Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Utilitar –texniki və estetik xassələrin erqonomikada yeri



Yüklə 1,67 Mb.
səhifə37/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

7.3. Utilitar –texniki və estetik xassələrin erqonomikada yeri

Müasir konstruktor və layihəçi praktikasında utilitar yanaşmanı qısa olaraq bu düstur ilə izah etmək olar:


Fayda + Rahatlıq + Gözəllik = Utilitar
U = F + R + G, (7.1)
Burada : U- utilitar; F- fayda; R rahatlıq; G-gözəllik.
Bu düsturun hər üzvü müxtəlif faktorların cəmindən ibarətdir.
1. Texniki-ekonomik.
2. Erqonomik.
3. Estetik.
Buna görə bədii konstruksiyaetmədə tam müsbət nəticəni yalnız dizaynerin, mühəndis-konstruktorun, texnoloqun, erqonomistin və s. birlikdə qarşılıqlı anlaşma şəraitində işləməsi zamanı almaq olar.
İstehsal olunan məhsulları bədii konstruksiyasına görə qruplara ayırmaq lazımdır. Bütün istehsalat məhsulları təyinatına görə 4 yerə bölünür:
• insana xidmət edən məhsullar (məişət əşyaları və s.);
• iunsana xidmət edən və texniki funksiyanı yerinə yetirən məişət avadanlıqları ( televizor, soyuducu, ət maşını və s.);
• işçi funksiyanı yerinə yetirən və qismən insana xidmət edən istehsal məhsulları
(dəzgahlar, qurğular və nəqliyyat vasitələri);
• yalnız işçi funksiyaları yerinə yetirən istehsal məhsulları: avtomatlaşdırılmış sistemlər, avtomat xətlər, konveyerlər, maşınların düzgün mexanizmləri.
Bütün mərhələlərin həllində bədii konstruksiyaetmənin əsasını qrafiki işlər təşkil edir. Beləliklə, bədii konstruksiyaetmənin birinci mərhələsində çertyojların hazırlanması, eskiz layihəsinin rəsmləri və maketin hazırlanması lazımdır. Bu mərhələdə layihənin açıqlanması yazılı olaraq təqdim edilir. Ekonomik göstərici başda olmaqla qısa olaraq bütün əsas göstəricilər, qəbul olunan qərarlar verilməlidir.
Layihələndirmənin ikinci mərhələsində işçi model və işçi çertyojların hazırlanması durur. Buna məhsulun ümümi görünüşü, konstruktiv kəsikləri, düyünlərin və hissələrin çertyoju, yəni – istehsal olunacaq məhsulun bütün layihə materialı aiddir. Bəzi hallarda ikinci mərhələnin sonu eksperimental nümunənin hazırlanması ilə başa çatır.
Eksperimental nümunə sınaqdan çıxandan sonra, əgər nəticə müsbət olarsa, çertiyojlar kütləvi istehsal üçün istehsalata təqdim olunur.
Konstruksiya etmə mərhələlərinin ardıcıllığını 1962-ci ildə A.Əzimov belə ifadə etmişdir:
*Konstruksiya etmənin mümkünlüyünün qiymətləndirilməsi. Buraya konsepsiyaları həyata keçirə bilən komplekslərin axtarılması daxildir (fikrin yaranması və həyata keçirilməsinin mümkünlüyü).
*Eskiz layihələndirilməsi (optimal konstruksiyanın seçilməsi və işlənməsi-yəni, məsələnin prinsipcə həlli).
*İşçi konstruksiya etmə.
*İşçi layihələndirmə (konstruksiyanın mühəndislik baxımından ifadə olunması).
Əsas konsepsiyanın təhlili, texnologiyanın uyğun dəyişdirilməsi, satışı, istismarı və köhnəlmiş konstruksiyanın ləğvi kimi bir çox mürəkkəb problemlərin həlli onları daha sadə quruluşlara (elementlərə) ayırmaqla, sadələşdirib həll etməklə mümkündür. Birbiri ilə müəyyən rabitələrlə əlaqədə olan iki elementin qarışıq və nizamlı yerləşməsi bu sistemi dərk etməyə imkan verir.
Bədii konstruksiyaetmədə də arxitekturada olduğu kimi özünəməxsus kompozisiya vasitələrindən istifadə edilir. Bu elementlərin qanunauyğun olaraq təkrar olunması və yerdəyişməsidir. Elementlərin təkrarlanmasının iki növü vardır: metrik və ritmik, (metrvə ritm). Metrik sırada təkrar olunan elementlər öz fiziki təyinatlarına
görə eyni ardıcıllıqla yerləşdirilir. Avtobusda oturacaqların yerləşdirilməsi, şkafların sıra ilə yerləşdirilməsi idarəetmə pultu. Əgər sıra bir elementdən təşkil olunmuşsa, bu metrik sıra sadə təkrarlanan sıradır . Əgər kompozisiyada bir neçə element iştirak edərsə, bu sıra mürəkkəb təkrarlanan metrik sıra olur.
1956-cı ildə Beynəlxalq standartlaşdırma komitəsinin qərarı ilə bu sıra qəbul edilmişdir. Beynəlxalq standartlar təşkilatı bunu 1953-cü ildə qəbul etmişdir. (QOST 8032-56). Insan tərəfindən hazırlanan məhsulların utilitarfunksional, konstruktiv-texnoloji, ekonomik, sosial, estetik-ideya keyfiyyətlərini nəzərə alan xüsusiyyətlərə ayırmaq olar .



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin