciklərin insan orqanizminə təsiri nəticəsində zəhərlənmə baş verir.
İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəblərini aşağıdakı altı qrupa ayırmaq olar:
1. Texniki səbəblər:
*texnoloji proseslərin qeyri -mükəmməlliyi (layihənin dəqiq olmaması, avadanlıqların düzgün quraşdırılmaması, proseslərin düzgün aparılmaması və s);
*avadanlıqların və mexanizmlərin n asazlığı;
*avadanlıqların istismarı və təmiri zamanı istifadə edilən alətlərin, tərtibatların nasazlığı;
*çəpərləyici və qoruyucu vasitələrin olmaması və s
2. Təşkilatı səbəblər:
*əməyin düzgün təşkil olunması (iş rejiminin səmərəsizliyi, işin gərgin olması və s.);
*iş yerlərinin, keçidlərin və yolların səliqəsiz saxlanması;
*fəhlə və qulluqçuların texnoloji prosesi pis mənimsəməsi, *təlimatların vaxtlı-vaxtında keçirilməsi və ya keyfiyyətsiz keçilməsi;
*təhlükəli iş ü sullarının tətbiqi, əmək intizamının pozulması;
*işə uyğun gəlməyən alət və tərtibatların tətbiq olunması;
*fərdi mühafizə vasitələrindən istifadə edilməsi və s.
3. Sanitariya -gigiyena səbəbləri:
*Qeyri-normal meteoroloji şərait, istilik şüalanması;
*hava mühitiniıı zərərli olması (zəhərli buxar, qaz və tozlarla çirklənməsi);
*qeyri-səmərəli işıqlanma;
*səs-küy və titrəyişlər;
*sanitariya və gigiyena qaydalarının pozulması və s.
4. psixofizioloji səbəblər – yorğunluq, diqqətsizlik, yaddaşın zəifləməsi, gözlənilmədən keçirilən fizioloji hallar, orqanizmdəki qüsur və çatışmazlıqlar və.s.
5. yanğın səbəbləri – yanğın təhlükəsizliyi qaydalarının pozulması; yanğından təhlükəli materialların saxlanılması qaydalarının pozulması; materialların öz-özünə alışması; texnoloji proseslərdə yanğın təhlükəsizliyi rejiminin pozulması.
6. maddi səbəblər – təbii fəlakətlərin (məsələn, sel,zəlzələ, ildırım vurması, körpünün uçması və .s) baş verməsi.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin