Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə44/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

8.5.Erqonomikada harmonika

Harmonika – yunanca nizam, əlaqə, həmahənglik, mütənasiblik mənasını verir.


Harmonika – təzahür və proseslərin daxili və xarici nizami uyğunluğu, bütövlüyü deməkdir. Estetikada harmonika – gözəlliyin ən mühüm əlamətlərindən biri
olub, estetik obyektlərin məzmun və formasının uyğunluğu və bütövlüyünü xarakterizə edir.
İncəsənətdə harmonika – bədii forma, (ədəbiyyatda kompozisiyanın vəhdəti) sənətkarın estetik ideyaları və onun həyat həqiqətlərinə sədaqətindən asılıdır.
Texnikanın yaradılmasında, harmonikanı gözləmək lazımdır.
Tarix boyu harmonika üç mənada qəbul olunmuşdur.
1. Riyazi 2. Estetik 3. Bədii.
Harmonikanın riyazi mənası, bərabərlik deməkdir. Hissələrin ölçülərinin bir-birinə uyğunluğu və onların da tam ölçüyə mütənasibliyi gözlənilməlidir. Harmonikanın riyazi mənası saydadır, keyfiyyətdə deyil. Harmonikanın estetik mənası, estetik hisslər əsasında keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasını nəzərdə tutur.
Harmonikanın bədii baxımdan təminatı, onun incəsənətlə bilavasitə əlaqəsi ilə müəyyən edilir. Harmonikanın bu üç amili əksər hallarda bir-biri ilə bilavasitə
əlaqədardır. Qızıl bölgü prinsipi əsasında AB=a parçasının iki b və c parçalarına ayrılması onu göstərir ki, kiçik c parçasının böyük b parçasına olan nisbəti, böyük b parçasının tam a parçasına nisbətinə bərabər olsun.

Şəkil 8.6. a – parçasının qızıl bölgüyə uyğun bölünməsi

İnsan bədəninin göstərilən hissələrinin arasındakı nisbət qızıl bölgü prinsipinə uyğun olmazsa, onda harmonika pozulur və gözəllik itir. Ola bilsin ki, bu prinsipin pozulduğu hallarda insanlarda digər fizioloji qüsurlar da mövcud olsun. Bütün bunları nəzərə alaraq, oğlan və qızlar özlərinə həyat qurarkən qarşı tərəfin ölçülərinin qızıl bölgü prinsipinə uyğun olub-olmadığını ölçü aparıb yaxınlasaydılar pis olmazdı. Ölçülərdə kiçik kənaraçıxmalar olarsa, bunu ayaqqabının dabanının hündürlüyü və ya saçın, papağın hündürlüyü hesabına kompensə etmək olar. Yeri gəlmişkən qeyd etmək olar ki, yeni evlənən qız və oğlanın yaşları da qızıl bölgüyə uyğun olarsa daha münasib olar. Belə ki, qızın yaşını c - yə, oğlanın yaşını isə b - yə uyğun olması və b=1,618c nəzərə alınır. Qızın yaşı 20 olarsa, onunla evlənən oğlanın yaşının 32 olması məsləhətdir. Belə ki, illər keçdikcə bu nisbət qızın xeyrinə azalacaqdır.


10 ildən sonra : 42 : 30 = 1,4
20 ildən sonra : 52 : 40 = 1,3
30 ildən sonra : 62 : 50 = 1,24 olduğunu görürük.
İnsan bədəninin ölçüləri qədim dövrlərdən bəri ölçü aparmaq üçün əsas götürülmüşdür. Məsələn: Yunanıstan, Misir və Romada fut uzunluq ölçüsü olmuşdur. Bir fut 0,305 m-dir.
Rusiyada uzunluq ölçüsü insan bədəninin ölçüləri – sajen, qulac, baş barmağın yuxarı hissəsinin uzunluğu – düymə və digər ölçülərqəbul olunmuşdur. Baş barmağın yuxarı hissəsinin uzunluğu bir düyüm – 25,4mm qəbul olunmuşdur. Onluq metrik sistem başqa sistemlərdən üstün olduğuna görə geniş tətbiq edilir, lakin onlar insan ölçüləri ilə bağlı olmadığına görə, fransız arxitektoru Le Korbyuze hissələrin arasında mütənasibliyi müəyyən etmək üçün yeni sistem “Modulor” təşkil etmişdir .
“Modulor” əsasında cihaz düzəldilmiş və onun hər bir rəqəmi insan bədəninin müəyyən hissəsinin uzunluğunu göstərmişdir. Bu ölçülərdən üçü əsas ölçü sayılır:
Ayaqdan göbəyə qədər – 1130 mm.
Göbəkdən başın üstünə qədər – 700 mm.
Başın üstündən yuxarı qalxan əlin içinə qədər – 430 mm.
Bu rəqəmlər antik dövr ölçüləri sırasının rəqəmlərinə, yəni qızıl bölgüyə uyğundur. Sonradan bu modulyor keçmiş SSRİ – dəki orta boy səviyyəsinə – 170 sm – ə uyğun qurulmuşdur .

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin