Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


İstehsalatda iş təhlükə­siz­liyinin təmin edilməsində Elmi-texniki tərəqqinin rolu



Yüklə 1,67 Mb.
səhifə32/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

6.4.İstehsalatda iş təhlükə­siz­liyinin təmin edilməsində Elmi-texniki tərəqqinin rolu
Elmin potensialları aşağıdakı amillərlə müəyyən edilir:
1.Elmi kadrlar;
2.Texniki təminat;
3.İnformasiya təminatı;
4.Elmin idarə olunması.

Şəkil 6.2. Elmi potensiala təsir edən amillər.
1. Elmi kadrlar
Elmi kadrlar hazırlıq və yaş səviyyələri ilə səciyyələnirlər.
İ.Nyuton 5 əsas elmi kəşflərini 23-25 yaşlarında kəşf etmişdir.
Kəşflərin ümumi miqdarı 25......35 yaş arasına uyğun gəlir.



Şəkil 6.3. Elmi kəşflərin sayının yaş səviyyəsindən asılılığı.

2. Elmin texniki təminatı. Elmi ideyaların texniki təminatı olmasa bir çox ideyalar arzu olaraq qalar. Siolkovskinin raket yerin peykləri haqqında öz dövründə verdiyi təkliflər o zamanlar bir fərziyyə kimi qəbul edilirdi. Onların texniki reallaşması isə onun ölümündən sonra 60-cı illərdə mümkün oldu. Atom silahı yaratmaq məqsədi qarşıya qoyulanda, o zamanın görkəmli alimi Kapiça Stalinə demişdir ki, bunun üçün bütün ölkənin sənaye texnologiyasını yeni səviyyəyə yüksəltmək lazımdır. Hal-hazırda Xəzər dənizi neft mədənlərinin istismarı, texniki təminatla bilavasitə əlaqədar olduğuna görə inkişaf etmiş xarici dövlətlərin imkanlarından istifadə etmək lazımdır.


3.Texniki estetika – dizaynın nəzəriyyəsidir. Dizayn və texniki estetika istehsalatın effektivliyini artırmaqla harmonik olaraq, estetikanın əmək qabiliyyəti ilə sıx əlaqədə olmalıdır. Bədii konstruksiya etmə - sənaye istehsalının layihələndirilməsinin yeni yaradıcılıq metodu ilə yanaşılmasıdır. Məqsəd, yüksək keyfiyyətli məhsul əldə etməkdir. Bunun spesifik (özünəməxsus) əsasını utilitar və estetik prinsiplər təşkil edir.
Utilitar dedikdə – lazımlı, rahat istifadəli, texnoloji və ekonomik məhsul başa düşülür.
Estetik dedikdə isə – gözəllik, cazibədarlıq, seçilən obrazlılıq başa düşülür. Bu iki anlayış çox sıx şəkildə qarşılıqlı asılıdır.



Şəkil 6.4. Dizayn sistemi və estetika arasında asılılıq.


Əvvəllər bədii mədəniyyət dedikdə teatr, kino, rəsm əsərləri, ədəbiyyat və başqa incəsənət növləri başa düşülürdü. Xalqın inkişafı üçün insanın əmək qabiliyyəti ilə əmələ gətirdiyi qiymətli bədii və materiallar birləşməsinin nəticəsi lazımdır. Hal-hazırda dünyada dizayn sözü qəbul olunmuşdur. Dizaynla məşğul olan insanlara dizayner və ya rəssam-konstruktor deyilir. Dizayn termini Avropada XV əsrdən istifadə olunur. İngilis dilində dizayn sözünün çox geniş mənası vardır. Bura layihələndirmə, konstruksiya etmə, fikirləşmək, tədbir tökmək, məqsəd güdmək, layihə, cizgi, rəsm, şəkil və s. daxildir. Texniki ədəbiyyatda dizayner dedikdə layihəçi-mühəndis və
rəssam – konstruktor nəzərdə tutulur.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin