Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Əməyin təşkili və istehsal mədəniyyəti



Yüklə 1,67 Mb.
səhifə31/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

6.3.Əməyin təşkili və istehsal mədəniyyəti
Əməyin məhsuldarlığını və istehsalat binalarının estetik səviyyəsinin artırılması layihəçi konstruktorların iş yerlərinin elementlərinin mütərəqqi üsullardan istifadə edərək həll etməsindən çox asılıdır.
Iş yerlərinin bütün elementləri lazım olan parametrlərə yəni, insan bədəninin strukturasına (quruluşuna), sanitar-gigiyenik tələbata, yüksək estetik keyfiyyətə uyğun olmalıdır.
Iş yerlərinin planlaşdırılması zamanı işçinin layihəyə uyğun olaraq bütün tələbələri iqtisadi, ritmik dəyişən hərəkətlərini yerinə yetirə bilməsini nəzərə almalıdır. Iş zamanı oturacağın söykənəcəkli olması kürək əzələlərinə düşən gərginliyi boşaldır, bədənin ağırlığını oturacağa bərabər paylanmasını və ayaqların rahat yerləşməsini təmin edir .
Işçinin yerinin rahat olmaması fiziki yorulma baş verməsinə, bədənin deformasiya olunmasına və əmək məhsuldarlığının azalmasına səbəb olur. Bunu nəzərə alaraq sexdə, inzibani- təsərrüfat, kommunal və başqa yerlərdə iş yerləri və avadanlıqlar erqonomik tələblərə uyğun olmalıdır.
Avtomatik idarəetmə sistemində (AİS) işçi yerinin ölçüləri işin spesifikasiyası nəzərə alınaraq seçilir. Iş yerinin ölçüləri insanın antropometik və fizioloji göstəricilərinə uyğun olaraq “oturaq” və ya “ ayaq üstə” vəziyyətində olur. Müəssisələrdə layihəçi konstruktorların iş yerləri fərqli olaraq təşkil edilir. Konstruktorların yaradıcı əməyinə özünəməxsus məlumat sistemi kimi baxmaq lazımdır. Bu sistemə yeni texniki, bədii obrazların alınması üçün məlumatların analizi, sintezi və işlənməsi daxil olur. Qəbul edilən qərarlar isə original olmalı və müasir tələblərə cavab verməlidir.
Konstruktorun iş yerində aşağıda verilən əmək alətləri olmalıdır:
*Əsas avadanlıqlar (çertyoj stolu və ləvazimatlar, hesabat maşınları).
*Köməkçi əşyalar (çertyoj tərtibatı, alətlər).
*Texniki tərtibtlar (komputer, iş stolu, çertyoj və sənədlər üçün şkaf).
*Təmizliyi saxlamaq üçün ləvazimatlar.
*Işıqlandırma, qızdırıcı, ventilyasiya sistemləri.
Mühəndis-konstruktorun fəaliyyətində müasir avadanlıqlardan istifadə etmədən əməyin elmi təşkilinə (ƏET) nail olmaq qeyri mümkündür.
Beləliklə, layihələndirmə layihə müəssisələrində ƏET istehsalat-mədəniyyəti, mexanikləşdirilmiş və avtomatlaşdırılmış yerlərin vəhdəti nəticəsində mümkündür.
Işçi geyim. Əməyin əlverişli vəziyyətinin yaranmasında və istehsalatın estetik görünüşdə işçi paltarın əhəmiyyəti böyükdür. Işçi geyim aşağıdakı əsas tələblərə uyğun olmalıdır:
*rahat olmalı;
*xarici görünüşü gözəl olmalı;
*istehsalatın xarakterinə və interyerin rənginə uyğun olmalıdır.
Rahat və gözəl olmayan işçi geyim işləməyə mane olur və enerji məsrəfini artırır, istehsalı azaldır, hərdən işçinin xəsarət almasına səbəb olur. Işçi geyimin görünüşü, forması və rəngi işin xarakterinə uyğun olaraq təyin edilir və xüsusi kataloqlardan, jurnallardan seçilir.
İstehsal mədəniyyəti - onun elmi, texniki və sosial münasibətlərinin təkmilləşmə dərəcəsindən asılıdır. İstehsal mədəniyyəti texnikanın, texnologiyanın istehsalın və əməyin təşkilini, əmək şəraitini, estetikanı, kollektivdə əmək münasibətini özündə cəmləşdirir.
İşçilərin yaradıcılıq aktivliyini artırmaq. İstehsalat mədəniyyətinin və iş şəraitinin əsas faktorları bunlardır:

- sanitar – gigenik ( havanın qazlılığı və qoxular, istehsalat şüalanması, səs və titrəmə);
- təbii və süni işıqlandırma;
- estetik ( istehsalat binalarının və dəzgahların rəngləri, əyani təbliğat vasitələrinin yerləşdirilməsi, işçilərin rasional geyimi);
-yaşıllaşdırılma sahəsi;
- funksional musiqi.
Bütün yuxarıda göstərilən amillər ƏET istehsalat mədəniyyəti və estetikanın əsasını təşkil edir və insanın yaxşı işləyib, istirahət etməsi və işindən yüksək zövq almasının əsasını təşkil edir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin