Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə51/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Kimyəvi termonizamlanma. Ətraf mühitdə temperaturun aşağı düşməsinə cavab olaraq insan orqanizmində istiliyin aktiv artması;

  • Fiziki termonizamlanma – istilikvermə səviyyəsinin dəyişməsi, istiliyi saxlamaq və ya əksinə izafi istiliyi qovmaq (kənarlaşdırmaq). Fiziki termonizamlanma insanın xüsusi anatomik quruluşları ilə yerinə yetirilir ( tük örtükləri, qan damarları sisteminin quruluşu, piy ehtiyanın paylanması, buxarlanma ilə istilik buraxma imkanı və s.).

  • Orqanizmin davranışı. Yerini dəyişməklə və ya daha mürəkkəb davranışı ilə insanlar hüdud temperaturdan aktiv surətdə uzaqlaşa bilər. Fiziki termonizamlanma ekoloji baxımdan daha sərfəlidir, belə ki, soyuğa qarşı adaptasiya əlavə istilik hasil etmək hesabına deyil, insanın bədənindəki istiliyi saxlamaq hesabına yerinə yetirilir.

    İşıq və onun orqanizmlərin həyatında rolu. İşıq mühüm ekoloji faktor olub, böyük əhəmiyyət kəsb edir, o, fotosintez prosesləri üçün enerji mənbəyi olub Yerin qeyri-üzvi bitki örtüyündən üzvi birləşmələrin yaranmasında iştirak edir. İşıq özünün fiziki xassələrinə görə insanların müxtəlif həyat proseslərində böyük və çoxşaxəli rol oynayır.


    Qeyd etmək lazımdır ki, ekologiyada «işıq» termini dedikdə günəş şüalanmasının bütün diapazonu nəzərdə tutulur, bura 0,05-dən 3000 nm-ə (1 nanometr=10-6mm) qədər və daha yüksək dalğalı uzunluqda enerji axını nəzərdə tutulur. Bu radiasiya axını canlı orqanizmlərin həyatında fiziki xassələrinə və ekoloji əhəmiyyətinə görə bir neçə sahəyə ayrılır. Bu ümumi şəkildə onları aşağıdakı kimi təsəvvür etmək olar:
    <150 nm – ionlaşma radiasiyası;
    150-400 nm – ultrabənövşəyi radiasiya (UB);
    400-800 nm – görünən işıq (müxtəlif orqanizmlər üçün sərhədləri fərqlənir); 800-1000 nm – infraqırmızı radiasiya (İQ).
    Bütün orqanizmlərin həyat fəaliyyəti proseslərini yerinə yetirmək üçün daxil olan enerjinin əsas mənbəyi günəş radiasiyası sayılır, bu yerin enerji balansının 29,9%-ni təşkil edir. Yer səthinə düşən günəş enerjisini 100% qəbul etsək, onun təxminən 19%-i atmosferdən keçərkən udulur, 34%-i geriyə kosmik fəzaya əks olunur, 47%-i isə düz və səpilən radiasiya şəklində Yer səthinə daxil olur.

    Yüklə 1,67 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   47   48   49   50   51   52   53   54   ...   94




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin