Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Sənaye istehsalında forma dəyişmənin struktur sxemi



Yüklə 1,67 Mb.
səhifə42/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

8.3.Sənaye istehsalında forma dəyişmənin struktur sxemi

Maşınların arxitektonikası – sənaye məhsullarının funksional və konstruktiv xüsusiyyətlərini nəzərə almaqla hormonik formanın yaradılmasını nəzərdə tutur.


Kombinatorika – həcmi və müstəvi fiqurların iki, üç riyazi kombinasiya analizi qanunauyğunluğunu öyrənir.

Şəkil 8.3. Kombinatorikaınn bədii konstruksiya obyektlərində istifadəsi.

Xirotexnika – maşınların idarəetmə orqanlarının funksional və estetik amilləri nəzərə alınmaqla formalarının qurulması və qanunauyğunluqlarının yaradılması deməkdir. Xirotexnika əlin anotomik funksiyası mütəhərrik orqanlarının içi və əl dəstəyinin işinin məqsədini öyrənir. Mütənasiblik dedikdə,cisimlərin hissələri arasında ölçülərin nisbətinin gözlənilməsi nəzərdə tutulur. Bu nisbətin pozulması bədii təzahürü azaldır. Qədim Misirdə riyaziyyatçılar, filosoflar, arxitektorlar mütənasibliyə böyük diqqət yetirmişlər. Tərəfləri 3:4:5 nisbətində olan məşhur misir üçbucağı piramidaların tikilişində geniş istifadə olunub. Piramidanın yan tərəfinin hündürlüyü 3:5=0,6≈0,618 qızıl bölgü nisbətinə uyğundur.


Yunan riyaziyyatçıları, rəssamları və filosofları da mütənasibliyi öyrənmişlər. Ilk dəfə Pifaqor mütənasibliyi riyazi olaraq izah etməyə çalışmışdır. Məhz riyazi, həndəsi, harmonik mütənasibliyi və qızıl bölgü qanununu onun adı ilə bağlayırlar.
Aristotel simmetriyanın və məhdudiyyətin ölçülməsinin əsas tələbi kimi mütənasibliyi götürmüşdür. “Etika” kitabında Aristotel yazmışdır ki, o zaman nəticə tam olur ki, ona hər nə əlavə etmək, və ya çıxmaq olmasın. Nəticə çoxluqdan və əskiklikdən məhv olur. İntibah dövrünün məşhur mütəfəkkirlərindən – Leonardo da Vinçi, Mikkelancelo Bionarroti, Vinola, Palladi, F.Brunelleski, Alberti mütənasiblik məsələləri ilə ciddi məşğul olmuşlar. Mütənasibliyin müxtəlif təyini vardır. Məsələn: riyazi mütənasibliyin yaranması üçün bərabərliyə dörd element daxil edilməlidir. (a:b=c:d). Həndəsi mütənasiblik isə üç elementdən ibarət olur. (a:b=b:c). Burada b elementi orta mütənasiblik və ya orta həndəsi ölçü adlanır. Iki uyğun düzbucaqlı üçbucaq öz aralarında elə bağlıdırlar ki, böyük üçbucağın kiçik tərəfi CF, eyni zamanda kiçik üçbucağın böyük tərəfidir. Bu zaman CF hissəsi AF və FE hissələrinin orta mütənasiblik parçasıdır (Şəkil 8.4).

Şəkil 8.4. Riyazi mütənasibliyin yaranması şərtləri

Həndəsi ölçülər arasındakı mütənasibliyə misal olaraq düzbucaqlı üçbucağın təpə nöqtəsindən hipotenuza endirilmiş perpendikulyarın CF uzunluğunun AF və FE parçaları arasında orta mütənasib parça olduğunu göstərmək olar. .


AF : CF = CF : FE
Riyazi və həndəsi mütənasiblikdən başqa, tənasüblük asılılığı vardır ki, buna harmonik mütənasiblik deyilir. B.e.ə III əsrdə yunan riyaziyyatçısı Evklid səkkiz harmonik mütənasibliyi izah etmişdir. Maşınqayırma konstruksiyalarının yaradılmasında bədii yaradıcılıq bir çox hallarda müxtəlif möhkəmlik, texnoloji və s. məhdudiyyətlərlə qarşılaşır. Odur ki, belə konstruksiyalarda mütənasiblik əsasən böyük əndazə ölçülərinin seçilməsində yerinə yetirilməlidir. Misal üçün, Leninqrad tipli binaların əsas otaqlarının ölçüsü b = 5,25m; c = 3,25m. Düzbucaqlı şəklində olan bu otaqlar dizayn baxımından kvadrat otaqlardan daha mütənasibdir. Eyni qaydada hovuzların inşa olunmasında, bağça və meydanların ölçülərinin seçilməsində gözlənildikdə daha münasib olur. Şəkil 8.5-də burğu dəzgahının qızıl bölgü prinsipinə əsasəndizayn olunması göstərilmişdir. Dəzgahın ümumi hündürlüyü əsas
ölçü, yəni a qəbul edilmişdir. Digər ölçülər isə h1 = M1a; h2 = M2a; Khn = Mna;
ifadələrindən təyin edilir. Burada:
M1 = 0,618; M2 = 0,382; M3 = 0,236; M4 = 0,146; M5 = 0,09 ; və s.



Şəkil 8.5.Burğu dəzgahının qızıl bölgü prinsipi

Göründüyü kimi qızıl bölgüdən istifadə etdikdə konstruksiya daha yaxşı görümlü olur. Mütənasiblik əsasən böyük əndazə ölçülərinin seçilməsində yerinə yetirilməlidir. Son zamanlar münasib rəqəmlər sırasından və rəqəmlərin modul üzrə əlaqələndirilməsindən istifadə etmək məsləhət görülür. Kiçik qiymətlərindən istifadə edilməsi məsləhət görülmür. Böyük qiymətlər kontruksiyanın ümumilikdə yaraşıqlı olmasını təmin edir.


Yuxarıda qeyd edilən mütənasiblikdən başqa rəğbət bəslənən mütənasiblik də vardır ki, bunlar da rəğbət bəslənən ədədlərə uyğun gəlir. Bu mütənasiblik ГОСТ 8032 – 56 ilə tənzimlənir.
Hal – hazırda dünyada istehsalatda hazırlanan məhsullarda modul ədədlərin uyğunlaşmasından istifadə edilir. Bu mütənasiblik harmonik mütənasiblik uyğunluğunu əvəz etmir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin