Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Elmi ideyaların texniki təminatı və estetik əsasları. Estetik prinsip, hissiyyat və tərbiyə anlayışları



Yüklə 1,67 Mb.
səhifə34/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

6.6.Elmi ideyaların texniki təminatı və estetik əsasları. Estetik prinsip, hissiyyat və tərbiyə anlayışları
Elmin idarə olunması dövlət səviyyəsində həll olunmalıdır. Filosoflardan soruşduqda ki, nəyə görə filosoflar hökmdarların ayağına gedir, amma hökmdarlar filosofların ayağına getmir. Filosoflar cavab verir ki, filosoflar hökmdarlardan nə istədiklərini bilir, amma hökmdarlar filosoflardan nə istədiklərini bilmirlər.
Estetika - yunan sözü olub (aistetikos) duyan, həssas mənasını verir. Estetika gözəllik qanunlarına, incəsənətin gərçəkliyə münasibətini onun növ və janrlarının bədii şüurun qanunauyğun inkişafının spesifik xüsusiyyətlərini, bədii yaradıcılıq metodunu öyrənən fəlsəfi elmdir. Estetika insanın gerçəkliyi estetik mənimsəməsinin müxtəlif cəhətlərini tədqiq edir. Estetika əsasən aşağıda göstərilən cəhətlərə ayrılır.
1.Estetik prinsip 3. Estetik qavrayış
2.Estetik hissiyyat 4. Estetik zövq
5.Estetik tərbiyə 6. Estetik ideya
İnsanın gerçəkliyə estetik münasibəti şəxsiyyət, cəmiyyət və
təbiət arasındakı münasibətlərin üzvü hissəsidir. İnsanların uzun müddət gözəllikdən həzz almaq meyli estetikanın gözəllik haqqında elm adlandırılmasına səbəb olmuşdur. Gerçəkliyin estetik mənimsənilməsi, idrak prosesi, elmi biliklər, ictimai münasibətlər və şəxsiyyətlərin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Bədii estetikanın mənimsənilməsinin ən yüksək forması incəsənətidir. Estetika terminini elmə XVIII əsrdə A.Baumqarten gətirmişdir. Lakin, estetik fikirlər 2500 il əvvəl quldarlıq dövründə Misirdə, Babilistanda, Çində və s. yerlərdə yaranmışdır.
Estetik prinsip - dedikdə gözəllik, qəşənglik, obrazlılıq və s. nəzərdə tutulur.
Estetik hissiyyat - forma gözəlliyini, rəngi, səs ahəngini, ritmi, mütənasibliyi və ölçülərin uyğunluğunu hiss etmək deməkdir. Estetik hissiyyat dedikdə insanın yaradıcı fəaliyyəti prosesində və ətraf mühitin estetik dərk olunmasında, onda təzahür edən dərin emosional vəziyyət nəzərdə tutlur.
Estetik tərbiyə - dedikdə insanla gözəlliyi, həyatda yüksəkliyi və incəsənəti qəbul etmək, düzgün anlamaq, qiymətləndirmək və yaratmağa yönəlmiş tədbirlər sistemi nəzərdə tutulur. Estetik tərbiyənin məqsədi cəmiyyətin üzvlərində hər tərəfli əqli, siyasi, mənəvi və fiziki inkişafı təmin etmək, onlarda gözəllik hissini təkmilləşdirmək və gözəllik qanunları əsasında yaradıcılıq meylləri
aşılamaqdır.
Estetik tərbiyə müəyyən estetik münasibətləri inkişaf etdirməlidir. Bu insan, təbiət, ictimai istehsal məhsulları, ictimai həyat
münasibətlərində özünü göstərməlidir.



Şəkil 6.5.İnsan və təbiət münasibətləri.
Bədii layihələndirmə işinin əsasını XIX əsrdə ingilis yazıçısı,
rəssamı və arxitektoru U.Marris qoymuşdur. O, göstərmişdir ki, əmək insanın yaradıcı fəaliyyətinin nəticəsidir və bu incəsənətdən uzaq olsa onun məhsulu da yəqin ki,eybəcər olacaqdır.
Almaniyada 1907-ci ildə sənaye işçilərinin bədii ittifaqı “Verkbund” adlı bir quruluş yaradılmış və onun fəaliyyəti sənaye məhsullarının keyfiyyətinin xeyli artmasına səbəb olmuşdur. Bunu görən digər qərb ölkələri, xüsusən ABŞ sənaye məhsullarının xarici kosmetikasına xüsusi fikir verməyə başlamışdır. Əksər hallarda süni gözəllik yaratmaqla malları tez satmağa çalışırlar. Bu istiqamət stilizm və ya staylinq ( styling ) adlanır.
Texniki estetikanın əsası Almaniyada ötən əsrin 20-ci illərində Bauxauz məktəbini yaratmaqla qoyulmuşdur. Bu məktəbin tələbələri sənaye müəssisələri və həmkarlar təşkilatları ilə birlikdə müxtəlif sifarişlər yerinə yetirməklə məşğul olmuşlar.Bu məktəb Şiller və Gotenin vətəni olan Vaymar şəhərində təsis edilmiş və dizayn işinin inkişafında böyük rol oynamışdır.

Yoxlama sualları:



  1. Layihələndirmə prosesinin məqsədi.

  2. Mühəndis layihələndirilməsində əsas konstruktiv və texnoloji tələblər

  3. Avtomatik idarəetmə sistemində (AİS) işçinin iş yerinin ölçülərinin nəzərə alınmasının məqsədi.

  4. İstehsal mədəniyyəti nə deməkdir?

  5. Elmi kəşflərin sayının yaş səviyyəsindən asılılığı.

  6. İnsanın gerçəkliyi estetik mənimsəməsinin hansı cəhətlərini təmsil edir?




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin