Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


E.B Rabkinin rəng dairəsi. Moris Deribere sənayenin interyerinin optimal boyanmsı uyğunluğunun mahiyyəti



Yüklə 1,67 Mb.
səhifə38/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

7.4.E.B Rabkinin rəng dairəsi. Moris Deribere sənayenin interyerinin optimal boyanmsı uyğunluğunun mahiyyəti.

Rəng – şüalanma və əksetmə prosesində müəyyən spektral tərkibli cisimlərin görmə hissiyyatı yaratmaq xassəsidir. Müəyyən olunmuşdur ki, insan gözü dalğa uzunluğu 380-760 nm arasındakı işıq rəqslərini hiss edir. Nanometr (nm) metrin milyardda biridir (1nm =10−9m). Dalğa uzunluğu λ -ilə işarə edilir. İşıq dalğaları bir-birindən rəqs amplitudası və uzunluğu ilə fərqlənir. Rəng spektrləri aşağıdakı ardıcıllıqla düzülür:


Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Hər sözün baş hərfi bir rəngin baş hərfinə uyğun gəlir. Əsas rəng çalarlarının spektrləri cədvəl 7.1-də verilmişdir.

Cədvəl 7.1.


Əsas rəng çalarlarının spektrləri



Rəngin adı

Uzunluğu həddi, nanometrlə



Qırmızı

760 ………………………..620

Qırmızı - narıncı

620……………………….600

Narıncı

600…………………………..590

Narıncı -sarı 590...580

590………………………………580

Sarı 580...570

580……………………………….570

Sarı - yaşıl 570...550

570………………………………550

Yaşıl 550...520

550……………………………520

Yaşıl - mavi 520...500

520………………………………..500

Mavi 500..485

500………………………………..485

Göy 485...470

485………………………………470

Göy – bənövşəyi 470...444

470………………………………..444

Bənövşəyi 440...380

440……………………………380

Qırmızı, narıncı, sarı rənglər isti, mavi və göy rənglər isə soyuq rənglər adlanır. Bütün rənglər axromatik və xromatik rənglərə ayrılır.


Birinci qrupa (axromatik) ağ, qara, kül rəngi işıqlı – sönük rənglər daxildir.
İkinci qrupa (xromatik) – qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi və
al -qırmızı rənglər daxildir.
Xromatik rənglər olduqca çoxdur, insan gözü 300 rəngi bir-birindən seçmək qabiliyyətinə malikdir.
Axromatik rənglər bir-birindən yalnız açıq çalarları ilə seçilir.
Hər xromatik rəng üç əsas xassəyə malikdir: rəng tonu, işıqlılığı və dalğa uzunluğu. Rəng tonu xromatik rənglərin əsas fərqləndirici xassəsidir. Bunun köməyi ilə bir rəngi-qırmızı, digərini sarı və s. adlandırırlar. Spektral rənglər vahidə bərabər dalğa uzunluğuna malikdir, axromatik rənglərdə isə dolğunluq sıfra bərabər olur.
Məsələn, əgər yaşıl rəng 530 nm olan rəng tonuna, P=0,7 dolğunluğa malikdirsə, deməli, verilmiş rəng 70% spektral rəngə (530 nm uzunluqlu dalğaya) və 30% ağ rəngə malikdir.
Rənglərin insana təsiri müxtəlifdir. Qırmızı rəng – insanı ehtirasa gətirir, çünki, o sevindirici rəngdir və onun dalğa uzunluğu digər rənglərə nisbətən daha böyükdür.
Beyinə oyadıcı təsir edir və emosional reaksiya yaradır. Əzələ gərginliyini artırır, qan təzyiqini artırır, nəfəs alma ritmini artırır və insanların əhval ruhiyyəsinə güclü təsir edir.
Narıncı rəng - əlvan, sevinc gətirən, müxtəlif hallarda rahatlıq və qıcıqlanma verir. Fizioloji baxımdan qida həzmini yaxşılaşdırır və qan dövranını sürətləndirir.
Sarı rəng – görmə, beyin və sinir üzvlərini stimullaşdırır, əsəbləri sakitləşdirir, şən əhval ruhiyyə yaradır.
Yaşıl rəng – təbiətin rəngidir, sakitlik və təzəlik gətirir, sinir sisteminə sakitləşdirici təsir edir. Kapilyarları genişləndirir və qan təzyiqini azaldır.
Mavi rəng – işıqlı, şəffaf rəngdir. O, yaşıl rəngə uyğun təsir yaradır – sakitləşdiricidir, göy, fəza zənginliyi təsəvvürü yaradır. Fizioloji baxımdan o, müalicəvi əhəmiyyətə malikdir. Xəstəliyi yaşıl rəngə nisbətən daha yaxşı müalicə edir.
Bənövşəyi rəng – qabarıq və yaxşı rəngdir. O, ürək və ciyərlərə yaxşı təsir edir, onların uzunömürlüyünü artırır. Yorğunluq və qəm ətirən rəngdir. Qəhvəyi rəng – istidir, sakit əhval ruhiyyə yaradır, cisimlərin möhkəmliyi və bərkliyi əlamətidir. Kül rəng əhatəsində qəhvəyi rəng psixikaya ağırlıq gətirir. Kül rəngi – soyuq, işgüzar və basıcı rəngdir.Darıxdırıcı və boğucu təsir yaradır. İstehsalat şəraitində ondan mümkün qədər az istifadə etmək lazımdır.
Ağ rəng – yüngül, soyuq, əyani rəngdir. Çox olduqda parlaqlıq yaradır. Al rəng təmizlik rəmzidir. Digər rənglərlə yaxşı görünür.
Qara rəng – tutqun, ağır, əhval ruhiyyəni kəskin aşağı salan rəngdir. Kontrast yaratmaq üçün azacıq işləndikdə gözəllik yaradır. İnsan orqanizminə psixoloji təsir baxımından rənglərin görünən spektrləri üç hissəyə bölünür:
-uzun dalğalı (760...580 nm, qırmızı, narıncı, narıncı-sarı) . Bu rənglər qısqandırıcı və oyadıcı təsir yaradır;
- orta dalğalı (580...510 nm,sarı,yaşıl,mavi) . İnsana çox yaxşı təsir bağışlayır;
- qısa dalğalı (510...380 nm, göy, bənövşəyi) . İnsanı narahat edən və qıcıqlandıran rənglərdir.
Alman alimi Osşvald aşağıdakı kombinasiyaları təklif etmişdir:
qırmızı - yaşıl; qırmızı – sarı – yaşıl – mavi; qırmızı – mavi – sarı – göy; qırmızı – sarı – göy; qırmızı –sarı; qırmızı – sarı – yaşıl.
Professor E.B. Rabkinə görə rəng çalarları üç əsas qrup bölünür:
1. optimal rənglər;
2. köməkçi rənglər (suboptimal);
3. qoruyucu rənglər (təhlükəsiz texniki).



Şəkil 7.1.E.B Rabkinin rəng dairəsi.
I. qrup. Yüksək əksetdirmə əmsalına malik xromatik rənglərdən ibarətdir. Bu rənglər əsas səthlərin boyanmasında (tavan, divar, dəzgahlar, kuzalar) bina və avadanlıqların rəng xarakteristikasının vəhdətini təşkil etməkdə istifadə edilir. Texnoloji, konstruktiv və yığma tələblərinə uyğun olaraq tutqun, parıltılı və yarımparıltılı rənglər daha əlverişli olur.
II.qrup. Əsas səthlərin bəzi ayrı-ayrı hissələrini boyayaraq o biri hissələrdən seçilməsinə, diqqəti cəlb etməyə nail olmaq üçün istifadə edilir.
III.qrup. Az əksetdirmə əmsalına malik rənglərdən ibarət olub, əsasən avadanlığın lazım olan hissələrini hərəkət maşınlarını, təhlükə siqnalını, müxtəlif yerlərdə istifadə edilən boruları, yanğın təhlükəsizliyi avadanlıqları, yüksək sürətlə fırlanan hissələrin və s. yerləri boyamaq üçün nəzərdə tutulur.
Rəng çalarlarının harmonik (yaxşı) və qeyri harmonik qruplaşdırılması mümkündür. Rəng forma və mühitə görə düzgün seçildikdə onun emosional təsiri daha çox olur. Sadə kombinasiyalar vasitəsilə rənglərin harmonik ahəngdarlığını yaratmaq mümkündür.
V.V. Bloxun tərəfindən istehsalat sahələrinin boyanmasını dörd qrupa ayırmaq təklif edilir:
I. qrup. –tikinti konstruksiyaları;
II. qrup. – işçi hissələrin elementləri və düyünləri;
III. qrup. – sexin qaldırıcı-daşıyıcı avadanlıqları;
IV. qrup. – kommunikasiya xətləri.
Iş yerinin rəngi yaxşı görünməli və görmə orqanının yorulmamasına nail olunmalıdır. Əsasən iş yerləri üç-dörd rənglə kifayətlənməlidir, ona görə ki, çox rənglər fikrin dağılmasına səbəb olur. Fransız mütəxəssisi Moris Deribere sənayenin interyerinin optimal boyanmsı üçün-açıq sarı-qırmızı rəngləri təklif etmişdir. Döşəməni divar və tavanla harmonika təşkil edən açıq rənglə boyamağı məsləhət bilmişdir.
Sexlərin boyanması üçün rənglərin seçilməsinə verilən ümumi rəylərdən belə nəticəyə gəlmək olar ki, fizioloji və psixoloji şərtləri nəzərə alaraq, optimal uyğunlaşma yaratmaqla açıq və şən rənglərə üstünlük vermək lazımdır.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin