Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə39/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

7.5.Nüans harmonikası.

İstehsalatda rənglərin gözü yormasına xüsusi diqqət yetirmək lazımdır. Gözü ən çox yoran rəng bənövşəyi-göy,nisbətən az yoran qırmızı, ən az yoran isə yaşıl rəngdir. Rəng harmonikası kontrast və nüans qruplarına bölünür. Kontrast harmonikada kompozisiyanı əks xarakterli rənglərdən qururlar. Bu rənglər rəng dairəsində bir – birindən uzaq olan rənglərdir. Misal üçün, ağ – qara – sarı, qırmızı – yaşıl – bənövşəyi və s. Kompozisiya yaradarkən ilk növbədə onu təşkil edən əsas rəng seçilməli, digər rənglər isə bu rəng ətrafında kontrast təşkil etməlidir.


Nüans harmonikasının əsasını rəng dairəsində bir – birinə yaxın olan rənglər təşkil edir, məsələn narıncı – sarı və yaşıl rənglər. Bunlardan biri əsas qəbul olunur, digərləri isə onu tamamlayır, bir növ kölgə yaradır.
Rəng harmonikası və rəng kompozisiyası qurarkən aşağıdakıları nəzərə almaq lazımdır:
1. Rəng dairəsindəki böyük və kiçik intervallarda yerləşən rənglərin əlaqələndirilməsi daha yaxşı effekt verir. Orta intervaldakı rənglərin əlaqələndirilməsi yaxşı nəticə vermir.
2. Kiçik intervalların əlaqələndirilməsi eyni rənglərin kölgəsi kimi görünüş rəngləri əlaqələndirdikdə işıqlandırma eyni olmalıdır.
3. Daha tünd rəngi açıq rəngə nisbətən az işlətmək lazımdır.
4. Isti rəngləri, soyuq; açıq rəngləri tünd rənglərlə əlaqələndirmək olar. Müxtəlif sahələrdə rənglərin qarışdırılmasından geniş istifadə olunur. Rəngləri müəyyən nisbətdə qarışdırmaqla xromatik və axromatik rənglər almaq mümkündür. Rənglərin qarışdırılmasının üç qanunauyğunluğu müəyyən edilmişdir. Texniki estetikada, arxitektura və təsviri incəsənətdə rəngin sürüşdürülməsindən geniş istifadə edilir. Məlum olmuşdur ki, iki və ya bir neçə xromatik rəngin sürüşdürülməsi yeni xromatik rənglər, onların hissə - hissə sürüşdürülməsi isə axromatik rənglər verir. Bu əsasda rənglərin sürüşdürülməsinin üç əsas qanunu vardır.
Birinci qanun: hər bir xromatik rəng üçün digər xromatik rəng tapmaq olar ki, onu birinci ilə müəyyən nisbətdə sürüşdürdükdə axromatik rəng alınsın. Belə cüt xromatik rənglər əlavə rənglər sayılır. Məsələn, qırmızı rənglərə əlavə rənglər göy – yaşıl, mavi rənglərə - göy, sarı rənglərə - yaşıl parıldayan rənglər olur.
Ikinci qanun: iki qeyri - əlavə müxtəlif tonlu xromatik rənglərin sürüşdürülməsi həmişə yeni rəng tonu verir. Bu ton işıq dairəsində qarışdırılan tonların arasında yerləşir. Məsələn, qırmızı və sarı rəngi qarışdıraraq çəhrayı, qırmızı və göy rəngləri qarışdırdıqda mavi rəng alınır. Bu qanundan aşağıdakı çox vacib nəticə çıxır: hər üç rəngdən (qırmızı, yaşıl, göy) qarışdırma ilə hər cür rəng almaq olar.
Üçüncü qanun: sürüşdürmə nəticəsi qarışdırılan rənglərdən asılıdır, ancaq bu rəngləri yaradan işıq sellərinin spektral tərkibinin heç bir rolu yoxdur. Bu qanunun xüsusiyyəti ondadır ki, üç və ya daha çox rəngin sürüşdürülməsindən alınan nəticə o rənglərin ayrı – ayrılıqda cüt – cüt sürüşdürülməsindən və toplanmasından alınan
nəticə ilə eynidir. Belə sürüşmə additiv adlanır. Rənglərin sürüşdürülməsi əsasında kalorimetriya – rənglərin ölçülməsi elmi yaranmışdır. Rəngkarlıqda rəng və parlaqlıq kontrastları böyük rol oynayır. Laboratoriya şəraitində rənglərin ölçülməsi üçün mükəmməl aparatlar – spektrofotometr, elektron komporator və s. işlədilir.
Müxtəlif mayelərin, qazların nəqli üçün nəzərdə tutulmuş boru kəmərlərinin bir – birindən fərqləndirmək üçün rəng işarələrindən istifadə olunur.
İşıq – istehsal müəssisələrində əmək məhsuldarlığını və keyfiyyətini artırmaq, zay məhsulu azaltmaq, istehsalatda xəsarəti azaltmaq, insanın sağlamlığını qorumaq və s. üçün əvəz olunmazdır.
Təyin edilmişdir ki, mexaniki emal sexində lampanın üstü bir ay ərzində o qədər çirklənir ki, işıqsaçma qabiliyyəti 25% aşağı düşür. Təmiz pəncərə şüşəsi işıq şüasını 90%, çox çirklənmiş şüşə isə 8% keçirir.
Müəssisələrin düzgün işıqlandırılması əmək məhsuldarlığını artırır və insanın sağlamlığını qoruyur. İşıq və rənglər müəyyən kontrast təşkil edir. Süni işıqlandırmada:
1. Qırmızı, narıncı və sarı rənglər açılır, yaşıl, mavi, göy, bənövşəyi rənglər tündləşir, tünd yaşıl rəngin işıqlılığı dəyişmir.
2. Qırmızı rənglər daha yığcam olur.
3. Narıncı rəng qızarır.
4. Açıq - sarı rəng ağ rəngdən az fərqlənir.
5. Mavi rəng yaşılı olur və bir çox hallarda yaşıldan daha soyuq olur
6. Göy rəng az tündləşir, qara-göy qaradan fərqlənmir.
7. Bənövşəyi rəng – kül rəngindən fərqlənmir.
İnsanı əhatə edən rənglərin müxtəlifliyi onun həyatına çox böyük təsir göstərir. Bir çox tədqiqatçılar təyin etmişlər ki, rəng və işıq, rənglərin bir çox çalarları insanların psixologiyasına və estetik qavrayışına müxtəlif nəticəli təsirlər edir. Bir çox çalarlar insanın əhvalına çox xoş gələr , digərləri az, bir başqaları isə heç xoşuna gəlməz. Buna görə dizaynerlər bu məsələyə çox diqqətlə yanaşmalıdırlar. Çoxsaylı sınaqlar göstərmişdir ki, rənglərin spektrial tərkibi və intensivliyi insanın yalnız görmə aparatına deyil, onun ürək-damar sisteminin fəaliyyətinə, endokrin, mərkəzi və ətrafsinir sisteminə habelə hissiyat üzvlərinə də təsir edir. Məsələn qırmızı rəng gözün daxili təzyiqini artırır, mavi rəng isə müsbət təsir edir.Tədqiqatçılar müəyyən etmişlər ki, əmək məhsuldarlığı və qəza baş vermə hallarının tezliyi işçi yerin səthinin rəngindən və işıqlandırma sisteminin intensivliyi arasında müəyyən asılılıq vardır.
Bir çox müəssisələrdə işçi yerlərinin rasional rənglənməsi əmək məhsuldarlığının 25% artmasına nail olmuşdur. Elmi nəticədən məlum olmuşdur ki, insanın görmə orqanı təbiətdə olan rənglərə daha həssasdır. Hesablamışlar ki, qara sapı qara fonda tapmaq üçün insan ağ tona nəzərən 2100 dəfə çox enerji sərf edir. Konstruktorlar (dizaynerlər) maşınların rəngini seçən zaman çox diqqətli olmaları vacibdir. Rənglərin düzgün seçilməsi ilğım halına gətirib çıxara bilər. Əgər iş vaxtı insan rəngləri seçə bilməzsə buna monoxromoziya (rənglərin tam seçmə korluğu) deyilir.Qırmızı, yaşıl və mavi rənglərin seçılməsi çətinləşərsə buna anomal trixromoziya, qırmızı rəngin tam seçilməsinə isə anomal dixromoziya (daltonizim)
deyilir. Bunu da bilmək lazımdır ki, anadangəlmə rəng seçmə qabiliyyəti insanlarda az deyildir (kişilər arasında 8%, qadınlar arasında 0,5%). Şəraitdən asılı olaraq rənglər insanda müxtəlif hislər yaradır.
Rənglərin bir neçəsi insanda yüngüllük və ya ağırlıq, cismin eyni məsafədə olmasına baxmayaraq yaxın və yaxud uzaq olması kimi görünür. Məsələn, narıncı rəngli otaq, mavi-yaşıl rənglənmış otaqdan , eyni temperaturada olmasına baxmayaraq daha isti olduğu təsiri bağışlayır.
Kütləvi istehsal olunan dəzgahların yaşıl, boz-mavi, şabalıdı, ət və boz rənglə boyanması məsləhət görülür. Bu rənglər düzgün seçilmiş istehsalat yerlərinin rənginə uyğun olarsa, görmə orqanının yorulmasına imkan vermir. Müxtəlif rənglərin psixoloji təsirinin nəzərə alınması təhlükəsizlik texnikasında vacib məsələlərdən biridir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin