Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Texnoloji sistemlərin konstruksiya materiallarının pozulmasında korroziya məsələləri



Yüklə 1,67 Mb.
səhifə56/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

10.6. Texnoloji sistemlərin konstruksiya materiallarının pozulmasında korroziya məsələləri

Texnoloji sistemlərdə kipliyin pozulmasına səbəb avadanlıqların metallardan olan hissələrinin yüksək sürətlə korroziya olunması, avadanlıqların və boru kəmərlərinin yeyilməsidir. Bu isə aşağıdakı hallarla əlaqədardır:


- müxtəlif korroziyalı mühitin olmasi ilə;
- avadanlığın istismar şəraiti ilə;
- dağılmaların qeyri bərabərliyi və xüsusiyyətləri ilə;
- aparatların və boru kəmərlərinin optimal xidmət müddətinin təyininin çətinliyi ilə.
Korroziyalı dağılmalar əsasən boru kəmərləri sistemlərinin və aparatların konstruksiyalarının kifayət qədər möhkəmliliyində, dözümlülüyündə belə lokal xarakter daşıyır.
Misal üçün, ammonyak istehsalında qarışığında uyğun olaraq ammonyakın və hidrogenin faizlə miqdarı 75,0 % və 25,0% olduğu zaman kompressor binasında partlayış baş vermişdur və daxilində reqlamentə uyğun 27MPa təzyiq və 500C temperatur olan azot-hidrogen qazları qarışığı olan kollektorunun ştuserində diametri 70 mm olan yarıq (dağılma yeri) əmələ gəlmişdir.Dağılma kollektorun ştuserinin divarın daxili səthinin korroziyalı və mexaniki yeyilməsi nəticəsində
onun qalınlığının 16mm-dən 1,5mm-ə qədər azalmasına səbəb olmuşdur.Belə ki, boru kəmərlərində qazın impulsla (döyüntülərlə) vurulması zamanı korroziyalı dağılma məhsulları mexaniki yeyilməyə səbəb olur.
Korroziyalı dağılmanın təhlükəliliyi hər bir müəyyən hal üçün aşağıdakılar nəzərə alınmaqla qiymətləndirilir:
- mühitin xüsusiyyətləri;
- sistemin iş rejiminin xüsusiyyətləri;
- korroziyanın sürəti barədə ststistik məlumatlar;
- qəzasız iş müddəti;
- real istismar şəraitində qəzaların tezliyi.
Texnoloji sistemlərdə kipliyin pozulmasına səbəb olan metalların yüksək sürətli korroziyası prosesi ilə mübarizənin və eroziyanın qarşısının alınması tədbirlərinin əsas metodları aşağıdakı cədvəl 10.1 və 10.2-də verilmişdir.Texnoloji sistemlərdə korroziyalı dağılmanın təhlükəliliyi dağılmanın sürəti, dərinliyi və sahəsi ilə müəyyən edilir.Korroziyanın sürətinin əsas göstəricisi materialın dağılma dərinliyidir. Korroziya sürətinin vahidi mm/il–dir.
Cədvəl 10.1
Metalların yüksək sürətli korroziyası prosesi ilə mübarizənin və eroziyanın qarşısının alınması tədbirlərinin əsas metodları

N

Prosesin növü

Mübarizə tədbirlər

1

Metalların yüksək
sürətli
korroziyası
prosesi



1) Korroziyaya davamlı konstruksiya materialının tətbiqi;
2) Katodlu və anodlu müdafiələr;
3)Müxtəlif antikorroziya örtüklərinin tətbiqi;
4) Korroziya ingibitorlarınin tətbiqi;
5)Texnoloji sxemlərin səmərəli konstruksiya
olunması.

2

Metalların
yüksək
sürətli
eroziyası



1)Boru kəmərlərində qaz–maye mühitin
sürətinin məhdudlaşdırılması;
2) Boru kəmərlərinin lazımi diametrinin seçilməsi;
3) Daha çox eroziyaya məruz qalan avadanlıq səthinin korroziyadan müdafiəsi üçün qalınlaşdırılması;
4)Zədələnmiş sahənin üstünün lövhə ilə (paslanmayan polad materialla) bağlanması

Cədvəl 10.2


Sənayedə istifadə olunan materialların korroziyaya davamlılığına görə qrupları, korroziyanın sürəti və dözümlülük

N

Qruplar

Korroziyanın sürəti və
dözümlülük

1

I qrup

0,001 mm/il, dözümlü
materiallar

2

II qrup

0,005 mm/il, dözümlü materiallar

3

III qrup

0,01 mm/il, dözümlü materiallar.

4

IV qrup

0,05 mm/il, materiallar.

5

V qrup

1,00 mm/il, materiallar.

6

VI qrup

3,00 mm/il, dözümsüz
materiallar.

7

VII qrup

5,00 mm/il, dözümsüz
materiallar.

8

VIIIqrup

6,00 mm/il, dözümsüz
materiallar.

9

IX qrup

8,00 mm/il, dözümsüz
materiallar.

10

X qrup

10,00mm/i, dözümsüz
materiallar.

Bütün hallarda təzyiq altında yanar qazlarla və mayelərlə işləyən aparatların və boru kəmərlərinin istismarı zamanı texniki nəzarət həyata keçirilməlidir.Texniki nəzarətə korroziyanın sürəti nəzərə alınmaqla daxildir:


- texniki nəzarət məqsədilə yoxlamaların sayı;
- zədələnmiş sahələrin təyin edilməsi metodları;
- zədələnmiş sahələrin işlənməsi.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin