Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə43/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

8.4.Müxtəlif tektonik sistemlər

Tektonika – kompozisiyanın əsas kateqoriyalarından biridir, predmetin məntiqi forma quruluşunu dəqiq göstərir. Material, konstruksiya, forma arasında bağlılığı görüntüsü ilə üzə çıxarır. Tektonika bir tərəfdən quruluş və düzülüş haqqında məlumat verməli, digər bir tərəfdən bu məlumat bədii formada olmalıdır. Əgər, bu


yoxdursa, deməli, mühitin strukturası düzgün qurulmayıb. Beləliklə, biz görürük ki, mühitin həcmi strukturası və tektonika bir-birində mövcuddur. Tektonikanın seçilməsinə məhsulun ölçüsü təsir göstərə bilir. Eyni formalı böyük və kiçik cisimlər eyni cür tektonikaya uyğunlaşmır. Beləliklə, tektonikanı məhsulun konstruktiv sisteminə aid etmək olar. Tektonika konstruktiv quruluşun bədii təsviridir. Tektonikanı bütün formalara, bütün icad olunmuş maşınlara,dəzgahlara, məişət əşyalarına və digər cisimlərə aid etmək olar. Ekskavator və yükqaldırma maşınlar, gəmi və təyyarə, dəmir yolu vaqonu və tramvay vaqonu, soyuducu və ya kinokamera konstruksiya edən zaman müəyyən tektonik sistem nəzərə alınır. Yəni, konstruktiv quruluşu nəzərə almaqla yanaşı, estetik tərəfi də nəzərə almaq lazımdır. Tektonikanın qanunauyğunluğu konstruksiyanın iş qabiliyyətini əks etdirir və mexanikanın, statikanın, dinamikanın, aerostatikanın, hidrodinamikanın, materiallar müqavimətinin qanunlarına və sərtlik nəzəriyyəsinə və s. söykənir. Beləliklə, formadəyişmə və tektonik forma kompozisiyanın əsas elementlərindən biridir və gözəl forma almaq üçün əsasdır.
Simmetriya – yunanca, eyni ölçülü, mütənasiblik deməkdir. Simmetriya – həndəsi qanunayğunluğun xüsusi növü olub, cisimlərin formasına gözəllik verir və harmonik görünüş yaradır. Kompozisiyada simmetriya sadə olub başa düşülən və geniş istifadə edilən bir anlayışdır. Simmetriya sözünün iki əsas istiqaməti vardır ki, bunları gözəllik və harmonika təşkil edir. Müasir simmetriya anlayışı həndəsi baxımla bitmir. Bu iki anlayış ayrılmazdır. Hər hansı harmonika və gözəllik bir qanunauyğunluqla qurulur. Sadə metodla səhmanlığı almağa imkan verir, formanın təşkil olunması, onun
tapılması, başa düşülməsi qanunauyğunluğunu təmin edir. Simmetriya bütün hallarda iki anlayışın üzərində qurulur.
1. Nisbi bərabərlik
2. Həndəsi qanunauyğunluq
Simmetrik əşya – həndəsi və fiziki baxımdan nisbi bərabər fiqurların fəzada müəyyən qanunla düzülməsi deməkdir. Buna görə simmetriya ilk baxışdan sadə, başa düşülən və həm də çox mürəkkəb ola bilər. Simmetriyanın müxtəlif növləri vardır. Simmetriyaya canlı və cansız təbiətdə (bitki, heyvanlar aləmi, kristalların düzülüşü və s.)rast gəlinir. Simmetriya fizikada müəyyən əməliyyat (çevirmə) nəticəsində fiziki sistemi xarakterizə edən kəmiyyətlər arasındakı qanunauyğunluqların dəyişkənliyidir. Riyazi baxımdan simmetriya əməliyyatları qrup təşkil edir. Fizikada simmetriya çevrələri kəsilməz və diskret olur.
Uzunmüddətli yaradıcılıq fəaliyyətində insanlarda simmetriya və asimmetriyaya müəyyən münasibət yaranmışdır. Hər hansı fiqur o vaxt simmetrik sayılır ki, o həndəsi və fiziki bərabər hissələrdən təşkil olunsun və bir-birinə nisbətən müəyyən qaydada yerləşsin. Simmetriya həndəsi qanunauyğunluğun xüsusi növü olub, cisimlərin formasına gözəllik verir və harmonik görünüş yaradılır.
Asimmetrik kompozisiya əşyanın formasının tapılmasını daha sərbəst olaraq həll etməyə imkan verir. Asimmetriyanın simmetriyadan daha çox geniş imkanları vardır. Buna görə asimmetriya kompozisiya imkanlarına malikdir. Bu halda daha
diqqətli olmaq tələb olunur. Elementlərin arasındakı formanı elə dəqiqliklə seçmək lazımdır ki, bədii görüntü daha gözəl olsun. Asimmetrik kompozisiyanı quran zaman mütənasib olmayan hissələr arasında elə ölçülər və forma seçmək lazımdır ki, kompozisiyada hərəkətin dinamikası az dəyanətli olsun. Bir çox maşın və
avadanlıqların yığım vahidləri simmetrik tək – başa uyğun gəlmir.
Məsələn: avtomobillərin xarici görünüşü qurğu simmetriyası üzrə qurulsa da onun daxili hissələri öz funksiyalarına görə asimmetrik yerləşmişlər. Bu bir çox canlı orqanizmlərə də aiddir.
Statikliyi saxlamaq üçün simmetriyadan istifadə edilir. Bir çox maşınlar üstdən və qabaqdan simmetrik olduqları halda arxadan asimmetrik olur ki, bu da ona dinamiklik forması verir. Bu simmetriyanın pozulmasına görə; məsələn düzbucaqlıda diaqonallardan istifadə edilməsindən, yəni istiqamətverici və yumruformaya düşməsindən əmələ gəlir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin