Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Kompozisiyanın erqo­no­mika ilə əlaqəsi



Yüklə 1,67 Mb.
səhifə41/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

8.2. Kompozisiyanın erqo­no­mika ilə əlaqəsi

Kompozisiya – latın dilində, compasitio – inşa etmək, yerləşdirmək, uyğunlaşdırmaq, struktura və s. deməkdir.Kompozisiya dedikdə, müəyyən ideya - bədii prinsip əsasında obrazların əlaqələndirilməsi başa düşülür. Bunsuz dizayn


yaradıcılığının məğzini başa düşmək mümkün deyildir. Əvvəllər, kompozisiya termini yalnız arxitekturada işlənmişdir. Sonralar isə incəsənətin başqa növlərinə keçmişdir, yəni – rəssamlığa, musiqiyə (musiqi kompozisiyası), sonralar isə ədəbiyyata A.De Balzakın “İnsan komediyası” kompozisiyası adlandırılmışdır. İnsanın gördüyü kompozisiyanın varlığı əsasən 3 qrupa ayrılır. Belə bölgü bu qrupları daha dəqiq aydınlaşdırmağa imkan verir.
Kompozisiyanın növləri:
1. Frontal müstəvi kompozisiyası. Kompozisiyanın bütün elementləri baxan insana görə bir müstəvi üzrə frontal vəziyyətdə yerləşir. Elementlərin ölçüsü və yerləşməsi dərinliyə görə tabe olandır.
2. Həcmli kompozisiya – bütün elementlər 3 koordinat üzrə bərabər yerləşir. Kompozisiya həcm şəklində olur və dairəvi görünüş üçün nəzərdə tutulur.
3. Dərinlik əhatə kompozisiyası – kompozisiyanın bütün elementləri üç ölçü əhatəsində yerləşir.
Kompozisiyaya baxan zaman görünüş dərinlik əhatəsinə irəliləyiş kimi qəbul edilir. Arxitektura və texniki estetikanın sıx əlaqəsi qanunauyğundur. Belə ki, texniki estetika və arxitektura elm və incəsənətin əsasından götürülmüşdür. Elmin öz xüsusiyyətləri incəsənətin isə öz xüsusiyyətləri var. Onlar bir-birinə tərsdir. Amma
eyni zamanda bir-biri ilə əlaqədardır.
Elm – dəqiqlik, formuladır.
İncəsənət – hissiyyat, bədii obrazdır.
İnsanın hiss etdiyi müxtəlif sahələr texniki estetika və arxitekturada bir yerə cəmləşir.
Kompozisiyanın inkişafı öz əsasını təbiətdə, incəsənətdə və texnikada formanın yaranması prosesində tapmışdır .
Təyarə qanadlarının, quşun qanadlarına bənzəməsi, avtomobil, gəmi və digər vasitələrin kompozisiyası həcmi fəza quruluşlarının strukturunun təhlili nəticəsində təkmilləşmişdir. Deməli, xarici formulanın düzəldilməsi özü müstəqil elm sahəsi olub, sənaye məhsullarının optimal formasının yaradılması ilə məşğuldur. Bu işdə
məhsulun funksional texniki iqtisadi kompozisiya estetik amilləri ilə ödənilməlidir. Kompozisiyanın əsasının inkişafının əsas elmi faktoru - təbiətdə, incəsənətdə və texnikada formadəyişmə prosesidir. Təbiətdə formadəyişmənin prinsiplərinin öyrənilməsi insanın yeni yüksək yaradıcılığına və başlıcası texnikanın inkişafına nail olmasına imkan yaratmışdır. Quşun uçuş dinamikası və qanadının formasının strukturasının uzun müddətli öyrənilməsi Jukovskiyə təyyarənin qaldırma qüvvəsinin qanununu kəşf etməyə və təyyarənin qanadının və vint pərinin formasını tapmağa kömək etmişdir.
Təbiətdə canlı orqanizmləri öyrənərək, konstruktorlar texnikada yüksək axıcılıq qabiliyyəti olan müasir formada maşınlar icad etmişlər. Axıcılıq qabiliyyəti sürətli maşınların formalaşması üçün əsas qanun olmuşdur. Beləliklə, forma yaratmanın nəzəri anlayışını belə ifadə etmək olar:
Forma yaratma – formanın dəyişməsinin qanunauyğunlğunun öyrənilməsi, bədii layihələndirmənin metod və prinsiplərinin optimal formalı istehsal məhsulların alınması, texniki iqtisadi estetik kompozisiya şərtlərinin ödənilməsi deməkdir.
Forma dəyişmənin son kompozisiya həlli, layihələndirmənin yaradıcılıq prosesinin ardıcıllığından ibarət olur: funksiya, konstruksiya,hazırlanma texnologiyası və əsas materialların estetik faktorlarının nəzərə alınma xüsusiyyətləri. Bədii layihələndirmədə maşınlarda arxitektonikası, kombinatorika və xirotexnika məfhumları geniş yayılmışdır.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin