Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə40/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Yoxlama sualları:
1.Standartlaşdırma milli iqtisadiyyatın inkişafında rolu.
2. Standartlar məzmun və təyinatlarından asılı olaraq növləri.
3. Dövlət standartlarının məcburi tələbləri.
4. Münasib ədədlər sırasının digər ədədlər sisteminə nisbətən üstünlükləri.
5. Prof. A.Əzimova görə konstruksiyaetmə mərhələləri.
6. E.B Rabkinin rəng dairəsi.
7. Rənglərin sürüşdürülməsinin üç əsas qanunu.
8. Nüans harmonikasının mahiyyəti.


MÖVZU 8. ERQONOMİKADA TEXNİKİ MƏZMUNUN, KOMPOZİSİYANIN VƏ HARMONİKANIN ƏSASLARI


8.1.Texniki məzmun və xarici formanın mahiyyəti

Texnika – termini yunan sözündən əmələ gəlmiş və texniki incəsənət deməkdir.Texnika sözünün mənası istehsalın inkişafının təkmilləşdirilməsidir.


Quldarlıq dövründə texnika fərdi sənətkarlığı, sənət öyrənməni xarakterizə edirdi. Orta əsrlərdə texnologiya – dəmirçilik və zərgərlik məzmununu daşımışdır.
Müasir dövrdə isə istehsal prosesini aparmaq üçün lazım olan maddi şəraitə və əmək alətlərinə deyilir. Texnikanın 4 əsas cəhətini qeyd etmək lazımdır:
1. İstehsal üsulu ilə müəyyən olunan ictimai quruluşun inkişafının iqtisadi qanunları ilə şərtlənməsi, yəni öz dövründə həyata keçirilə biləcək ideyalar. Misal kimi, Pozlunovun buxar maşınını, Leonardo da Vinçinin vertolyotu və paraşütü kəşf etməsini göstərmək olar;
2. Bir quruluş digəri ilə əvəz olunduqda texnika qalır və yeni ictimai quruluşa xidmət edir;
3. Texnika təbiət qanununlarına uyğun olaraq inkişaf edir;
4. Texnika sıçrayışla inkişaf edir. Bu inqilabi dəyişikliklər və kəşflərlə əlaqədardır.
Alim, mühəndis və dizaynerlər köhnə texnikanın mənəvi köhnəlməsini gözləməli deyil, sıçrayış baş verməmiş onu görməli və qabaqlamalıdır. Məsələn, daxili yanma mühərrikli təyyarələrindən reaktiv təyyarələrə keçid. Texnika illərlə təkmilləşərək insanı ağır əl əməyindən xilas etməyə xidmət etmişdir.
Elm və texnika, texniki vasitələr, ehtiyat mənbələri, tələbat və yaradıcılıq bir-biri ilə üzvi sürətdə bağlıdır ( Şəkil 8.1) .


Şəkil 8.1. Elm və texnika, texniki vasitələr, ehtiyat mənbələri, tələbat və yaradıcılıq
üzvləri arasında əlaqə
Bunların əlaqəsini aşağıdakı kimi göstərmək olar:
1. İnsan sadə əmək alətləri ilə bilavasitə əmək əşyalarına təsir edir;
3. İnsan mühərrik və maşın ixtira edir, lakin alət ilə yerinə yetirilən işçi əməliyyat yenə də əllə görülür;
4. İnsan işçi maşın ixtira edir, bu maşın əvvəllər işçinin əli ilə gördüyü işi yerinə yetirir. Bu halda da fəhlə maşına material verir, aralıq məhsulu yığıb maşına verir və tədarük edir və s.;
5. İnsan maşını idarə edir. İdarəetmə bir pultda cəmlənir. İnsan maşın operatoruna çevrilir. Hissələrin nəql edilməsi konveyer vasitəsilə yerinə yetirilir.
6. Axırıncı mərhələ - xüsusi proqramlaşdırılmış qurğular vasitəsilə maşınlar avtomatik idarə olunur. Bu mərhələdə texniki qurğular əvvəldən hazırlanmış proqram vasitəsi ilə istehsalatda bütün texniki əməliyyatları yerinə yetirir. Belə başa düşülə bilər ki, avtomatikanın bu cür inkişafı insanın maşınları idarə prosesindən xaric edir. Bu belə deyildir. Qurğunun təmiri və nəzarətindən başqa insan proqram tərtib edir və onu xüsusi qurğularla ötürür. Maşın və dəzgah hazırlamaqla metal kəsən dəzgahlardan istifadə edərkən sürətçıxarma və etalon proqramı yazılır. Ona görə də müəssisələrdə yüksək dərəcəli lekalçılar işləməlidir ki, əl ilə yüksək dəqiqlikdə “etalon detal” hazırlaya bilsin.
Deməli, yüksək avtomatik istehsalatda ( yüksək inkişaf etmiş texnikalarda da ) insanın yeri hələ də var. Bu mərhələdən birinci dördü tədricən aradan qalxır, axırıncı ikisi isə təşəkkül tapmaqdadır.
Texnikada məhsulun xarici formasının dəyişməsi böyük tarixi proses keçmişdir. Dəzgahların, maşınların, mebellərin və s. formalarının dəyişməsi arxitekturanın zamanına uyğun inkişafının dəyişməsi ilə harmonik olmuşdur. Məsələn: Nortonun torna dəzgahı ilk dəfə 1712-ci ildə Norton hazırlayıb (Şəkil 8.2.). Bu dəzgah dövrün tələblərinə uyğun olaraq “petrov borokko” stilinə uyğun elementlərlə təmin edilmişdir.

Şəkil 8.2. Norton torna dəzgahı.

Almaniyada hazırlanmış nəşrləmə dəzgahı isə “rokko” stilinə uyğun gəlir.


XIX əsrin ortalarına qədər maşın, dəzgah və digər konstruksiyalar kustar şəkildə hazırlanmışdır. Usta sənətkarlar öz məharətləri sayəsində zərif müxtəlif bəzəklərlə işlənmiş müxtəlif dövrlərin arxitekturasını özündə əks etdirən maşın nümunələri düzəldirdilər. İstehsal artdıqca, maşın və dəzgahların bədii estetik görünüşünə diqqət azalmağa başlanmış və arxitekturada olduğu kimi maşınqayırmada da sənayeləşdirmə prinsipi ön plana çəkilmişdir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin