Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Müəssisə, idarə və təşkilat­larda əməyin mühafizəsi xidməti işinin əsaslandırılması



Yüklə 1,67 Mb.
səhifə48/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

9.4. Müəssisə, idarə və təşkilat­larda əməyin mühafizəsi xidməti işinin əsaslandırılması.

Sənaye müəssisələrində əmək mühafizəsi xidməti xüsusi əsasnamə üzrə təşkil olunur. Bu əsasnaməyə görə müəssisələrdə əmək mühafizəsi işlərini müəssisənin inzibati-texniki işçiləri, yəni ümumi təsərrüfat miqyasında direktor, baş mühəndis, ayrı-ayrı sahələrdə isə bilavasitə həmin sahələrin rəhbərləri, sex rəisləri, laboratoriya müdirləri və s. təşkil edir və ona cavabdeh olur. Onlar aşağıdakıları yerinə yetirməyə borcludur:


a) texnoloji proseslərin və əməliyyatların yerinə yetirilməsi üçün təhlükəsiz şəraiti yaratmağa;
b) təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ağır, zərərli və təhlükəli işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə vaxtlı - vaxtında tədbirlər görməyə;
c) binaların daxilində normal temperatura-nəmlik və təmiz hava şəraiti yaratınağa;
d) işçilərə təhlükəsiz iş üsullarını öyrətməyə, təlimatların sistematik olaraq keçilməsinin təmin etməyə;
e) işçiləri fərdi geyimlərlə və mühafizə vasitələri ilə təchiz etməyə və s.
Müəssisələrdə əmək mühafizəsi işinin təşkilinə ümumi rəhbərlik baş mühəndisə həvalə olunur. Təşkilati-metodiki işlər, əmək mühafizəsi üzrə qərarların hazırlanması və onların yerinə yetirilməsinə nəzarət isə əmək mühafizəsi xidməti (əmək mühafizəsi üzrə mühəndis, böyük mühəndis) tərəfindən həyata keçirilir.
Əmək mühafizəsi xidməti oz fəaliyyətini təsdiq olunmuş plan əsasında və bilavasitə müəssisənin baş mühəııdisinin rəhbərliyi ilə həyata keçirir. Bu xidmətin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
-sex, şöbə və sahə rəhbərləri tərəfindən əmək mühafızəsi üzrə qüvvədə olan qanunların, təlimatların, norma və qaydaların yerinə yetirilməsinə nəzarət etmək;
-işçilərə xüsusi geyim, xüsusi ayaqqabı, fərdi mühafızə vasitələri, sabun, süd və s. vaxtında verilməsinə nəzarət etmək;
-təhlükəsiz iş şəraiti yaradılması üçün tədbirlərin işlənib hazırlanmasinı, işçilərə təlimatların keçilməsini təşkil etmək;
-əmək mühafızəsi üzrə tədbirlərin vaxtında maliyyələşdirilməsi və ayrılmış vasitədən düzgün istifadə olunmasına nəzarət etmək;
-təhlükəsizlik texnikası kabinə və guşələrinin təşkil edilməsində bilavasitə iştirak etmək;
f) istehsalatda əlaqədar bədbəxt hadisələrin təhqiq olunmasmda iştirak etmək, onlarm səbəblərini öyrənmək, bunlarm qarşısının alınması üçün təkliflər vermək.
Əmək mıihafizəsi xdməti öz vəzifələrini həmkarlar ittifaqı təşkilatı ilə sıx əlaqədə və geniş ictimai köməyə arxalanaraq yerinə yetirir.
Əmək qanunvericiliyinə riayət olunmasına göz yetirən və nəzarət edən orqanlar Əmək Məcəlləsinə uyğun olaraq aşağidakıları həyata keçirirlər:
* özünün fəaliyyətində müəssisələrin, idarələrin, təşkilatların və onların yuxarı orqanlarınm müdiriyyətindən asılı olmayan dövlət orqaııları və müfəttişləri:
2) Həmkarlar ittifaqları, habelə onlarm tabeliyində olub əınək məsələlərinə baxan texiki və hüquqi əmək müfəttişlikləri;
3) İcra orqanları;
4) Müvafiq nazirliklər və idarələr.
Əmək qanunlarına dürüst riayət olunması üzərində ali nəzarət Baş prokurora həvalə edilmişdir. Əməyin mühafizəsinə nəzarət edən dövlət orqanları aşağıdakılardır:
a) Nazirlər Kabineti yanında sənayedə işlərin təhlükəsiz aparılmasına nəzarət;
b) Energetika və Elektrikləşdirınə Nazirliyinin Dövlət Energeiika Nəzarəti;
c) Səhiyyə Nazirliyinin Dövlət Sanitariya Nəzarəti;
d) Daxili İşlər Nazirliyinin Döviət yanğın nəzarəti.
Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi və onun yeıii orqanları öz fəaliyyətini bu komitə haqqındakı əsasııaməyə uyğun olaraq həyata keçirirlər. Bu komitə filiz- mədən, neftçıxarma, qazçıxarma, kimya, habelə yükqaldırıcı qurğularda, təzyiq altında işləyən qazan qurğularında, buxar və isti su boru kəmərlərində, qazın istehsalı, nəql edilməsi və saxlanması işlərində, partlayış işlərində və s. əmək mühafızəsi qanunlarmın düzgün yerinə yetirilməsinə nəzarət edir.
Elektrik qurğularına və istilikdən istifadə edən qurğulara təhlükəsiz xidmət göstərilməsini təmin edən tədbiıiər üzərində dövlət nəzarətini dövlət energetika nəzarəti haqqında Əsasnaməyə uyğun olaraq, Energetika və Elektrikləşdirmə Naziıiiyinin dövlət energetika nəzarəti sisteminin orqanları həyata keçiriıiər.
Miiəssisələrin sanitariya-gigiyeııa ııorma və qaydalarına riayət etrnəsi üzərində dövlət nəzarətini dövlət sanitariya nəzarəti haqqında Əsasnaməyə uyğun olaraq, Səhiyyə Nazirliyinin sanitariya-epidemiologiya orqanları və idarələri həyata keçiriıiər.
Dövlət yanğın nəzarəti layihələndirilən və rekonstruksiya olunan müxtəlif təyinatlı obyektlər üçün yanğına qarşı normalar, qaydalar, texniki şərtlər işləyib hazırlayır və müəssisəiərdə yanğın normalarına, qaydalarına əməl olunmasına nəzarət edir.
Əmək şərtinə nəzarət və rəhbərlik işində həmkarlar ittifaqlarının texniki müfəttişliklərinin böyük hüquqları vardır. Əməyin təhlükəsizliyi, istehsalat sanitariyasının vəziyyəti və əmək qanunvericiliyinin qorunmasına dövlət nəzarəti həmin müfəttişliyə həvalə olunmuşdur. Texniki müfəttiş ıııüəyyən bir istehsal sahəsinə təhkim olunur və sağlam əmək şəraiti yaradılmasına, təhlükəsizlik texnikası, istesalat sanitariyası normalarına əməl olunmasıııa rəhbərlik edir.
Əmək qanunvericiliyinə və əməyin mühafizəsi qaydalarına riayət olunması üzərində əictimai nəzarəti həmkarlar ittifaqının fabrik, zavod yerli komitəsiniıı ictimai müfəttişləri və komissiyaları tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq həyata keçirirlər.
Əmək qanunvericiliyinin və əməyin mühafizəsi qaydalarınm pozulmasında, kollektiv müqavilələr və əməyin mühafizəsinə dair sazişlər üzrə təəhhüdlərin yerinə yetirilməsində və ya həmkarlar ittifaqının fəaliyyətinə maneçilik törədilməsində təqsirkar olan vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən qaydada məsuliyyətlər daşıyırlar. Bu məsuliyyətlərin aşağıdakı növləri vardır:
1) İntizam məsuliyyəti;
2) İnzibati məsuliyyət;
3) Cinayət məsuliyyəti.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin